Adını çəkə bilmirəm,
Ay ismi-pünhan, hardasan?!
Axır
məni öldürəcək
Bu dəli hicran,
hardasan?!
Sanma bu üsyan yatacaq,
Əğyar əhdinə çatacaq...
Bir gün səni də tutacaq,
Vallah nahaq qan, hardasan?!
Gəlsin
ürəyimə qadan,
Niyə kəsilib səs-sədan?!
Ürəyimi atıb-tutan,
Fırtına, tufan, hardasan?...
Yarı
yalan,yarı gerçək,
Yarısı daş ,yarı ürək.
Yarı
şeytan,yarı mələk,
Ay yarı insan, hardasan?!
Bu sevda sevdalar xası,
Yox qurtuluşu, xilası...
Adın
dilimin duası,
Ay...ismi-pünhan, hardasan?
lll
Hər kəs Tanrı önündə
Azaddısa, hürdüsə,
Yerdəki qırğın nədir,
Göydə ALLAH birdisə?
Nə saralıb nə də sol,
Öyrən və arxayın
ol;
Qəbir
Haqqa gedən yol,
Qapıdısa, dərdisə...
Hər açılan bir sabah,
Bir aldanış,bir günah...
Niyə
dağılmır axı
Bu zalım dünya, ALLAH,
Şeytanla əlbirdisə?!
lll
Nə tez-tez deyirsən: “Ölürəm daha”,
Ağzından yel alsın , nə sözdü
, ölmə!
Sənin
ölünü də
qıymazlar mənə,
Ölü diridən də
əzizdi, ölmə!
Mənim
başım çıxmaz
küydən-kələkdən,
Ətrini
alıram əsən küləkdən...
Adın
xatirimdə güldən-çiçəkdən,
Göylərdə mələkdən təmizdi,
ölmə!
Dilim dönməz deyəm, zalımsan, pissən,
Noolsun ki, indi əğyarla
dostsan .
İlahi
ülfəti min yol da pozsan,
İlahi
sevgilər ölməzdi,
ölmə!
Qoymamışam ölə bu ulu sevda,
Bu günə gətirib sağ çıxartmışam!
Daşıya bilmirdi Sizif bir daşı!
Mən dağın üstünə
dağ çıxartmışam!
Neynək,
itirdilər bu haqqı-sayı!
Qəlbim
sınıq-sökük - haqdan
dolayı...
Dərdini almışam, dünya,
havayı,
Köksündən bu qədər
ah çıxartmışam...
Fələk,
nə vecinə mənim savaşım!
Dərdim
oyuncaqdı,
qatılır başım...
Belə,
ömrü boyu,
yuyub göz yaşım,
gecəni səhərə
ağ çıxartmışam...
lll
Daha bir quruca ada
yazıram
Ürəyi isidən oda yazıram.
Ağaca
yazıram, ota yazıram
Ta sənə yazmıram sevgi şeirini...
Baxma ki,bu həsrət
belini bükdü,
Yox, bu ulu sevda əbədilikdi.
Sənli
xatirələr çilik-çilikdi,
Ta sənə yazmıram sevgi şeirini...
Elə tarımdı ki, könlümün simi,
Kim dəysə, inləyər
dərdi ud kimi.
Sən ki, heçə saydın bu saf sevgini,
Ta sənə yazmıram sevgi şeirini...
Sən birdə minini görmədin, neynək,
Bəs mindən
birini sevdinmi gerçək.
“Ey insan !” deməkdi indi “sən !” demək,
Ta sənə yazmıram sevgi şeirini...
Gördün?
Ömrü boyu məni qandırıb,
ömrün nağılında
dörd dolandırıb,
elə it hürdürüb,
işıq yandırıb,
Divə
ürcah etdi bu yollar məni...
Qatdılar başımı dərs
oxumaqnan,
savab işlər görüb, günah yumaqnan.
Demədilər, bir gün bir
haqsız “Yox!”nan,
zalımlar qayatək
oyallar məni...
Atıb
ovcundakı bu xəzəlləri,
mənim də gül açar görən əllərim?
Görən hayandasa görünər yerim?
Görən mən deyəntək duyallar məni?
Dartıb-daşısam da aranı dağa,
bir arzum salamat çıxmır sabaha!
Tanrım,
niyə rahat buraxmır daha,
bu yiyəsi ölmüş xəyallar
məni...
lll
Ayrılıq nə ağır
yükmüş,
Unutmaq ondan böyükmüş...
Həyat
elə əyib-bükmüş,
Sən özün
qədər olmadın.
Uydum şirin nağıllara,
İnandım əhdə-ilqara.
Satdın
məni intizara,
Bir sözün qədər olmadın .
Şirin
sözlərlə süslənən,
Bir ömür boyu gözlənən,
Nağıllarında gizlənən
Bir arzun qədər olmadın.
Bəs sözün söz olacaqdı,
Yeni dünya quracaqdı..
Ömrün oyun-oyuncaqdı,
Öz düzün qədər olmadın....
lll
Döyəcləmə yanağımı,
bir az qəlbimə yağ, yağış.
Gözlərim çox sınayıbdı
-
barsızdı bu yanaq, yağış.
Dünya
dağıymış çəkənə!
Gurulda,
bəlkə, səksənə.
Sına,
əriyə,
tükənə,
sinəmdəki bu dağ, yağış.
Bu baş niyə sevdalandı -
ömür çapıldı,
talandı?
Bəlkə elə ağ yalandı
gözümüzdəki ağ, yağış..?!
lll
Mənimtək şəklini hər
yerdə görsən,
Deyərsən: “Can, canım, nələr
çəkirsən?”
Səni
sevənlərçün bircəsən,
birsən,
Səni
birliyinə bağışlayıram...
Axı mən biləni sən də bilirsən,
Mənə aydın-açıq, çoxuna
sirsən.
Uşaqtək cığalsan,uşaqtək
kürsən,
Səni kürlüyünə bağışlayıram.
Pirlər
əsl pirdi sənintək əzəl,
Ona sonra gəlir tamahdan xələl.
Səni
sannam yenə tərtəmiz, gözəl,
Səni pirliyinə bağışlayıram.
Tikansız əzilir hər
zərif çiçək,
Sevgilər qorunsun xəzinələrtək.
Ərlər deyən olsun mən bilən gərək,
Səni
ərliyinə bağışlayıram
...
lll
Ürəyim sızlayır səsindən
ötrü,
sözünün acısı
eynimə gəlməz.
Səsin
də dünyanın keyfinə gedir -
bircə yol hərlənib bu qəmə gəlməz.
Hər sabah çarmıxa
çəkilər ahım,
“Ən-əl-sən” demişəm,
bumu günahım?!
Adına
bir ölkə qurmuşam, şahım!
Bəs nədən...
insafın ölkəmə
gəlməz?!
Yıxıb inancları, danıb
dinləri,
sevginin canına saldın cinləri.
Ruhumun o
xilas göyərçinləri
nə çağrışa
baxmaz, nə dənə gəlməz.
Adına
doğulub sevgim,
hər nəsə...
Ürək sına-sına, qəlb
əsə-əsə...
Bu dəfə sevdiyi rəhmə gəlməsə,
bu can bu cahana...
eh, yenə gəlməz.
lll
Tale qoymadı görəsən
İçimdəki o şən qızı.
Sən görəndə bəxt döymüşdü
O gülüşü gülşən
qızı.
Qorxdun gözündəki yaşdan,
Oxumadın onu başdan.
Sən görəndə ehtiyacnan,
Savaşan, döyüşən qızı.
Vurdumu
ALLAH sərindən,
Sındımı incə yerindən,
Kim saldı ki nəzərindən,
O gözündən düşən
qızı?!!
Qəlbini ALLAHla düz
tut,
Nə xeyri, unutma, unut
O gözləri qara bulud,
O ürəyi şişən
qızı...
Xatirə
də baxdı, keçdi,
Ömür keçib, gördü,
gecdi,
Bir ağlağan ömür seçdi
O sevincək, o şən qızı
O gülüşü gülşən
qızı.
Əğyar sözüylə yarının
Gözlərindən düşən
qızı,
Göz yaşı içinə axıb
O ürəyi şişən
qızı,
O bağrı bişən qızı...
Oxumadın onda başdan
Bəxtiylə döyüşən qızı...
Xatirə
RƏHİMBƏYLİ
525-ci qəzet.- 2015.- 19 dekabr.- S.29