Kamran Nəzirlinin yeni
romanı çapdan çıxıb
"Mütərcim" nəşriyyatı yazıçı
Kamran Nəzirlinin yeni kitabını - "Dördüncü möhür"
romanını çap
edib. Bu, qısa hekayələr müəllifi
kimi tanınan müəllifin ilk irihəcmli
əsəridir.
Roman 33 fəsil, 464 səhifədən
ibarətdir. Maraqlı süjet xətti
olan bədii-fəlsəfi-psixoloji
məzmuna malik bu əsərdə yazıçı tarixi faktlardan və sənədlərdən də
istifadə edib.
Romanın əsas qəhrəmanı
Banu iki dəfə qaçqınlıq
həyatı yaşamış
gənc azərbaycanlı
qızdır. Yeniyetməlik çağlarından bəri
taleyin bütün ağır zərbələrini
- baba, ata, əmi, oğul və digər qohumların itkisini yaşamış bu gənc qız sınmır, Türkiyədə
tibbi təhsil alır, Vətənə dönür, klinikada işə düzəlir, inadla elmin dalınca
düşür; birinci
evlilik həyatı, sevgisi uğursuz olur, doğma balasını itirir...Taleyin yeni zərbələri
onun elmi araşdırmalarına mane olmur...
dünyanın qibtə
edə biləcəyi
həkim-psixiatr kimi tanınır. Bundan sonra o, anlayır
ki, insanların psixoloji durumunda böyük problem var, dünya əhalisinin yarıdan çoxunun psixoloji durumu acınacaqlıdır... müharibələr,
etnik münaqişələr,
qaçqınlıq, xəstəliklər,
terrorlar... bəlkə
elə bütün bunlar psixoloji pozuntularla bağlıdır?
Bu qlobal problemi
aradan qaldırmaq üçün gənc alim qız yollar
axtarır, təlim proqramı hazırlayır.
Onun psixo-analitik mülahizələri
yenidir, dünya alimləri tərəfindən
maraqla qarşılanır.
O, dünyanın xilas
olunmasının yollarını
göstərməyə çalışır.
Bunlar nədən ibarətdir?
Ümumiyyətlə, bu mümkündürmü?
Romanda bu suallara cavab tapmaq olar. Əsərdə
yenilik bir də bundan ibarətdir ki, Qarabağ müharibəsi təkcə
səngərdə yox,
həm də çöldə-bayırda, küçədə,
evdə, ailələrin,
insanların içində,
beynində, qəlblərində,
psixoloji durumlarında,
hərəkət və
davranışlarında qələmə
alınır, irreal və real tarixi hadisələr bir-biriylə
harmonik vəhdətdə
təsvir edilir.
Kitabı Bakı Kitab Klubundan əldə etmək olar.
525-ci qəzet.-
2015.- 23 dekabr.- S.7