Fon Ditsə məhəbbətlə...
2015-ci ilin 20 fevralında Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi ilə bağlı xüsusi Sərəncam imzaladı.
Bu Sərəncama əsasən,
qəbul edilmiş tədbirlər planında
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
tərəfindən Haynrix
Fridrix fon Ditsin filologiya və mədəniyyətşünaslıq
üçün son dərəcə
önəmli olan bu kitabının ilkin mərhələdə
iyirmi beş dilə tərcüməsi
və nəşrini həyata keçirdi.
Həm Azərbaycan dilində, həm də dünya xalqlarının dillərində - türk,
alman, ingilis, fransız, rus, çin, yapon, hind, ərəb, fars, yunan, yəhudi, gürcü, erməni,macar,
italiyan, ukrayna, həm də Azərbaycanda yaşayan etnik toplumların dillərdə - xınalıq,
tat, kürd, talış,
udi, ləzgi dillərində
nəşr edilən
bu kitablar Azərbaycan mənəvi dünyasının zənginliklərini
göstərməklə yanaşı,
Azərbaycan multikultural
əhvalının bariz
göstəricisidir. Henrix
Fridrix fon Ditsin yazdığı “Homerinki ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu” adlı ön söz və “Kitabi-Dədə Qorqud” dastanından “Basatın Təpəgözü öldürdüyü
boy”un daxil edildiyi bu kitaba
Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət müşviri,
akademik Kamal Abdullanın yazdığı
ön sözü oxucuların diqqətinə
təqdim edirik:
1815-ci ildə görkəmli alman şərqşünası
və diplomatı Haynrix Fridrix Fon Dits Azərbaycan
(Oğuz) dastanı “Kitabi-Dədə Qorqud”un bir boyunu
alman dilinə tərcümə edir. Fon Dits Prusiyanın səfiri kimi Osmanlı dövlətində
çalışdığı zaman topladığı müxtəlif Şərq
əlyazmalarının arasında
bu əlyazmaya xüsusi münasibət bəsləyirdi. Burada təsvir
edilən qəhrəmanlar,
süjetlər onun yadına qədim yunan miflərini salırdı, uyğunluqlar,
paralellər, oxşar
cəhətlər kifayət
qədərdi. Elə bu
səbəbdən də
o, nəşr edəcəyi
tərcümə üçün
“Dədə Qorqud” boyları arasından “Basat Təpəgözü
öldürdüyü boyu”
seçir. Basatla
Odissey, Təpəgözlə
Polifem arasındakı
oxşarlıq, süjet
xətlərindəki paralellik
Fon Ditsə imkan verir ki,
“Dədə Qorqud” dastanının ədəbi
şəcərəsini qədim
yüzillərə aparıb
çıxarsın.
Və Fon Dits öz tərcüməsini
dərin müqayisəli
təhlil üzərində
qurduğu önsözlə
bir yerdə Berlində çap etdirir. Bununla, 1815-ci ildə “Kitabi-Dədə
Qorqud” dastanının
dünya elmindəki təqdimatı baş tutur. Sonralar italyan, rus, türk,
fransız, alman, amerikan, Azərbaycan alimləri estafeti Fon Ditsdən alaraq geniş və mənalı, zəngin və rəngarəng Qorqudşünaslıq
dünyası yaradırlar.
Bu minvalla aradan 200 il keçir.
...2015-ci ilin fevral ayının
20-də Azərbaycan Prezidenti
İlham Əliyev bu unudulmaz hadisənin
200 illiyi ilə əlaqədar son dərəcə
vacib Sərəncam imzaladı. Bu Sərəncam
görkəmli şərqşünas
alim, XIX əsr alman filologiyasının romantizm cərəyanının
ən tanınmış
nümayəndələrindən biri olan Fon
Ditsin ruhuna Dədə Qorqudun xələfləri tərəfindən
hörmət və minnətdarlığın siyasi
ifadəsi idi. Beləliklə, 2015-ci il təkcə Azərbaycan üçün
yox, dünya filologiyası, qorqudşünaslığı
üçün bayrama
çevrildi.
Oxucuya təqdim edilən bu kitaba 1815-ci ildə Fon Ditsin
yazdığı önsöz
və “Dədə Qorqud” kitabındakı 12 boyun biri - Fon
Ditsin seçdiyi “Basat Təpəgözü
öldürdüyü” boy daxildir. İlk Berlin nəşrindən 200 il keçməsinə
baxmayaraq alman aliminin “Kitabi-Dədə Qorqud” dastanının timsalında Azərbaycan xalqının mənəvi
potensialına verdiyi yüksək qiymət bu gün də
aktualdır. Və bu gün
biz həm sevinirik, həm də qürurluyuq ki, bəşəri dəyərlər
sisteminə daxil olan ölməz Dastanımızın bir parçasının və
Fon Ditsin qiymətli önsözünün
tərcüməsi aparıcı
dünya dillərində
işıq üzü
görür. İnanıram
ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin hazırladığı
bu kitab millətindən, dinindən
asılı olmayaraq bütün oxucularının
qəlbində 200 il bundan əvvəl Fon Ditsin qəlbində
oyatdığı həyəcanı
oyadacaq.
Böyük alim “Homerinki ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu” adlı giriş sözünün sonunda belə yazırdı: “Bu heç də itirilmiş zəhmət sayıla bilməz. Keçmişdəki qaranlıqların işıqlandırılması naminə bizdən sonra bu zəhmətdən istifadə edənlər bizə az da olsa minnətdar olacaqlar”. Bu elə belə də oldu.
Haynrix Fridrix
Fon Ditsə və bütün
qorqudşünaslara dərin ehtiram və məhəbbətlə...
Kamal
Abdulla
525-ci qəzet.- 2015.- 26 dekabr.- S.9