2015-in son "Ulduz"u
Bu günlərdə "Ulduz" jurnalının dekabr sayı nəşr olunub.
Bu sayın eksperti
"Hərənin öz
ulduzu...Və hamının bir Ulduzu" yazısı ilə professor Nizami Cəfərovdur. Ekspert jurnalın ötən sayını bir az da sərt, açıq mülahizələrlə təhlil
edib: "Gülşən
Əliyeva-Kəngərlinin "Hər çapında xüsusi çəki sərgiləyən jurnal"ını
oxuya-oxuya düşünürdüm
ki, mən "Ulduz"un növbəti sayına onun qədər qayğılı,
mərhəmətli yanaşmayacağam,
bir az kəskin
danışacağam".
Ekspert yazısını
Rübabə Sahibin
"Özüylə söhbəti"
və "Bu baş o
baş deyil" yazısı izləyir.
"Şeir vaxtı" rubrikasında Rəsmiyyə
Sabir, Sakit Sabiroğlu, Nəsib Nəbioğlu, Əbülfəz
Ülvi, Ədalət
Salmanın şeirləri,
həmçinin Adil Mirseyidin çap olunmamış poeması verilib.
Ramilə Qurbanlının "Himnə
oynayan gəlin" və Orxan Cuvarlının
"Aydakı dalğalar"
hekayələri nəsr
bölümündə yer
alıb.
"Tərcümə saatı"nda Kamran Nəzirlinin tərcüməsində Ales Badakın "Yağışdan qurtulan gün" hekayəsi və Sultan Mərzilinin tərcüməsində İsikava Takubokunun şeirləri dərc olunub.
Jurnalın bu sayında şair Səlim Babullaoğlunun ekspert rəyi ilə birgə "Variasiya" müsabiqəsinin iştirakçılarının tərcümələri təqdim edilib.
Professor Asif Rüstəmlinin "Romantik düşüncələr poeziyası", tənqidçi Vaqif Yusiflinin "Zərif hisslər, lirik duyğular" yazısı və şairə Nuranə Nurun "Səninlə bir başqa yaşardım" essesi də jurnalda yer alıb.
"Müzakirə klubu"ndakı Vüsal Nurunun "Dorantağ" romanıdır. Müzakirəyə İlqar Fəhmi, Mustafa Çəmənli, Nərgiz Cabbarlı, Təranə Vahid, Nuranə Nur və müəllif Vüsal Nuru qoşulub.
"Bəyaz gecələrin sirdaşı" yazısında Esmira Fuad Məlihə Əzizpurdan söz açıb və onun "Kibriti hekayələr"ini təqdim edib.
"Hücrə"də şair Qəşəm Nəcəfzadə "Avtobusun tərli şüşəsindən həyata baxmaq" yazısı ilə Vəfa Mürsəlqızının şeirlərindən bəhs edib.
"Sənət" rubrikasında Ramiz Göyüşov "Üç rəssamın üç dünyası" başlığı ilə Məmməd Dəmirçioğlu, Qafar Sarıvəlli və Nəvai Mətinin rəsmlərindən danışır.
"Dərgidə kitab"da Günel Eyvazlının "Mona Liza", "Tuten Xatun" və "Enarey" yazıları oxuculara təqdim edilib.
MÜŞFİQ
525-ci qəzet.-
2015.- 24 dekabr.- S.7.