Ağdaşda Fikrət
Qocanın 80 yaşı qeyd edilib
Ağdaş rayonunda Xalq şairi, görkəmli ictimai-siyasi xadim Fikrət Qocanın 80 illik yubileyi qeyd olunub.
AZƏRTAC
xəbər verir ki, Ağdaş rayon Mədəniyyət və
Turizm Şöbəsinin,
rayon Mərkəzi Kitabxana
Sisteminin, uşaq musiqi məktəbinin birgə təşkilatçılığı
ilə keçirilən
“Fikrət Qoca-80” adlı
ədəbi-bədii gecədə
rayon ziyalıları, şairlər,
gənclər, təhsil
işçiləri, məktəblilər
iştirak edib.
Mərkəzi Kitabxana Sisteminin direktoru Seyfəddin Feyzullayev öz yaradıcılığı ilə
milyonlarla oxucunun rəğbətini qazanan Fikrət Qocanın həyat və yaradıcılığı barədə
danışıb.
Bildirilib ki, Fikrət Qoca yaradıcılığında
milli ədəbi-bədii
ənənələrdən bəhrələnərək çağdaş
problemləri, qayğıları,
müasir dövrü,
zamanın bədii lirikasını canlandırıb. Şair, həmçinin
tarixə, keçmişə,
milli-mənəvi dəyərlərə,
qan yaddaşının
oxunmamış səhifələrinə
nəzər yetirib, vətənpərvərlik və
milli ruhda şeirlər, hekayələr
qələmə alıb.
Seyfəddin Feyzullayev bildirib ki, Fikrət Qoca poeziyasının əsas qayəsi vətənpərvərlik, yurdsevərlikdir. Onun şeirlərində
Vətənə, insana,
cəmiyyətə, təbiətə,
sonsuz sevgi və məhəbbət tərənnüm olunur.
Rayon mədəniyyət və
turizm şöbəsinin
müdiri Tahir Əliyev çıxış
edərək Azərbaycan
Yazıçılar Birliyinin
birinci katibi Fikrət Qocanın təkcə doğulduğu
Ağdaşın deyil,
bütün Azərbaycanın
fəxri olduğunu vurğulayaraq, onun yaradıcılığının dövlətimiz və xalqımız tərəfindən
yüksək qiymətləndirildiyini
bildirib.
Sonda şairin
şeirlərinə bəstələnmiş
mahnılar ifa olunub.
525-ci qəzet.- 2015.- 19 dekabr.- S.16