İstanbulda Əlibəy Hüseynzadənin qızının fərdi sərgisi açılıb

 

İstanbulda böyük mütəfəkkir, tanınmış maarifçi Əlibəy Hüseynzadənin qızı Feyzavər Alpsarın fərdi rəsm sərgisi təşkil olunub.

 

Şəhərin Bəyoğlu rayonundakı "Eller" incəsənət qalereyasında açılan sərginin açılış mərasimində Türkiyənin tanınmış incəsənət xadimləri, azərbaycanlı alimlər, bu şəhərdə təhsil alan çalışan soydaşlarımız, KİV nümayəndələri iştirak ediblər.

 

On beş gün davam edəcək sərgidə Feyzavər Alpsarın dəri üzərində boya ilə çəkdiyi əsərlər, o cümlədən, qaval kağızlardakı rəsmləri nümayiş etdirilir.

 

Artıq onuncu dəfə keçirilən sərgiyə Azərbaycan ictimaiyyətinin daha çox maraq göstərməsindən məmnun qaldığını diqqətə çatdıran 96 yaşlı Feyzavər Alpsar AZƏRTAC-a müsahibəsində deyib: "Sevinirəm ki, əsərlərim soydaşlarımı Azərbaycan işığında bir yerə toplaya bilir".

 

Orijinal üslubu ilə Türkiyədə incəsənətin inkişafına böyük töhfələr verən F.Alpsarın bu vaxtadək 50-dən artıq sərgisi təşkil olunub.

 525-ci qəzet.- 2015.- 22 dekabr.- S.7