Kölgələrin ardındakı
işıqlı mətləblər
Xalq yazıçısı Elçin Əfəndiyevin
"Kaşeyin taleyi" kitabı "Kölgə" hekayəsi
ilə açılır. Əsər Şah
Tutla bağlı əbədi keçmişdə
qalmış uşaqlıq çağlarının
xatırlanması ilə başlasa da, hadisələr onun
ömrünün yetkin çağlarında baş verir.
Şah Tutun Kölgəsində arzuladıqlarının
bir qismi həyata keçmişdi. Bir qismi isə həyatın
verməli olduğu cavabların suallarına
çevrilmişdi. Özü də
başdan-başa narazılıq olan bu cavablar 25-30 ildir ki,
Fariz müəllimin yol yolçusudur. Yazıçı
həmin sual-cavabların ağrı-acısının son
günlər bu dərəcədə artmasının səbəbini
fransız alimi Jan Batist Effelin Nobel mükafatı almağı
ilə bağlayır. Elə əsərin
düyünü də burada vurulur. Azərbaycan vətəndaşı
olan Fariz müəllim hara, Nobel mükafatı alan
fransız hara?!
Bu müxtəlif məkanları və müxtəlif
milliyyətləri Cucurbita pepo L hörümçəyi birləşdirirmiş. Hörümçəyə
"balqabaq" anlamı verən bu cür romantik adın
qoyulmasının səbəbi qanadlarının sarı rəngdə
olmasıdır. Həmin
hörümçək Fariz müəllimin bir daha
dünyanın ədalətsizlik üstündə bina
olduğuna şübhələrini yox elədi.
Yazıçı bu ədalətsizliyin bariz nümunəsini
elmi kəşflə əsaslandırmağa nail olub. 21 illik zaman məsafəsi Azərbaycan alimi ilə
fransız alimi arasındakı bütün fərqləri
nümayiş etdirə bilmişdi. Sözün
düzü, bu, tarixi ənənədən gəlmə bir ədalətsizlikdir.
Kəşflərimiz, yeniliklərimiz vaxtında
dəyərləndirilmədikcə yadlar onlara dədəmalı
kimi sahib çıxmağı və mükafatlarını
da almağı bacarmışlar. Əslində
əsərin əsas ideyası və mahiyyəti də bu dəyərsizliyin
acısını və ölkəmizə verdiyi ziyanın
böyüklüyünü göstərməkdir. Belə bir hörümçəyin Jan Batistin
yuxusuna da girə bilmədiyi 1991-ci ilin 23 avqustunda Fariz müəllim
bu Nobellik kəşfə imza atmışdı. Həmin hörümçəyə Propellere F
adını da qoymuşdu.
Fariz
müəllimi bir obraz kimi tamamlayan Ələddinin
çırağının içindən çıxan bədheybət
Cinlə dost olan arvadıdır. Ailəsində
digər bir tamamlayıcı surət yaşı 40-ı
haqlasa da, hələ evlənməyən oğlu Mürşüddür.
Yazıçı onun qəzet
oxumağını çox uğurlu bir detal kimi vermişdir.
Adama elə gəlir ki, əgər o, qəzet
oxumayıb, internetə girsəydi, bəlkə də, həmin
hörümçək barədə gözünə nəsə
dəyərdi. Başqa bir
tamamlayıcı obraz yaşadıqları binanın
keşiyində mətanətlə dayanan qonşusu rus dili
müəllimi Mürsəl Ağayeviçdir.
Hər şey arvadının qonşuları kimi evi
özlərinin "remont" etmək təklifini irəli
sürməsiylə başlayır. Ədalətsiz
dünyanın qəribə işlərinə dəxli olan məsələlərdən
biri də bu idi ki, onlar evin təmirinə vanna otağından
başladılar. Sonuncu dəfə nə vaxt vanna qəbul
etdiyi yadına gəlməyən Fariz müəllim həmin
tarixi cümə günü - 1991-ci il birdən-birə
vanna qəbul etmək qərarı verdi. Şah
tutun kölgəsini xatırladan bu vanna qəbulu Fariz müəllimə
nəsə çox böyük bir hadisə baş verəcəyini
anlatmışdı. Ədalətsiz
dünyanın qəribə işlərindən biri elə
Fariz müəllimin vanna otağında gözlərini xəyal
aləmindən açan kimi baş verir; yamyaşıl rəngli,
sapsarı qanadlı, cəmi üç ayağı olan
propeller kimi yanan həmin hörümçəyi
görür. Fariz müəllim əmin idi
ki, dünyadakı bir milyon iki yüz min həşəratı
öyrənən entomologiya elmi bu hörümçəyi
tanımır. Yüksək ixtisaslı
araxnoloq olan Fariz müəllimə təbii ki, araxnologiyaya məlum
olan bütün hörümçəklər də məlum
idi.
Yazıçı
əsərin əsl mahiyyətini o möcüzəylə
bağlı suallarla ortaya qoyur: "Əgər bu möcüzəni
kəşf etmək onun bəxtinə
yazılmışdısa, o zaman nə üçün
dünya entomologiyasının bundan xəbəri olmadı, yəni
xəbəri olmadı ki, bu kəşfi ilk dəfə Jan
Batist Effel yox, Azərbaycanda Fariz müəllim edib? Yox əgər Jan Batist Effelin adı qızıl hərflərlə
dünya entomologiyasına həkk olunacaqdısa, o zaman nə
üçün 1991-ci ilin avqustun 23-də o möcüzə
Fariz müəllimin vanna otağında baş verir?"
Yazıçı
bu sualların cavabını dünyanın ədalətsizliyinin
içində tam bir əlacsızlıq olmasıyla versə
də, əsl mətləb başqadır: milli biganəlik. Maraqlı detal budur ki, hörümçəyin
yuvası və ona aid olan heç nə tapılmır.
Problem onda idi ki, onların yaşadığı beşmərtəbəli
binada yeddi blok var idi, hər blokda da on mənzil.
Bu yetmiş beş mənzildə
axtarış aparmaq mümkün deyildi.
Ola bilsin ki, yazarın diqqət çəkmək istədiyi
məqamlardan da biri budur. Bəzən vacib olan, gərəkli olan nəyinsə
əhəmiyyətini anlamamaq. Ümumiyyətlə,
dünya üçün adi olan bəzi elmi fəaliyyət
yönümlü məşğuliyyətlərə bizim
ölkədə qəribə hal kimi yanaşılması sonradan
böyük səhvlərlə sığortalanır.
Yazıçı bunu belə bir epizodla verir ki, Fariz
müəllimin arvadının zibilliyə atdığı
kafellərin arasında hörümçək
axtarışına hesablanan eşələnməyinə
qonşusu Mürsəl Ağayeviç təəccüblənir. Bu təəccüb
azmış kimi, onların arasındakı dialoq da təbəssüm
doğurur. Fariz müəllim salamsız-kəlamsız
Mürsəl Ağayeviçdən onların vanna
otağında hörümçək
olub-olmadığını soruşur və təbii ki, əməkdar
müəllimin də bundan əsəbiləşməsi Fariz müəllimin elm aləmindəki
bu böyük kəşfinə bundan sonrakı münasibətlərin
başlanğıcı olur. İllər sonra o,
bunu zarafat adlandırmağa məcbur olacaq.
Elmi-Tədqiqat
İnstitutunda baş elmi işçi işləyən Fariz
müəllim 3 gün ayaq döyəndən sonra
dördüncü gün 17 ildir ki, direktor işləyən
akademik Nurullayevə koridorda kəşfi barədə məlumat
verə bildi. Elə əsərin toxunduğu ən
böyük problem də burada üzə çıxır.
Onun aldığı cavab bu olur ki, "Get,
işinlə məşğul ol". Nə
olsun ki Fariz müəllimin işi elə bu idi?! Bir
neçə gündən sonra hörümçəyi
akademikə göstərdisə də, aldığı cavab
yalnız bu oldu; "İnteresni!.."
Əslində maraqlı burası idi ki, o kəşfin özü də dünyanın "dağılması" anında baş verdi. SSRİ dağıldı, cəbhəçilər hakimiyyətə gəldi və ölkədəki bu dəyişiklik "Nobel"lik bir kəşfin özünütəsdiqinə də təsirsiz qalmadı. Hamı onun NƏSƏ kəşf etdiyini bilsə də, heç kəs bunun fərqinə varmadı. Belə anlarda Fariz müəllim məsələyə dəxli olan çox məntiqli bir qərara gəlir; "Təklik ancaq Allaha yaraşır, insan gərək tək olmasın". Məsələ burasındadır ki, Fariz müəllim bu kəşfi barədə azərbaycanca böyük elmi iş də yazmışdı. Ancaq onu nə ingilis, nə də rus dilinə tərcümə etdirib, çapa verə bilməmişdi. Bir hissəsini "Elm və həyat" jurnalında nəşr etdirə bilmişdi.
Yeni direktor isə "Gələcək
internetindir!" şüarı ilə yaşasa da, bunun Fariz
müəllimə bir xeyri dəyməmişdi, çünki
onun heç komputeri də yox idi. O, həmin
hörümçəyin Jan Batist Effel tərəfindən
yenidən kəşfini keçmişin qalığı olan
qəzetdən oxumuşdu. "Bütün
varlığını sarsıtmış o müdhiş xəbərdən
sonra həmin gecə səhərə kimi fikrində gah Haaqa məhkəməsinə,
gah İsveç akademiyasına müraciət etdi, tutarlı
şikayət ərizələri yazdı..." Həmin gecə
Nurullayev yuxuda onu yanına səsləyirdi. Belə bir gecədə
həmin hörümçəyin, həmin romantik
uçuşunu sanki görür. Onun adını dəyişib
tut ağacı mənasını verən Moraseae F qoyur. Onu etibar edib verəcəyi
layiqli bir adam da tapa bilmədi. Əsl çatışmazlıqdan biri də bu idi.
"Dünya ədalətsiz idi, Fariz müəllimin də o ədalətsiz
dünya ilə mübarizə aparmağı Don Kixotun dəyirmanla
mübarizəsi kimi bir şey idi..."
Fariz müəllim Şah Tutun Kölgəsi kimi yerindən
tərpənə, özünü təsdiq edə bilməzdi. Jan Batist Effel
isə Atlının kölgəsi kimi dünya elmini gəzməkdəydi.
Buna görə də, Şah Tutun Kölgəsi
Atlının kölgəsinə - "Mən də sənin
kimi qul olmaq istəyirəm"- deyə
qışqırdı. Yəni məni
özünütəsdiqə apara biləcək bir
atlının kölgəsi olmaq da xoşbəxtlik imiş.
Şah Tutun heç kəsi xatırlamayan
ömrü gün yerini dəyişdikcə dəyişirdi,
kiçilirdi, böyüyürdü, amma tutun ətrafından
bir addım da kənara çıxa bilmirdi. Şah Tutun ömrünün sonu onun Kölgəsinin
də ömrünün sonu olacaqdı. Dünyadakı
bütün kölgələrin sonu belədir, onların
ömrü özlərindən asılı deyil. Şah
Tut yalnız dənizin kölgəsi olmadığını
eşitmişdi...
Kölgələrin
ardındakı işıqlı mətləblər
Yazar
Oxunub: 59
dəfə
Facebook Twitter
MySpace Google a - A +
22.12.15 16:26
Kölgələrin
ardındakı işıqlı mətləblər<b
style="color:red"></b>
Gülnar
SƏMA
Xalq yazıçısı Elçin Əfəndiyevin
"Kaşeyin taleyi" kitabı "Kölgə" hekayəsi
ilə açılır. Əsər Şah
Tutla bağlı əbədi keçmişdə
qalmış uşaqlıq çağlarının
xatırlanması ilə başlasa da, hadisələr onun
ömrünün yetkin çağlarında baş verir.
Şah Tutun Kölgəsində arzuladıqlarının
bir qismi həyata keçmişdi. Bir qismi isə həyatın
verməli olduğu cavabların suallarına
çevrilmişdi. Özü də
başdan-başa narazılıq olan bu cavablar 25-30 ildir ki,
Fariz müəllimin yol yolçusudur. Yazıçı
həmin sual-cavabların ağrı-acısının son
günlər bu dərəcədə artmasının səbəbini
fransız alimi Jan Batist Effelin Nobel mükafatı almağı
ilə bağlayır. Elə əsərin
düyünü də burada vurulur. Azərbaycan vətəndaşı
olan Fariz müəllim hara, Nobel mükafatı alan
fransız hara?!
Bu müxtəlif məkanları və müxtəlif
milliyyətləri Cucurbita pepo L hörümçəyi birləşdirirmiş. Hörümçəyə
"balqabaq" anlamı verən bu cür romantik adın
qoyulmasının səbəbi qanadlarının sarı rəngdə
olmasıdır. Həmin
hörümçək Fariz müəllimin bir daha
dünyanın ədalətsizlik üstündə bina
olduğuna şübhələrini yox elədi.
Yazıçı bu ədalətsizliyin bariz nümunəsini
elmi kəşflə əsaslandırmağa nail olub. 21 illik zaman məsafəsi Azərbaycan alimi ilə
fransız alimi arasındakı bütün fərqləri
nümayiş etdirə bilmişdi. Sözün
düzü, bu, tarixi ənənədən gəlmə bir ədalətsizlikdir.
Kəşflərimiz, yeniliklərimiz vaxtında
dəyərləndirilmədikcə yadlar onlara dədəmalı
kimi sahib çıxmağı və mükafatlarını
da almağı bacarmışlar. Əslində
əsərin əsas ideyası və mahiyyəti də bu dəyərsizliyin
acısını və ölkəmizə verdiyi ziyanın
böyüklüyünü göstərməkdir. Belə bir hörümçəyin Jan Batistin
yuxusuna da girə bilmədiyi 1991-ci ilin 23 avqustunda Fariz müəllim
bu Nobellik kəşfə imza atmışdı. Həmin hörümçəyə Propellere F
adını da qoymuşdu.
Fariz
müəllimi bir obraz kimi tamamlayan Ələddinin
çırağının içindən çıxan bədheybət
Cinlə dost olan arvadıdır. Ailəsində
digər bir tamamlayıcı surət yaşı 40-ı
haqlasa da, hələ evlənməyən oğlu
Mürşüddür. Yazıçı
onun qəzet oxumağını çox uğurlu bir detal kimi
vermişdir. Adama elə gəlir ki, əgər
o, qəzet oxumayıb, internetə girsəydi, bəlkə də,
həmin hörümçək barədə gözünə
nəsə dəyərdi. Başqa bir
tamamlayıcı obraz yaşadıqları binanın
keşiyində mətanətlə dayanan qonşusu rus dili
müəllimi Mürsəl Ağayeviçdir.
Hər şey arvadının qonşuları kimi evi
özlərinin "remont" etmək təklifini irəli
sürməsiylə başlayır. Ədalətsiz
dünyanın qəribə işlərinə dəxli olan məsələlərdən
biri də bu idi ki, onlar evin təmirinə vanna otağından
başladılar. Sonuncu dəfə nə vaxt vanna qəbul
etdiyi yadına gəlməyən Fariz müəllim həmin
tarixi cümə günü - 1991-ci il birdən-birə
vanna qəbul etmək qərarı verdi. Şah
tutun kölgəsini xatırladan bu vanna qəbulu Fariz müəllimə
nəsə çox böyük bir hadisə baş verəcəyini
anlatmışdı. Ədalətsiz
dünyanın qəribə işlərindən biri elə
Fariz müəllimin vanna otağında gözlərini xəyal
aləmindən açan kimi baş verir; yamyaşıl rəngli,
sapsarı qanadlı, cəmi üç ayağı olan
propeller kimi yanan həmin hörümçəyi
görür. Fariz müəllim əmin idi
ki, dünyadakı bir milyon iki yüz min həşəratı
öyrənən entomologiya elmi bu hörümçəyi
tanımır. Yüksək ixtisaslı
araxnoloq olan Fariz müəllimə təbii ki, araxnologiyaya məlum
olan bütün hörümçəklər də məlum
idi.
Yazıçı
əsərin əsl mahiyyətini o möcüzəylə
bağlı suallarla ortaya qoyur: "Əgər bu möcüzəni
kəşf etmək onun bəxtinə
yazılmışdısa, o zaman nə üçün
dünya entomologiyasının bundan xəbəri olmadı, yəni
xəbəri olmadı ki, bu kəşfi ilk dəfə Jan
Batist Effel yox, Azərbaycanda Fariz müəllim edib? Yox əgər Jan Batist Effelin adı qızıl hərflərlə
dünya entomologiyasına həkk olunacaqdısa, o zaman nə
üçün 1991-ci ilin avqustun 23-də o möcüzə
Fariz müəllimin vanna otağında baş verir?"
Yazıçı
bu sualların cavabını dünyanın ədalətsizliyinin
içində tam bir əlacsızlıq olmasıyla versə
də, əsl mətləb başqadır: milli biganəlik. Maraqlı detal budur ki, hörümçəyin yuvası
və ona aid olan heç nə tapılmır. Problem onda
idi ki, onların yaşadığı beşmərtəbəli
binada yeddi blok var idi, hər blokda da on mənzil.
Bu yetmiş beş mənzildə
axtarış aparmaq mümkün deyildi.
Ola bilsin ki, yazarın diqqət çəkmək istədiyi
məqamlardan da biri budur. Bəzən vacib olan, gərəkli olan nəyinsə
əhəmiyyətini anlamamaq. Ümumiyyətlə,
dünya üçün adi olan bəzi elmi fəaliyyət
yönümlü məşğuliyyətlərə bizim
ölkədə qəribə hal kimi yanaşılması
sonradan böyük səhvlərlə sığortalanır.
Yazıçı bunu belə bir epizodla verir ki, Fariz
müəllimin arvadının zibilliyə atdığı
kafellərin arasında hörümçək
axtarışına hesablanan eşələnməyinə
qonşusu Mürsəl Ağayeviç təəccüblənir. Bu təəccüb
azmış kimi, onların arasındakı dialoq da təbəssüm
doğurur. Fariz müəllim salamsız-kəlamsız
Mürsəl Ağayeviçdən onların vanna
otağında hörümçək
olub-olmadığını soruşur və təbii ki, əməkdar
müəllimin də bundan əsəbiləşməsi Fariz müəllimin elm aləmindəki
bu böyük kəşfinə bundan sonrakı münasibətlərin
başlanğıcı olur. İllər sonra o,
bunu zarafat adlandırmağa məcbur olacaq.
Elmi-Tədqiqat
İnstitutunda baş elmi işçi işləyən Fariz
müəllim 3 gün ayaq döyəndən sonra
dördüncü gün 17 ildir ki, direktor işləyən
akademik Nurullayevə koridorda kəşfi barədə məlumat
verə bildi. Elə əsərin toxunduğu ən
böyük problem də burada üzə çıxır.
Onun aldığı cavab bu olur ki, "Get,
işinlə məşğul ol". Nə
olsun ki Fariz müəllimin işi elə bu idi?! Bir
neçə gündən sonra hörümçəyi
akademikə göstərdisə də, aldığı cavab
yalnız bu oldu; "İnteresni!.."
Əslində maraqlı burası idi ki, o kəşfin özü də dünyanın "dağılması" anında baş verdi. SSRİ dağıldı, cəbhəçilər hakimiyyətə gəldi və ölkədəki bu dəyişiklik "Nobel"lik bir kəşfin özünütəsdiqinə də təsirsiz qalmadı. Hamı onun NƏSƏ kəşf etdiyini bilsə də, heç kəs bunun fərqinə varmadı. Belə anlarda Fariz müəllim məsələyə dəxli olan çox məntiqli bir qərara gəlir; "Təklik ancaq Allaha yaraşır, insan gərək tək olmasın". Məsələ burasındadır ki, Fariz müəllim bu kəşfi barədə azərbaycanca böyük elmi iş də yazmışdı. Ancaq onu nə ingilis, nə də rus dilinə tərcümə etdirib, çapa verə bilməmişdi. Bir hissəsini "Elm və həyat" jurnalında nəşr etdirə bilmişdi.
Yeni direktor isə "Gələcək
internetindir!" şüarı ilə yaşasa da, bunun Fariz
müəllimə bir xeyri dəyməmişdi, çünki
onun heç komputeri də yox idi. O, həmin
hörümçəyin Jan Batist Effel tərəfindən
yenidən kəşfini keçmişin qalığı olan
qəzetdən oxumuşdu. "Bütün
varlığını sarsıtmış o müdhiş xəbərdən
sonra həmin gecə səhərə kimi fikrində gah Haaqa məhkəməsinə,
gah İsveç akademiyasına müraciət etdi, tutarlı
şikayət ərizələri yazdı..." Həmin gecə
Nurullayev yuxuda onu yanına səsləyirdi. Belə bir gecədə
həmin hörümçəyin, həmin romantik
uçuşunu sanki görür. Onun adını dəyişib
tut ağacı mənasını verən Moraseae F qoyur. Onu etibar edib verəcəyi
layiqli bir adam da tapa bilmədi. Əsl çatışmazlıqdan biri də bu idi.
"Dünya ədalətsiz idi, Fariz müəllimin də o ədalətsiz
dünya ilə mübarizə aparmağı Don Kixotun dəyirmanla
mübarizəsi kimi bir şey idi..."
Fariz müəllim Şah Tutun Kölgəsi kimi yerindən
tərpənə, özünü təsdiq edə bilməzdi. Jan Batist Effel
isə Atlının kölgəsi kimi dünya elmini gəzməkdəydi.
Buna görə də, Şah Tutun Kölgəsi
Atlının kölgəsinə - "Mən də sənin
kimi qul olmaq istəyirəm"- deyə
qışqırdı. Yəni məni
özünütəsdiqə apara biləcək bir
atlının kölgəsi olmaq da xoşbəxtlik imiş.
Şah Tutun heç kəsi xatırlamayan
ömrü gün yerini dəyişdikcə dəyişirdi,
kiçilirdi, böyüyürdü, amma tutun ətrafından
bir addım da kənara çıxa bilmirdi. Şah Tutun ömrünün sonu onun Kölgəsinin
də ömrünün sonu olacaqdı. Dünyadakı
bütün kölgələrin sonu belədir, onların
ömrü özlərindən asılı deyil. Şah
Tut yalnız dənizin kölgəsi olmadığını
eşitmişdi...
Kölgələrin
ardındakı işıqlı mətləblər
Yazar
Oxunub:
59 dəfə
Facebook Twitter
MySpace Google a - A +
22.12.15 16:26
Kölgələrin
ardındakı işıqlı mətləblər<b
style="color:red"></b>
Gülnar
SƏMA
Xalq
yazıçısı Elçin Əfəndiyevin
"Kaşeyin taleyi" kitabı "Kölgə" hekayəsi
ilə açılır. Əsər Şah Tutla bağlı
əbədi keçmişdə qalmış uşaqlıq
çağlarının xatırlanması ilə başlasa
da, hadisələr onun ömrünün yetkin
çağlarında baş verir.
Şah
Tutun Kölgəsində arzuladıqlarının bir qismi həyata
keçmişdi. Bir qismi isə həyatın verməli
olduğu cavabların suallarına çevrilmişdi.
Özü də başdan-başa narazılıq olan bu
cavablar 25-30 ildir ki, Fariz müəllimin yol yolçusudur.
Yazıçı həmin sual-cavabların
ağrı-acısının son günlər bu dərəcədə
artmasının səbəbini fransız alimi Jan Batist Effelin
Nobel mükafatı almağı ilə bağlayır. Elə
əsərin düyünü də burada vurulur. Azərbaycan
vətəndaşı olan Fariz müəllim hara, Nobel
mükafatı alan fransız hara?!
Bu
müxtəlif məkanları və müxtəlif milliyyətləri
Cucurbita pepo L hörümçəyi birləşdirirmiş.
Hörümçəyə "balqabaq" anlamı verən
bu cür romantik adın qoyulmasının səbəbi
qanadlarının sarı rəngdə olmasıdır. Həmin
hörümçək Fariz müəllimin bir daha
dünyanın ədalətsizlik üstündə bina
olduğuna şübhələrini yox elədi.
Yazıçı bu ədalətsizliyin bariz nümunəsini
elmi kəşflə əsaslandırmağa nail olub. 21 illik
zaman məsafəsi Azərbaycan alimi ilə fransız alimi arasındakı
bütün fərqləri nümayiş etdirə bilmişdi.
Sözün düzü, bu, tarixi ənənədən gəlmə
bir ədalətsizlikdir. Kəşflərimiz, yeniliklərimiz
vaxtında dəyərləndirilmədikcə yadlar onlara dədəmalı
kimi sahib çıxmağı və mükafatlarını
da almağı bacarmışlar. Əslində əsərin əsas
ideyası və mahiyyəti də bu dəyərsizliyin
acısını və ölkəmizə verdiyi ziyanın
böyüklüyünü göstərməkdir. Belə bir
hörümçəyin Jan Batistin yuxusuna da girə bilmədiyi
1991-ci ilin 23 avqustunda Fariz müəllim bu Nobellik kəşfə
imza atmışdı. Həmin hörümçəyə
Propellere F adını da qoymuşdu.
Fariz
müəllimi bir obraz kimi tamamlayan Ələddinin
çırağının içindən çıxan bədheybət
Cinlə dost olan arvadıdır. Ailəsində digər bir
tamamlayıcı surət yaşı 40-ı haqlasa da, hələ
evlənməyən oğlu Mürşüddür.
Yazıçı onun qəzet oxumağını çox
uğurlu bir detal kimi vermişdir. Adama elə gəlir ki, əgər
o, qəzet oxumayıb, internetə girsəydi, bəlkə də,
həmin hörümçək barədə gözünə
nəsə dəyərdi. Başqa bir tamamlayıcı obraz
yaşadıqları binanın keşiyində mətanətlə
dayanan qonşusu rus dili müəllimi Mürsəl
Ağayeviçdir.
Hər
şey arvadının qonşuları kimi evi özlərinin
"remont" etmək təklifini irəli sürməsiylə
başlayır. Ədalətsiz dünyanın qəribə
işlərinə dəxli olan məsələlərdən
biri də bu idi ki, onlar evin təmirinə vanna otağından
başladılar. Sonuncu dəfə nə vaxt vanna qəbul
etdiyi yadına gəlməyən Fariz müəllim həmin
tarixi cümə günü - 1991-ci il birdən-birə vanna qəbul
etmək qərarı verdi. Şah tutun kölgəsini
xatırladan bu vanna qəbulu Fariz müəllimə nəsə
çox böyük bir hadisə baş verəcəyini
anlatmışdı. Ədalətsiz dünyanın qəribə
işlərindən biri elə Fariz müəllimin vanna
otağında gözlərini xəyal aləmindən
açan kimi baş verir; yamyaşıl rəngli, sapsarı
qanadlı, cəmi üç ayağı olan propeller kimi
yanan həmin hörümçəyi görür. Fariz müəllim
əmin idi ki, dünyadakı bir milyon iki yüz min həşəratı
öyrənən entomologiya elmi bu hörümçəyi
tanımır. Yüksək ixtisaslı araxnoloq olan Fariz müəllimə
təbii ki, araxnologiyaya məlum olan bütün
hörümçəklər də məlum idi.
Yazıçı
əsərin əsl mahiyyətini o möcüzəylə bağlı
suallarla ortaya qoyur: "Əgər bu möcüzəni kəşf
etmək onun bəxtinə yazılmışdısa, o zaman nə
üçün dünya entomologiyasının bundan xəbəri
olmadı, yəni xəbəri olmadı ki, bu kəşfi ilk
dəfə Jan Batist Effel yox, Azərbaycanda Fariz müəllim
edib? Yox əgər Jan Batist Effelin adı qızıl hərflərlə
dünya entomologiyasına həkk olunacaqdısa, o zaman nə
üçün 1991-ci ilin avqustun 23-də o möcüzə
Fariz müəllimin vanna otağında baş verir?"
Yazıçı
bu sualların cavabını dünyanın ədalətsizliyinin
içində tam bir əlacsızlıq olmasıyla versə
də, əsl mətləb başqadır: milli biganəlik.
Maraqlı detal budur ki, hörümçəyin yuvası və
ona aid olan heç nə tapılmır. Problem onda idi ki,
onların yaşadığı beşmərtəbəli
binada yeddi blok var idi, hər blokda da on mənzil. Bu yetmiş
beş mənzildə axtarış aparmaq mümkün deyildi.
Ola
bilsin ki, yazarın diqqət çəkmək istədiyi məqamlardan
da biri budur. Bəzən vacib olan, gərəkli olan nəyinsə
əhəmiyyətini anlamamaq. Ümumiyyətlə, dünya
üçün adi olan bəzi elmi fəaliyyət
yönümlü məşğuliyyətlərə bizim
ölkədə qəribə hal kimi yanaşılması
sonradan böyük səhvlərlə sığortalanır.
Yazıçı
bunu belə bir epizodla verir ki, Fariz müəllimin
arvadının zibilliyə atdığı kafellərin
arasında hörümçək axtarışına
hesablanan eşələnməyinə qonşusu Mürsəl
Ağayeviç təəccüblənir. Bu təəccüb
azmış kimi, onların arasındakı dialoq da təbəssüm
doğurur. Fariz müəllim salamsız-kəlamsız
Mürsəl Ağayeviçdən onların vanna
otağında hörümçək
olub-olmadığını soruşur və təbii ki, əməkdar
müəllimin də bundan əsəbiləşməsi Fariz müəllimin elm aləmindəki
bu böyük kəşfinə bundan sonrakı münasibətlərin
başlanğıcı olur. İllər sonra o, bunu zarafat
adlandırmağa məcbur olacaq.
Elmi-Tədqiqat
İnstitutunda baş elmi işçi işləyən Fariz
müəllim 3 gün ayaq döyəndən sonra
dördüncü gün 17 ildir ki, direktor işləyən
akademik Nurullayevə koridorda kəşfi barədə məlumat
verə bildi. Elə əsərin toxunduğu ən
böyük problem də burada üzə çıxır.
Onun aldığı cavab bu olur ki, "Get, işinlə məşğul
ol". Nə olsun ki Fariz müəllimin işi elə bu idi?!
Bir neçə gündən sonra hörümçəyi
akademikə göstərdisə də, aldığı cavab
yalnız bu oldu; "İnteresni!.."
Əslində
maraqlı burası idi ki, o kəşfin özü də
dünyanın "dağılması" anında baş
verdi. SSRİ dağıldı, cəbhəçilər
hakimiyyətə gəldi və ölkədəki bu dəyişiklik
"Nobel"lik bir kəşfin özünütəsdiqinə
də təsirsiz qalmadı. Hamı onun NƏSƏ kəşf
etdiyini bilsə də, heç kəs bunun fərqinə
varmadı. Belə anlarda Fariz müəllim məsələyə
dəxli olan çox məntiqli bir qərara gəlir; "Təklik
ancaq Allaha yaraşır, insan gərək tək
olmasın". Məsələ burasındadır ki, Fariz
müəllim bu kəşfi barədə azərbaycanca
böyük elmi iş də yazmışdı. Ancaq onu nə
ingilis, nə də rus dilinə tərcümə etdirib,
çapa verə bilməmişdi. Bir hissəsini "Elm və
həyat" jurnalında nəşr etdirə bilmişdi.
Yeni
direktor isə "Gələcək internetindir!"
şüarı ilə yaşasa da, bunun Fariz müəllimə
bir xeyri dəyməmişdi, çünki onun heç
komputeri də yox idi. O, həmin hörümçəyin Jan
Batist Effel tərəfindən yenidən kəşfini
keçmişin qalığı olan qəzetdən
oxumuşdu. "Bütün varlığını
sarsıtmış o müdhiş xəbərdən sonra həmin
gecə səhərə kimi fikrində gah Haaqa məhkəməsinə,
gah İsveç akademiyasına müraciət etdi, tutarlı
şikayət ərizələri yazdı..." Həmin gecə
Nurullayev yuxuda onu yanına səsləyirdi. Belə bir gecədə
həmin hörümçəyin, həmin romantik
uçuşunu sanki görür. Onun adını dəyişib
tut ağacı mənasını verən Moraseae F qoyur. Onu
etibar edib verəcəyi layiqli bir adam da tapa bilmədi. Əsl
çatışmazlıqdan biri də bu idi. "Dünya ədalətsiz
idi, Fariz müəllimin də o ədalətsiz dünya ilə
mübarizə aparmağı Don Kixotun dəyirmanla mübarizəsi
kimi bir şey idi..."
Fariz
müəllim Şah Tutun Kölgəsi kimi yerindən tərpənə,
özünü təsdiq edə bilməzdi. Jan Batist Effel isə
Atlının kölgəsi kimi dünya elmini gəzməkdəydi.
Buna görə də, Şah Tutun Kölgəsi Atlının
kölgəsinə - "Mən də sənin kimi qul olmaq istəyirəm"-
deyə qışqırdı. Yəni məni
özünütəsdiqə apara biləcək bir
atlının kölgəsi olmaq da xoşbəxtlik imiş.
Şah Tutun heç kəsi xatırlamayan ömrü gün
yerini dəyişdikcə dəyişirdi, kiçilirdi,
böyüyürdü, amma tutun ətrafından bir addım
da kənara çıxa bilmirdi. Şah Tutun ömrünün
sonu onun Kölgəsinin də ömrünün sonu
olacaqdı. Dünyadakı bütün kölgələrin
sonu belədir, onların ömrü özlərindən
asılı deyil. Şah Tut yalnız dənizin kölgəsi
olmadığını eşitmişdi...
Gülnar
SƏMA
525-ci qəzet.- 2015.- 22 dekabr.- S.7