Yuxusuzluq himni
Gecə də bizdən inciyib,
qaranlıqlaşır kini.
Ağcaqanad vızıldayır,
"yuxusuzluq" himnini.
Gözlərim tavana baxır,
uzanmışam eləcə.
Sanki kimsə pıçıldayır:
"darıxma çox, gələcəm".
Çoxdandır ki, xəstəhalam,
can verirəm deyəsən.
Asqırsam ciyərim deyər:
"özbaşını yeyəsən".
Gözlər birtəhər qapanıb,
yola verir gecəni.
Çarpayıntək dağılmışam,
gəlib yığışdır
məni...
Ölməz musiqilər kimi
Şəhərin tənhalığı,
Gecənin səssizliyi.
Ürəyin döyüntüsü,
yaşadır sənsizliyi.
Ölməz musiqilərtək,
kaş əbədi qalardın.
Musiqilər olmasa,
çoxdan unudulardın.
Ruhu ölmüş ölkəmin;
Gəmisiz "limanları",
soyuq küçələri
var,
"Tənhalıq"dan alışan,
"Bakı gecələri"
var.
Şopenin "nokturna"sı
üzünü xatırladır.
Bethoven
"Eliza"sı
səsini xatırladır.
Səni
xatırlamaqdan,
yata bilmirəm rahat.
Qulağımda qulaqcıq,
öləcəyəm bu saat...
Səhv
qatara minmişəm
İllərdir, yol gedirəm
ünvanıma çatmıram.
Hamıya
yer verirəm,
özümə yer tapmıram.
Məcburuqmu yol gedək,
bir xəttin üzərindən?
Gün gələcək relslər,
oynayacaq yerindən.
Yox, saxla bu qatarı!
Saxla, bəlkə düşən
var...
Bəlkə sıxlıqdan bezən,
təkliyə öyrəşən
var.
"Söykənməyin" yazılan
qapıya söykənmişəm.
Demə,
elə əzəldən,
səhv qatara minmiş.
lll
Gecədir.
Ay işığı zillənibdir
pəncərədən otağa.
Yata bilməyən adam
işgəncədir yatağa.
Xısın-xısın ağlamaqdır - için-için
darıxmaq.
Yanımda olsan belə,
sənin üçün
darıxmaq.
lll
Ayrılsaq da yoxluğu
məni,
səssiz-səssiz güdürmüş.
Adamı
səsdən çox,
səssizlik ürküdürmüş.
Yalquzaq
Yenə
fərqsiz atıldı
bizə"zaman"gülləsi.
Bezdirici
eynilik
geyindi Yer kürəsi.
Pəncərədən baxanda,
hər yan işıqlıqdadır.
Hər yan işıq olsa da,
ürək qaranlıqdadır.
Öz işindədir hər kəs:
qoca qarı süpürür,
küçələrin tozunu.
Bir gənc fikirli halda
gedir küçə
uzunu...
Küçənin son tinində,
sərxoş içi
bağlayır.
Bu günündən əl üzüb,
sabaha bel bağlayır.
Bir kişi əl açaraq
adamlara yalvarır.
Ona pul veriləndə
pulu geri qaytarır.
İstədiyi pul deyil,
səadət axtarır
o.
Bəlkə də dilənərək
səadəti tapır
o.
Ümidim
yox sabaha,
yaxınlaşmır uzaqlar.
Onunçün günü-gündən
çoxalır yalquzaqlar.
Elə ki, günəş batır,
qaranlıq qonaq olur.
Bu ömür çox qısadır,
yatırsan, sabah olur.
Səhər açılır artıq
gedim üzümü
yuyum.
Dəyişən heç nə yoxmuş,
qoy, təzədən
uyuyum...
Emil HACIYEV
525-ci qəzet.-
2015.- 24 dekabr.- S.8.