Tofiq Əbdülhəsənli-60
Tofiq Əbdüləziz oğlu
Əbdülhəsənli 1955-ci il dekabrın
30-da Neftçala rayonunda
anadan olub.
1972-1985-ci illərdə istehsalat yönümlü
müəssisədə çalışıb. 1974-1976-cı
illərdə hərbi
xidmətdə olub.
Azərbaycan Dövlət Universitetinin
(indiki BDU) Filologiya fakültəsini fərqlənmə
diplomu ilə bitirib. Azərbaycan Dövlət İqtisad
Universitetinin Maliyyə
fakültəsinin məzunudur.
Moskvada
Ali Mətbuat İnstitutunda
ixtisasartırma kurslarında
təhsil alıb.
1980-ci illərin əvvəllərindən mətbuat sahəsində çalışır. Bir müddət Azərbaycan Respublikasının Televiziya və Radio Verilişləri Komitəsində iqtisadi və ekoloji mövzularda verilişlər hazırlayıb. Tələbə həyatına aid silsilə reportajlar müəllifidir. 1985-1990-cı illərdə "Gənclik" nəşriyyatının redaktoru işləyib. 1990-1992-ci illərdə Azərbaycan Ali Sovetinin orqanı olan "Həyat" qəzetində şöbə müdiri olub. 1992-2002-ci illərdə Milli Məclisin orqanı "Azərbaycan" qəzetində şöbə müdiri vəzifəsində çalışıb. 2003-cü ildən "Respublika" qəzetində şöbə müdiridir. Ölkə iqtisadiyyatı, neft sənayesi, maşınqayırma və energetika kompleksi barədə silsilə məqalələr yazır. Əsasən, yeni neft strategiyası, iqtisadi islahatlar mövzusunda analitik-iqtisadi məqalələr müəllifidir.
Tofiq Əbdülhəsənli Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiridir. Filologiya elmləri doktorudur. Uzun illərdir ki, tələbələrə yazışma mədəniyyətimizin, dilimizin incəliklərini öyrədir. Ölkədə və xaricdə 120-dən çox elmi məqaləsi nüfuzlu elmi jurnallarda və məcmuələrdə dərc olunub. 7 Beynəlxalq elmi konfransda iştirak edib. 3 publisistik məqalələr toplusunun (kitabın), 5 dərsliyin, 4 dərs vəsaitinin, 4 monoqrafiyanın, 5 tədris proqramının müəllifidir.
30 illik pedaqoji stajı olan, filologiya elmləri doktoru Tofiq Əbdülhəsənli Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin və Respublika İqtisadçılar İttifaqının üzvüdür. Əməkdar Mədəniyyət işçisidir, "Həsən bəy Zərdabi" mükafatı laureatıdır.
Tanınmış publisist, pedaqoq və alim Tofiq Əbdülhəsənli bu gün möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik dövlət quruculuğu prosesinə öz qələmi, elmi-pedaqoji fəaliyyəti ilə xidmət etməkdədir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və möhtərəm Prezidentimiz İlham Əliyevin müdrikliklə həyata keçirdiyi Azərbaycanın uğurlu sosial-iqtisadi inkişaf modelinə, yeni neft strategiyasına, güclü, qüdrətli Azərbaycan quruculuğu prosesinə hələ bundan sonra da yüzlərlə məqalə həsr edəcək həmkarımızı 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan Yazıçılar Birliyi
525-ci qəzet.- 2015.- 29 dekabr.- S.8.