Azərbaycan-Çin əlaqələrində mühüm addım

 

Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının dəvəti ilə Pekində səfərdə olub, mühüm razılaşma əldə edib.

 

Bu, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti səviyyəsində  Çin Xalq Respublikasına birinci rəsmi səfərdir. Səfərin təşkilində əsas məqsəd Azərbaycan-Çin Xalq Respublikası əlaqələrinin daha da inkişaf etdirilməsi, konkret istiqamətlər üzrə sistemli müştərək layihələrin həyata keçirilməsini təmin etməkdən ibarətdir.

 

Çin Xalq Respublikasının İctimai Elmlər Akademiyası 1977-ci ildən müstəqil  ali elmi təşkilat kimi fəaliyyət göstərən ölkənin ən böyük elmi-tədqiqat  qurumlarından biridir. İctimai Elmlər Akademiyasında 41 elmi-tədqiqat institutu elmi mərkəz fəaliyyət göstərir. O cümlədən, burada beynəlxalq əlaqələr sahəsində 8, iqtisadiyyat üzrə 8, siyasət sahəsinə aid 5, tarix üzrə 5, ədəbiyyat üzrə 3, marksizm təliminə dair 2 elmi-tədqiqat institutu digər elmi-təşkilati qurumlar  əsasında araşdırma işləri aparılır. Akademiyada çap edilən  bir neçə jurnal  beynəlxalq miqyasda inpakt faktorlu mühüm nəşrlər kimi  qəbul olunur. Dünyanın ən tanınmış dövlət xadimləri məşhur Nobel mükafatı laureatları bu akademiyada olub, nitq söyləyib, görüşlər keçiriblər. Azərbaycan xalqının Ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 1994-cü il martın 9-da Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının  alimləri qarşısında  dərin məzmunlu nitq söyləyib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının rəhbərliyi elmi-tədqiqat institutlarının rəsmiləri ilə görüşlər keçirib. Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının Dünya tarixi, Dünya iqtisadiyyatı, Rusiya, Şərqi Avropa Mərkəzi Asiya, Tarix, Sosiologiya Ədəbiyyat institutlarında, Çin Elmlər Akademiyasının Geologiya İnstitutunda keçirdikləri görüşlərdə ölkələrarası elmi əlaqələrin prioritetləri qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə olunub.

 

Azərbaycan Milli Elmlər Akademiyası və Çin Xalq Respublikasının İctimai Elmlər Akademiyası “Böyük İpək yolu: tarixmüasirlik. Çoxaspektli yanaşmalarprobleminin bütün yönləri ilə: iqtisadiyyat, tarix, mədəniyyətlərin mübadiləsi, beynəlxalq münasibətlər, sosiologiyasair istiqamətlər üzrə öyrənilməsi barədə yekdil qərar qəbul ediblər. Tərəflər Böyük İpək yolu ilə əlaqədar məsələlərin iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi-diplomatik münasibətlərin, mədəniyyətlərarası dialoqun inkişafındakı rolunun da elmi cəhətdən  tədqiq edilib geniş ictimaiyyətə çatdırılması, dünya dillərinə tərcümə edilərək yayılması, bu mövzuda müştərək beynəlxalq  konfransların təşkil olunması, proqnozların hazırlanması üçün mütəxəssislərin səylərinin əlaqələndirilməsini zəruri hesab ediblər.

 

Bundan başqa, ölkələrin tarixininmüasir inkişaf səviyyəsinin elmi əsaslarla tanıdılması istiqamətində, iqtisadi, ədəbi-mədəni əlaqələrin öyrənilməsi, elmi nəşrlərin mübadiləsi sahələrində də qarşılıqlı əməkdaşlıq məsələləri diqqət mərkəzinə çəkilib. Azərbaycan nümayəndə heyətinin üzvləri - Milli Elmlər Akademiyasının vitse-prezidentləri, akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, İctimai Elmlər Bölməsinin akademik-katibi, müxbir üzv Nərgiz Axundova, Tarix İnstitutunun direktoru, müxbir üzv Yaqub Mahmudov, Beynəlxalq Əlaqələr İdarəsi rəisinin müavini Zərifə Əliyeva Çin Elmlər Akademiyasının strukturu, fəaliyyəti, təcrübəsi ilə, burada  keçirilən islahatlarla yaxından tanış olublar. Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının Rəyasət Heyətində keçirilmiş görüşdə nümayəndə heyətinin rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək təşkil olunan səfərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışıb. Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının vitse-prezidenti, akademik Kai Fanqa aparılmış işgüzar danışıqların, əldə olunan ilkin razılaşmalar və ortaq elmi məsələlərin müəyyən olunmasını gələcək əlaqələrin mühüm təməlləri kimi yüksək qiymətləndirib.

 

Azərbaycan nümayəndə heyətinin üzvləri Böyük Çin Səddini də ziyarət ediblər.

 

Azərbaycan Milli Elmlər Akademiyası ilə Çin Xalq Respublikasının İctimai Elmlər Akademiyası arasında qarşılıqlı əlaqələrə dair əməkdaşlıq müqaviləsinin 2016-cı ilin birinci yarısında imzalanması qərara alınıb.

 

525-ci qəzet.- 2015.- 19 dekabr.- S.16