Azərbaycan Dövlət İqtisad Universitetinin 85 illik yubileyi qeyd edilib
Dekabrın 24-də Azərbaycan Dövlət İqtisad Universitetinin
(ADİU) 85 illik yubileyi
qeyd edilib.
AZƏRTAC
xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə
ADİU-nun tələbə və əməkdaşlarının
əl işlərindən
ibarət rəsm, karikatura və kitab sərgisi ilə tanış
olublar.
ADİU-nun rektoru, professor Ədalət Muradov universitetin tarixi, fəaliyyəti, iştirak
etdiyi beynəlxalq layihələrdən danışıb,
kollektivi bu əlamətdar gün münasibətilə təbrik
edib. Rektor bildirib ki, 85 illik fəaliyyəti
dövründə bu ali məktəb
minlərlə iqtisadçı
hazırlayaraq sənaye,
kənd təsərrüfatı,
ticarət, statistika, maliyyə, menecment, vergi sistemi və
digər sahələrin
yüksək ixtisaslı
kadrlarla təmin edilməsində mühüm
rol oynayıb.
Təhsil
naziri Mikayıl Cabbarov ali
təhsilin inkişafına
özünəməxsus töhfələr
verən İqtisad Universitetinin ölkənin
sosial-iqtisadi problemlərinin
həlli sahəsində
əhəmiyyətli rolu
olduğunu bildirib. ADİU-nun əsasını qoyan və inkişafında
xidməti olanları ehtiramla yad edən
M.Cabbarov müstəqil
Azərbaycanın davamlı
inkişafı naminə
kollektivin gənc iqtisadçı kadrların
yetişdirilməsi istiqamətində
bundan sonra da uğurla çalışacağına ümidvar
olduğunu bildirib.
Beynəlxalq Türk Akademiyasının
rəhbəri, professor
Darhan Kıdıralı
yubiley münasibətilə
kollektivi təbrik edib. Bu günlərdə
ADİU-da təsis edilən Türk Dünyası İqtisadçılar
Birliyinin əhəmiyyətindən
söz açan D.Kıdıralı bildirib
ki, türk dünyası iqtisadçıları
arasındakı əməkdaşlıq
əlaqələrinin qurulması
və inkişaf etdirilməsi bu ölkələrin iqtisadi
inkişafına mühüm
töhfələr verəcək.
ADİU-nun 85 illik yubileyi
münasibətilə universitetin
bir qrup əməkdaşı “Qabaqcıl
təhsil işçisi”
döş nişanı
və fəxri fərmanla təltif edilib.
Sonra universitetdə
yeni yaradılan
diskurs.az - virtual iqtisadi forumun
təqdimatı olub.
Tədbir bədii hissə ilə başa çatıb.
525-ci qəzet.- 2015.- 26 dekabr.- S.3