Kərim Tahirov Avrasiya
Kitabxanalar Assambleyasının
vitse-prezidenti seçilib
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov dekabrın 14-16-da Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən
IV Sankt-Peterburq Beynəlxalq
Mədəniyyət Forumunda
və Avrasiya Kitabxanalar Assambleyasının
(BAE) XVIII ümumi iclasında
iştirak edib.
YUNESKO-nun 70 illik yubiley
mərasiminə həsr
olunan forumun əsas mövzusu mədəni irsin qorunması, müasir dünya və mədəni həyatın
inkişaf məsələləri
idi.
"MDB məkanında kitab və oxu"
dəyirmi masasında
K.Tahirov "Azərbaycan
Milli Kitabxanasının
vəziyyəti, perspektivi,
kitab təbliği və yeni mütaliə
metodları" mövzusunda
çıxış edib.
Dekabrın 15-də Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XVIII ümumi
iclası keçirilib. İclasda kitabxanaçılıq
sahəsində əməkdaşlıq,
elektron kitabxanaların
virtual oxu zallarının
açılması məsələləri
müzakirə olunub.
BAE-nin növbəti iclasında Rusiya Dövlət Kitabxanasının
baş direktoru Aleksandr Vislıy BAE-nin prezidenti, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və Belarus Milli Kitabxanasının direktoru
Roman Stepanoviç Motulski vitse-prezident seçiliblər.
525-ci qəzet.- 2015.- 18 dekabr.- S.7.