“Kəsib qollarımı dayaq vurmuşam,

yenə budaqlarım yükünə dözmür  

 

 

 

BAŞIMI QOYDUM ÜSTÜNƏ

 

Bəxti qızıl,

Taxtı qumar,

Gah öyündü, gah deyindi.

Sinəsində bir ağrı var,

Hər iki ucu düyündü

Torpağımın.

 

Bir az dağdı, bir az düzdü,

Hərə bir axara düzdü,

Özü birdi, adı yüzdü,

Adına yüz ad deyildi

Torpağımın.

 

Gör bir altı , üstü ,

Üstündə duman, tüstü .

Başımı qoydum üstünə,

Altında nəbzim döyündü

Torpağımın.

 

ÇİNAR YARPAĞI KİMİ

 

Yansam atəşimsən,

Sönsəm külümsən, Vətən.

Hər duyğusu bir təb üstə içimsən,

Hər küləyi bir bayatı,

Hər bulağı bir şikəstə,

dağımsan, dərəmsən,

çölümsən, Vətən.

 

Gör deyir bu dünyanın axını,

O qədər sümürüblər daşını, torpağını,

O qədər gəmiriblər əlini-ayağını,

Dönmüsən çinar yarpağına,

Kəsik - kəsiksən, Vətən,

Dilim - dilimsən, Vətən.

 

YENƏ

 

Sivrilib sinəmdən çıxdı ürəyim,

bu gecə yenə.

Axtarma, yerində yoxdu ürəyim,

gedib vətənə.

qədər çalışdı dözə bilmədi,

getdi axır ki.

Vətəndə vətənə əli yetmədi,

Gücü ayağına yetdi axır ki.

Getdi atasının - babasının-

gorgahını yoxlamağa.

Tutulmuşdu bulud kimi,

Dolmuşdu gözü,

Getdi vətəndə məni,

Vətənsizi ağlamağa.

Ayrı da işi vardı hələ,

bilim,

Ya düşüb dağıdılmış

Qəbirlərin birində qala,

Ya qayıdıb gələ,

bilim...

 

TA QORXMA

 

Ta qorxma,

Böyüməz səsim,

Varım-yoxum budu, neynim.

Dərdim-sərim böyüdükcə

Səsim böyüdü, neynim.

 

Qoy dərd qalsın dərd yerində,

Mən pozmadım bu qanunu.

Ta qorxma, kəsdim səsimi,

Su gətir, yuyum qanını.

 

ƏL QUZUSU

 

Bu da belə zəmanədir,

Belədir - fərqinə varsan,

Əl quzusu.

Özün qoyun ola-ola,

Yerdə yoncaya baxmırsan,

Əldə kişmiş axtarırsan,

Əl quzusu.

 

Bir quzuydun axı, nəydin,

Bu varlılar-dövlətlilər...

Əzəldən öyrəncəliydin,

Yoxsa səni öyrətdilər?

 

Səbrim çatmir kiriyəm,

Sözdü , dildən düşdü, neynim.

Mən yazıq lütün biriyəm,

Mənim əlim boşdu - neynim.

 

Bu da belə zəmanədir,

Qanan bilir, qanan qanır,

Əl quzusu,

Əllərimə elə baxma,

Əlim gözündən utanır,

Əl quzusu.

 

BOĞAZDAN YUXARI DANIŞAN ADAM

 

Boğazdan yuxarı danışan adam,

Sözünü hardan alırsan?

Hansı ovqatdan tutursan,

Əhvaldan-haldan alırsan?

 

Nədir o ovqatın adı,

Ehtiyatı azdı-çoxdu?

Ürəyin boğazındadır,

Bəlkə mən düz anlamıram,

Bəlkə heç ürəyin yoxdur?

 

Boğazdan  yuxarı danışan adam,

Sözdür ,deyirsən,

Söz sənin kölən.

Boğazdan yuxarı qənşərimdəsən,

Boğazdan aşağı hardasan görən...

 

HƏ DƏ...

 

Şaxtaya atılmış isti su mənəm,

Töküldüm küçəyə bu gecə vaxtı.

Bir höyüş ocağın tüstüsü mənəm,

Kənar dur, gözlərin yaşaracaqdır.

 

Beşiyim-məzarım birdi, bölünməz,

İç üzün ərişi-arğacı yoxdur.

Ha bax, ürəyimin yükü görünməz,

O yükün sayanı-sayğacı yoxdur.

 

Hələ sən naşısan, bu bağa, bağban,

Ağacam, ağaca bənzər deyiləm.

Nahaqdan özünü yorma, a bağban,

Mən calaq tutası bəşər deyiləm.

 

... , tüstülənir hələ bu ocaq,

Hopur qələmimə, sözümə tüstüm.

Qalxıb göy üzündə bulud olacaq,

Yenə qayıdacaq özümə tüstüm...

 

GİRDİM KİTAB BOSTANINA

 

Girdim kitab bostanına,

Bir az orasına baxdım,

Bir az burasına baxdım.

Yemişinə, qarpızına,

Xiyarına, xırasına baxdım.

Ağı idi, qarası qara,

Ağına-qarasına baxdım.

Böyüyü bütöv idi,

Parası para,

Bütövünə-parasına baxdım.

Gah iri, gah xırda,

Gah uzun, gah gödək,

Yeridim arx-arx,

Gəzdim lək-lək,

düzümünə, sırasına baxdım.

Günümüzün pulu da kağızdı,

Şeiri, kitabı da kağız.

Say barmaq - barmaq.

Oxu ağız - ağız.

Kağızlar rəngbərəng,

gözəl, qəşəng!

 

Qəfil deyəsən,

İlişdim nəyəsə,

Mən yıxıldım

Onların arasına,

Kimsə görmədi yaxşı,

Kimsə bilmədi yaxşı.

Soruşan olmadı yaxşı.

Nəyə baxdım,

nəyin harasına baxdım...

 

BİR AZ

 

Böyüyür bir ucdan qayğım-qarğaşam,

Səbrim taleyimin görkünə dözmür.

Kəsib qollarımı dayaq vurmuşam,

Yenə budaqlarım yükünə dözmür.

 

Bu da mənim barım...

Bar tut, məni gör, -

Dadı damağımda gileydi elə.

Ötürdüm illərin neçəsini gör,

Yetişmir, neyniyim, gömgöydü elə.

 

Bir gün gələcəkmi qayğı dərimi? -

Alardı əlimdən işimi bir az.

Döyüb töksəydilər qayğılarımı,

Bir az qaldırardım başımı, bir az...

 

MƏN YERİMİ BİLƏNƏM

 

Nala-mıxa döyüb qaşını çatma,

Niyə alt-üst vurur dilin yenə ?

girib qoluma irəli dartma,

Arxamca başını bulama ,

Mən yerimi bilənəm.

Olsun ki, gəlməyib üzü mollanın,

Ay qonaq, bir ayaq saxla, deyibdi.

Yerinə düşməyib sözü mollanın

Atını dilimə bağla”, -  deyibdi -

Mən yerimi bilənəm.

 

Hər qərib sifəti bir ölü görkəm,

Neyləsin, taleyi beləymiş, belə.

Bu gidi dünyanın sevdası sərsəm,

Yer birdi,  neçəmiz yersizdi hələ,

Mən yerimi bilənəm.

 

Bir ulu yurd dərdi yuxumu çəkdi,

Mələyir o yetim- səs, soraq.

Yoxsa yer qalxacaq, göy yenəcəkdir,

Yoxsa yersiz gəldi,yerli qaçacaq?!

Mən yerimi bilənəm.

 

Yad kimdi, yaxın kim, -

Hərə bir gündə.

Vətən vətənsizin cib xərcliyitək,

Yerlinin yeri var, yerli yerində,

Bəs yersiz?

O harda gecələyəcək?

 

Yerini bilməyən yerişində xam,

Mən yerəm, yer mən - yaqut içində.

Bəlkə, bircə dəfə çiyinə çıxam,

O da olsa, olsa tabut içində,-

Mən yerimi bilənəm...

 

İTİRMİŞƏM ÖZÜMÜ

 

Carçı, car çək adımı,

Adımı, soyadımı.

Görən olubmu görən,

Mən adda bir adamı?-

İtirmişəm özümü.

 

Ayağım var, izim yox,

Gülləyəm, gilizim yox.

Qaraltımdır gördüyün,

Mən burdayam, özüm yox,

İtirmişəm özümü.

 

Dil yoxdursa, hədər söz,

Dilsiz hara gedər söz?

Məni kim aldı məndən,

Sevdasız, sevdagərsiz ? -

İtirmişəm özümü.

 

Aydı gödək, gündü kəm,

Kəm çəkən, nəfindi kəm.

Dərdim olmazdı bəlkə

Tapanı sevindirsəm,

İtirmişəm özümü...

 

Heç bilmirəm sirrəm,

Mən belə əsirəm,

Çay aşağı axanı

Çay yuxarı gəzirəm

İtirmişəm özümü.

 

HALAL EYLƏ

 

Həyat səndə, xülya səndə,

Mən gördüm, dünya, səndə.

Yaşamışam guya səndə,

Halal eylə.

 

Dağdan-daşdan axıb getdim,

Dağa-daşa baxıb getdim.

Can, səndən çıxıb getdim,

Halal eylə.

 

İşim nəydi, gücüm nəydi,

Günahım , suçum nəydi,

Ay kim, sənə borcum nəydi? -

Halal eylə.

 

Qonaq qəfil, hökmü kəsə,

Eşidirəm əsə-əsə.

Yaddan çıxar qalar nəsə,

Halal eylə.

 

Ayın - ilin bir günüyəm,

Yaradanın sirr günüyəm.

Mən halallıq sürgünüyəm,

Halal eylə,

Halal eylə...

 

Bərdə

 

Xasay MEHDİZADƏ

525-ci qəzet.- 2015.- 19 dekabr.- S.28.