Yaponiyanın “VA-LİQA” qrupu Beynəlxalq Muğam Mərkəzində

 

 

Dekabrın 17-də Yaponiyanın “VA-LİQA” musiqi qrupu Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib.

 

AZƏRTAC xəbər verir ki, Yaponiyanın Bakıdakı səfirliyinin JTİ (Japan Tobacco İnternational) şirkətinin təşkilatçılığı ilə gerçəkləşən konsertGündoğar ölkə ilə Odlar Yurdunun qovuşmasıadı altında gerçəkləşib. Konsert proqramından əvvəl Yaponiyanın Bakıdakı səfiri Tsuquo Takahaşi çıxış edən son illər Azərbaycan ilə Yaponiya arasında dostluq əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

 

Diplomat, Yaponiyanın hər zaman Azərbaycanla əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu bildirib belə konsertlərin mövcud mədəni münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

 

Konsertində “VA-LİQA” musiqi qrupu Yaponiyanın simli aləti (tsuqaru şamisen) nəfəs aləti (şakuhaçi), həmçinin milli muğamımıza bənzəyən folklor mahnısıminyo”nu təqdim edib.

 

Böyük maraqla qarşılanan gecədə, həmçinin Azərbaycanın bir sıra muğam ifaçılar ilə yaponiyalı musiqiçilərin repertuarında hər iki ölkənin milli mahnılarının sintezi səsləndirilib.

 

Qeyd edək ki, yaponiyalı prodüser Takaku Terutoşinin rəhbərliyi ilə nümayiş olunan konsert ölkənin mədəniyyətini təbliğ etməklə yanaşı, həm xalqlar arasında qarşılıqlı mədəni əlaqələrin inkişafı dərinləşdirməkdə olan dostluq münasibətlərinin bəhrəsidir.

 

“VA-LİQA” musiqi qrupu indiyədək dünyanın müxtəlif ölkələrində 300-dən artıq çıxışlar edib. Həmçinin, qrup müxtəlif janrlarda olan yapon ənənəvi musiqisi ilə yanaşı, həm də onun xarici ölkələrdə tanıdılması və təbliği ilə məşğuldur.

 

525-ci qəzet.- 2015.- 19 dekabr.- S.17