Yusif Kamal - "Dar ağacı"
Yusif Kamalın
"Dar ağacı" kitabında
şairin müxtəlif
illərdə yazdığı
şeirləri və poemaları toplanıb. Şeirlər əsasən vətənpərvərlik
və məhəbbət
mövzusundadır.
Kitaba önsözü yazıçı-publisist
Şakir Əhmədli
yazıb: "Müəllifin
şeirlərində gah
təmkin, gah üsyankarlıq, gah təvazökarlıq, müdriklik,
gah da haqsızlığa
qarşı barışmazlıq,
qətiyyət bir-biriylə
üzvi vəhdət təşkil edərək,
onun mənəvi aləminin güzgüsünə
çevrilir. "İllərin həsrət
yükü", "Laçın",
"Təsəlli" şeirlərində
vətənpərvərlik motivləri, "Oynama qəlbimlə", "Sevgi
nağılı" şeirlərində
ülvi məhəbbət
duyğuları, "Tar", "Ay eloğlu"da milli-mənəvi
dəyərlərimizə böyük
ehtiram, "Kür qırağında", "İlisu"da
təbiətin rəngarəngliyinin
vəsfi, "Allah adamı",
"Dünyam"da mənəvi
təkamül axtarışları
qabarıq surətdə
diqqəti cəlb edir".
Kitabda verilən
"Səməndər quşu",
"Üç məhəbbət",
"Dar ağacı" poemaları
və qəzəllər
şairin yaradıcılığı
barədə aydın
tə'ssürat yaradır. Qeyd edək
ki, Y.Kamalın bundan öncə "Hamı Allahı çağırır", "Səməndər quşu"
şeir kitabları nəşr olunub.
Müşfiq
ŞÜKÜRLÜ
525-ci qəzet.-
2015.- 22 dekabr.- S.7