Varisin Moskvada çıxan kitabının
təqdimatı olub
Beynəlxalq Mətbuat Mərkəzində
yazıçı Varisin
Moskvada çap edilən "Yanvarın
13 günü" kitabının
təqdimatı keçirilib.
APA-nın məlumatına görə, müəllif
bildirib ki, 2015-ci ilin Rusiyada "Ədəbiyyat ili" elan olunması münasibəti ilə Moskva Ədəbiyyat Mükafatı elan olunub:
"Həmin mükafatın
qısa siyahısına
düşən 20 yazıçı
arasında mənim də adım var. Finalçılar Rusiyanın
məşhur "Sovremenniki
i klassiki" vintaj seriyasından kitab çap etdirmək hüququ qazanıblar. 70 cilddən
ibarət və ilk cildi Lev Tolstoyun "Hərb və Sülh" romanı olan seriyanın 20 cildi mükafatın finalçılarına ayrılıb".
Yazıçı bildirib ki, çap
olunacaq kitabların Moskvada təqdimatı keçiriləcək və
"LitRes" elektron
kitab ticarətçisinin
şəbəkələrində satışa çıxarılıb.
Müəllifin sözlərinə görə,
əsərdə Azərbaycanın tolerantlığına və
Qarabağ mövzusuna
da yer ayrılıb.
525-ci qəzet.-
2015.- 24 dekabr.- S.7.