Uşaq Filarmoniyasının Gənc
Tamaşaçılar Teatrında Yeni il konserti
Dünyanın müxtəlif xalqları
üçün ənənəvi
bayrama çevrilən
Yeni il
Azərbaycanda da insanların məişətinə
daxil olub, xüsusilə uşaqların
ən sevdiyi bayramlardan birinə çevrilib.
Məhz
bu bayramla əlaqədar olaraq hər il
şəhərimizin müxtəlif
konsert salonlarında uşaqlar üçün
tədbirlər təşkil
olunur. Bu konsertlərdən
biri də dekabrın 21-də Azərbaycan
Dövlət Uşaq Filarmoniyasının Gənc
Tamaşaçılar Teatrında
baş tutan Yeni il konserti idi.
Konsert başlamazdan əvvəl salonda
əyləşən tamaşaçılarda
yeni il əhval-ruhiyyəsi
aydın sezilirdi. Uşaqların sevinci gözlərindən
oxunurdu.
Və budur. Səhnənin
pərdələri 1857-ci ilin
payızında James Lord Pierpont tərəfindən yazılan
və "One Horse Open Sleigh" adı ilə çap olunan, Yeni İl bayramının
ənənəvi mahnılarından
birinə çevrilən,
əslində "Jingle Bells" deyə tanıdığımız
mahnıyla açılır. Bu mahnı
bütün konsert boyu nömrələr arasında səslənərək
sanki antrakt rolunu oynayırdı. Konserti Yeni il bayramının ən mühüm personajı olan Şaxta Baba aparırdı. Qırmızı
əbalı və uzun ağ saqqalı
Şaxta Baba səhnəyə
gələrək zalda
əyləşən dinləyiciləri
salamladı və onları qarşıdan gələn
"Yeni İl" və Dünya Azərbaycanlılarının həmrəylik
günü münasibətilə
təbrik etdi. Şaxta Baba səhnədə tək deyildi. Onu hər dəfə
müxtəlif nağıl
qəhrəmanları müşayiət
edərək öz arzularını tamaşaçılara
təqdim edirdilər.
Bu nağıl qəhrəmanlarından
ilk olaraq Cırtdan ( Vəliyev Murad)
və Göyçək
Fatma ( Vəliyeva Sevinc) öz arzularını söylədilər.
Belə ki, Cırtdan Yeni İlin hər birimizin üzünə təbəssüm, Göyçək
Fatma isə vətənimiz Azərbaycana
bol ruzi, bərəkət, sülh
və əmin-amanlıq
gətirməsini
arzu etdi. Daha sonra Şaxta Baba "Sevincim" rəqsini elan etdi. Milli geyimlərdə səhnəyə
əvvəlcə oğlanlar,
daha sonra qızlar çıxdılar.
Ritmik kütləvi rəqs kimi təşkil olunan "Sevincim" adlı rəqs kompozisiyası zalda əyləşənlərə çox xoş təəssürat bağışladı.
İkinci
nömrəni Arlekino ilə "İgidlər"
(Allahverdiyev İbrahim,
Məmmədov Toğrul,
İbrahimov Nicat) təqdim
etdi. Çünki bu onların
hədiyyəsi idi.
Ritmik
"İgidlər" rəqsi
şux qamətli 10 nəfər oğlandan ibarət kompozisiya idi. Bu rəqsdən sonra Şaxta Baba hamımızın çox
yaxşı bildiyi
"Pıspısa xanım
və Siçan bəy" filmində
(1974) Tıq-Tıq xanım
və Siçan bəyin toy səhnəsində
istifadə olunan "Nəlbəki"
rəqsini təqdim etdi. Əllərində nəlbəkilərlə səhnədə rəqs edən bənövşəyi
rəngli milli geyimlərdəki balaca qızlar bu rəqsə xas olan bütün ritm naxışlarını,
motivlərin gözəl
melizmlərlə dolu zənginliyini xüsusi ustalıqla çatdırdılar.
"Nəlbəki" rəqsindən sonra Mikki və Mini Mouse eləcə də Qırmızıpapaq ( Rzayeva Gülər, Aslanov Səyyad, Qəmbərli Fidan ) səhnəyə gəldilər. Bu nağıl qəhrəmanları Şaxta Babaya onun yolunu 1 il səbirsizliklə gözlədiklərini və Şaxta Babaya çoxlu şeirlər, mahnılar hazırladıqlarını söylədilər. Daha sonra Kamera Ansamblının çıxışı təqdim olundu. Kamera Ansamblı tanınmış İsveç qrupu olan "ABBA"-nın 1980-cı ildəki "Super Trouper" albomundan məşhur "Happy New Year" adlı mahnını ifa etdilər. Ardınca Siçan, Böyük Canavar, Kovboy (Qədirova Lətifə, Muradov Yunis, Bağırov Həsənağa, Əbdüləhədov Vasif) da Şaxta Babaya öz diləklərini söylədikdən sonra görkəmli rus bəstəkarı Dmitri Şostakoviçin hamıya çox yaxşı məlum olan Estrada orkestri üçün yazılmış 8 hissəli süitasının məşhur 6-cı hissəsi, yəni 2 nömrəli Valsının sədaları altında səhnəyə qızlardan ibarət rəqs qrupu çıxdı.
Musiqi və məzmunu ilə bağlı olaraq zərif əl hərəkətləri, incə yerişlə müşayiət olunan rəqs hər kəs tərəfindən çox xoş qarşılandı.
Daha sonra bir-birinin ardınca Uşaq Xor Kapellasının ifasında "We Are Here Together" mahnısı, "Kovboy", "Açar" , "Dəsmalı", "Yol" və başqa rəqslər təqdim olundu. Maraqlı məqamlardan biri də səhnədə Şaxta Baba geyimli oğlanla balaca Cəmilin əvvəlcə bərabər break-dance, daha sonra isə balacanın Micheal Jaksonun "Moonwalk" rəqsini elə ifaçının Billie Jean mahnısının sədaları altında ifa etməsi idi. Daha sonra "Şəms" uşaq xorunun ifasında səslənən Vladimir Şainskinin "Çunqa-Çanqa" mahnısı da xüsusilə seçilirdi. Konsertin sonunda isə müxtəlif xalqların "Fin", "İtalyan", "Çin" rəqsləri təqdim olundu.
Həmin xalqların geyimlərində səhnəyə çıxan uşaqlar eyni zamanda o xalqların musiqi sədaları altında maraqlı rəqs kompozisiyaları da təqdim etdilər. Sonuncu rəqslərində balaca "Qar dənəcikləri" səhnəyə gələrək qarın yağmasını incəliklə əks etdirdilər. Finalda isə bütün iştirakçılar növbəylə səhnəyə çıxaraq birlikdə oynadılar.
Fəriqə MƏMMƏDZADƏ
525-ci qəzet.- 2015.- 23 dekabr.- S.7