Nizami Məmmədov: Ekoloji təhlükəsizliyin təmin olunmasında mühüm uğurlar əldə edilib

 

 

Xəbər verdiyimiz kimi, həmvətənimiz, Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı Dövlət Xidməti Akademiyasının professoru, Qloballaşma Davamlı İnkişaf İnstitutunun direktoru, Rusiya Təbiət Elmləri Akademiyasının Rusiya Ekologiya Akademiyasının akademiki, UNESCO-nun eksperti Nizami Məmmədov ekologiyanın fəlsəfi problemlərinin araşdırılmasına ekoloji təhsilin inkişafına verdiyi töhfələrə görə Rusiya Ekologiya Akademiyası rəyasət heyətinin V.İ.Vernadski adına Fondun qərarına əsasən V.İ.Vernadski ordeni ilə təltif edilib.

 

Nizami Məmmədov AZƏRTAC-ın Moskvadakı xüsusi müxbirinə müsahibə verib. Müsahibəni  ixtisarla oxuculara təqdim edirik.

 

-Nizami müəllim, növbəti mötəbər mükafata layiq görülməyiniz münasibətilə sizi təbrik edirik. Məlumdur ki, V.İ.Vernadski ordeni təbiət elmləri davamlı inkişaf nəzəriyyəsi sahəsində xüsusi xidmətlərə görə təqdim olunur. Bu sahədə fəaliyyətiniz barədə məlumat verə bilərsinizmi?

 

-Təşəkkür edirəm. Uzun müddətdir ki, ekologiyanın fəlsəfi məsələləri ilə məşğul oluram. Bu mövzuda namizədlik doktorluq dissertasiyaları müdafiə etmişəm, 40-dan çox namizədlik doktorluq dissertasiyalarının rəhbəri olmuşam. Rusiya elektron kitabxanasının statistikasına görə, hazırda mənim elmi məqalələrim bu sahədə ən çox istinad olunan əsərlər siyahısındadır.

 

Ekoloji təhsillə 1990-cı illərin əvvəllərində, SSRİ Pedaqoji Elmlər Akademiyasının rəhbəri, akademik İvan Zveryevin təklifi ilə məşğul olmağa başladım. O, “Voprosı filosofiijurnalında dərc olunmuş ümumi ekoloji anlayışlar barədə məqalələrimi çox bəyənmişdi. Həmin dövrdə pedaqoji ictimaiyyət ekologiyanin müxtəlif istiqamətlərinin konseptual sintezi məsələlərinin müzakirəsi ilə məşğul idi. Onu da deyim ki, yalnız bu sintez əsasında məktəblər üçün dərslik hazırlamaq mümkün idi. Elə həmin dövrdə mən tanınmış pedaqoq, professor İrina Suraveginanın ekologiya haqqında dərslik yazmaq təklifini qəbul etdim ilk dərs vəsaiti 1996-cı ildə işıq üzü gördü. Kitaba ön sözü sözardını akademiklər Aleksandr Yanşin Nikita Moiseyev yazmışdılar. Yeri gəlmişkən, həmin dərslik bir neçə dəfə çapdan çıxıb bir çox dillərə, o cümlədən, Azərbaycan dilinə tərcümə olunub.

 

Bu ilin oktyabrında Rusiyanın Nijni-Novqorod şəhərindəDavamlı inkişaf üçün ekoloji təhsil: nəzəriyyə pedaqoji reallıqmövzusunda elmi-praktik konfrans keçirildi. Konfransda dərsliyin artıq 5-ci nəşri təqdim olundu. Orta məktəb dərsliyi ilə yanaşı, mən həm ali məktəblər üçün ekologiya davamlı inkişaf nəzəriyyəsi üzrə bir sıra dərsliklərin müəllifiyəm.

 

- Azərbaycanda ekoloji problemlərin həlli bu sahədə maarifləndirmə işlərinə yanaşmanı necə qiymətləndirirsiniz?

 

- Azərbaycan təkcə iqtisadiyyat sahəsində deyil, eləcə ekoloji təhlükəsizliyin təmin edilməsində mühüm uğurlar əldə edib. Azərbaycan rəhbərliyi ekoloji məsələlərə xüsusi həssaslıqla yanaşır. Ekoloji problemlərin üzə çıxarılmasında Həsən Əliyev, Cəlal Əliyev, Urxan Ələkbərov, Sevda Məmmədəliyeva, Məmməd Salmanov kimi alimlərin xidmətləri danılmazdır. Azərbaycanda meşə sahələrinin bərpası, Abşeron yarımadasının yaşıllaşdırılması, neftlə çirklənmiş sahələrin təmizlənməsi sahəsində xeyli işlər görülüb, Bakıda içməli suyun keyfiyyəti yaxşılaşdırılıb. Ekoloji maarifləndirmə işinin ictimai şüurun mühüm hissəsinə çevrilməsi, gənclərin bu fəaliyyətə cəlb olunması çox vacib işdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan IDEA İctimai Birliyi son zamanlar bu sahədə böyük işlər görür.

 

- Siz UNESCO-nun eksperti bu təşkilatın dəstəyi ilə BakıdaDavamlı inkişaf mədəniyyəti: formalaşma problemləri perspektivlərmövzusunda silsilə konfransların keçirilməsinin təşəbbüskarısınız. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı.

 

- Bu konfransların Bakıda keçirilməsini mən o zaman UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi, hazırda Türk Mədəniyyəti İrsi Fondunun prezidenti Günay Əfəndiyeva birgə təklif etdik. Təklifimiz UNESCO-nun rəhbərliyi tərəfindən bəyənildi. 2011-2014-cü illərdə Bakıda davamlı inkişaf mədəniyyəti mövzusunda dörd beynəlxalq konfrans keçirilib. Bu konfranslardan sonra Çinin Xancou şəhərində UNESCO-nun bu mövzuda ümumdünya konfransı təşkil olundu.

 

Bakıda davamlı inkişaf mədəniyyətinə həsr olunan konfranslar Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı, nazir Əbülfəs Qarayevo zaman Mədəniyyətşünaslıq üzrə Elmi Metodiki Mərkəzin direktoru, professor Vilayət İsmayılovun dəstəyi ilə keçirilirdi. Əldə etdiyim məlumata görə, Azərbaycanda bu istiqamətdə işlər həm də Bakıda bu yaxınlarda yaradılmış Türk Mədəniyyəti və İrsi Fondunun xətti ilə davam etdiriləcək. Fondun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi təşkilatın davamlı inkişafekoloji təhsil sahəsində fəaliyyətini əsaslandıraraq doğru bildirib ki, ekoloji təhsil və tərbiyənin inkişafı təbiətin mühafizəsi ilə yanaşı, sosialiqtisadi əhəmiyyətə malikdir. Bu, türkdilli ölkələrdə davamlı inkişaf mədəniyyətinin formalaşdırılması üçün çox vacibdir. Bu istiqamətdə Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin fəal aparacağı da planlaşdırılır.

 

- Siz Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Moskvada hər il keçirilən, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan “Əliyev qiraətləri”nin təşkilatçılarındansınız.

 

- “Əliyev qiraətləri”nin proqram komitəsinin həmsədri və materialların redaktoru olmaq mənim üçün böyük şərəfdir. “Əliyev qiraətləri”ni 2010-cu ildə Rusiya-Azərbaycan müştərək fəlsəfə tədbiri kimi başlamışdıq. O zaman qiraətlərdə 60-a yaxın alim iştirak edirdi. İndi iştirakçılarımızın sayı 1000 nəfərdən çoxdur. Onlar müxtəlif ölkələri təmsil edirlər. Qiraətlərin mövzusu artıq bütün sosial-humanitar elmləri əhatə edir. Başlıcası isə budur ki, dərc olunan materiallar elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

 

- Müasir Azərbaycanın indiki vəziyyətini necə qiymətləndirirsiniz?

 

- Hələ Platon yazırdı ki, dövlətə müdrik adamlar rəhbərlik etməlidirlər... Bəxtimiz gətirdi ki, tarixin dönüş dövründə Azərbaycana rəhbərliyi görkəmli siyasi xadim Heydər Əliyev öz üzərinə götürdü. Heydər Əliyevin nikbin həyat mövqeyi, yüksək humanist ideyaları, sosial hadisələri düzgün qiymətləndirmək bacarığı var idi.

 

Onun fəaliyyəti müxtəlif faktların hərtərəfli təhlilinə, siyasi həqiqətlərin dərindən öyrənilməsinə əsaslanırdı. Elə seçilmiş yolun doğruluğuna inambu inamın əhalinin geniş kütləsinə də təlqin edilməsi bununla izah olunur. Heydər Əliyevin siyasətini Prezident İlham Əliyev uğurla, səmərəli şəkildə davaminkişaf etdirir. O, xalqın arzu və istəklərini, qlobal prosesləri, böyük dövlətlərin siyasətinin mahiyyətini dərindən bilir. Prezident İlham Əliyevin respublika iqtisadiyyatının çoxşaxəli inkişaf proqramı neftdən asılılığın aradan qaldırılması, alternativ enerji mənbələrinə müraciət edilməsi, aqrar sektorun, yüngül sənayenin, turizmin inkişafına yönəldilib. Azərbaycan Prezidentinin korrupsiyaya qarşı barışmaz və kəskin mövqeyi təqdirəlayiqdir. Hazırda Azərbaycan üçün ən vacib məsələ Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqdır. Bu problem həll olunmayınca regionun tam davamlı inkişafından danışmaq əbəsdir.

 

525-ci qəzet.- 2015.- 19 dekabr.- S.12