Yazıçılar Birliyinin
Qazax bölməsi yubiley
tədbirləri keçirib
Dekabrın 3-də Ağstafa şəhərindəki
Yazıçılar Evində
görkəmli şair
və publisist, Əməkdar incəsənət
xadimi Həmid Abbasın 80 illik yubiley tədbiri oldu.
Ağstafa RİH başçısının
müavini Lalə Eyyubovanın giriş sözüylə açdığı
tədbirdə Azərbaycan
Yazıçılar Birliyi
(AYB) Qazax bölməsinin
sədri, Əməkdar
incəsənət xadimi
Barat Vüsal şairin
həyat və yaradıcılığı barədə
ətraflı danışdı.
Professor Hüseyn Xəlilov, "Ağstafa "qəzetinin
redaktoru İbrahim Əliyev, məsul katibi Firdovsi Heydərli, müharibə
veteranı Yaqub Əliyev, şair Saqif Qaratorpaq Həmid Abbasın yalnız şair və ictimai xadim kimi deyil,
həm də gözəl insan, əsl vətəndaş olduğunu vurğuladılar.
Gənc yazar Şahinə Könül şairin şeirlərini səsləndirdi. Tədbirdə şair Həmid Abbasın sözlərinə bəstələnmiş
mahnılar və saz havaları səsləndi.
Dekabrın 9-da Qazaxda Ədəbiyyat Muzeyində Xalq şairi Osman Sarıvəllinin 110 illiyi
ilə əlaqadar yubiley tədbiri keçirildi. Tədbiri giriş sözü
ilə açan AYB Qazax bölməsinin sədri Barat Vüsal Xalq şairinin ədəbiyyatımızın inkişafında müstəsna
xidmətləri olduğunu
bildirdi. AYB Qazax bölməsinin ədəbi məsləhətçisi,
şair Mustafa Rasimoğlunun
aparıcılığı ilə davam edən tədbirdə məktəblilər Ülkər
Hacızadə, Anar Mustafayev O.Sarıvəllinin
şeirlərini səsləndirdilər.
Qazax RİH başçısının
müavini Gülaya Həsənova, professor Hüseyn
Xəlilov, Kosalar kənd orta məktəbinin direktoru Taleh Məmmədov, Abbas Cümənov, şairin həmkəndliləri
və yaxın qohumları, təqaüddə
olan müəllimlər
Sayad Nəsibov, Qəhrəman Binnətov,
Sarıvəlli kənd
orta məktəbinin direktor müavini Fəridə Əhmədova
və başqaları
Osman Sarıvəlli haqqında xatirələrini
danışdılar.
Şairlərdən Ş.Könül,
Misir Qələmçəlli,
APU-nin Qazax filialının tələbələrindən
Mahmud Məmmədov, Sevinc
Tağıyeva, Sarıvəlli
kənd orta məktəbinin şagirdlərindən
Sevinc Eyyubova, Zibeydə Sarıyeva, Qənirə Musayeva şairin şeirlərini
söylədilər.
Aşıqlardan Camoy Çaylı,
Bəyimxan Şıxlı,
Məhəmməd Qocayev,
Hüsən Kəmərli,
Samir Allahverdiyev və başqaları şairin şeirlərini saz havaları ilə ifa etdilər.
Dekabrın 23-də Qazaxdakı Ədəbiyyat
Muzeyində Xalq yazıçısı Yusif
Səmədoğlunun 80 illiyi
ilə əlaqədar
yubiley tədbiri keçirildi. Tədbirin aparıcısı gənc şair Taleh Mansur, AYB Qazax bölməsinin rəhbəri
Barat Vüsal Xalq yazıçısının həyat
və yaradıcılığı
haqqında söhbət
açdılar.
APU-nin Qazax filialının tələbələri
Kübra Əhmədli
və Şəfəq
Məmmədova yazıçının
yaradıcılığından nümunələr səsləndirdilər. M.Rasimoğlu
Xalq yazıçısı
Y.Səmədoğlu və ailəsi ilə bağlı xatirələrindən söz
açaraq, hələ
yazıçının sağlığında
ona həsr etdiyi şeirini oxudu. Qazax Dövlət
Dram Teatrının direktoru
Saqif İsgəndərov
öz çıxışında
"Qətl günü"
filmindəki rolundan söhbət açdı.
Sonra aktyorların ifasında, teatrın rejissoru Musa Eyyibovun ədibin
"220 ¹-li otaq" hekayəsi əsasında hazırladığı səhnəcik
təqdim olundu. Orta Salahlı kənd kitabxanasının
müdiri Svetlana Muradova
kitabxanada Xalq yazıçısının adına ayrıca bir guşə yaradıldığını qeyd
etdi. Qazax RİH-nin məsul
işçisi Sərdar
Orucov tədbir iştirakçılarına rayon rəhbərliyinin salamını
və yubileylə bağlı fikirlərini çatdırdı.
Gənc aşıq Samir Cəlaloğlunun ifasında
Yusif Səmədoğlunun
çox sevdiyi saz havaları səsləndi.
Yubiley iştirakçıları
üçün Xalq yazıçısının həyat
və yaradıcılığından,
Ulu Öndər Heydər Əliyevlə görüşlərindən bəhs
edən "Pıçıltı"
adlı qısametrajlı
film nümayiş olundu.
Mustafa
RASİMOĞLU
AYB Qazax bölməsinin ədəbi-məsləhətçisi
525-ci qəzet.- 2015.-25 dekabr.- S.7.