Milli Kitabxana İtaliyada beynəlxalq kitab
yarmarkasına qatılacaq
Ötən gün İtaliya
"Sandro Teti Editore" nəşriyyat
evinin direktoru Sandro Tetti M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında olub. Görüşdə məqsəd
hər il
İtaliyanın Turin şəhərində
keçirilən beynəlxalq
kitab sərgi yarmarkasında Azərbaycan
Milli Kitabxanasının
iştirakını təmin
etməkdir. Sandro Teti beynəlxalq
kitab sərgisinin əhəmiyyətindən söz
açıb.
Milli Kitabxananın
direktoru Kərim Tahirov mayın 14-də keçiriləcək sərgiyə
dəvəti yüksək
qiymətləndirib və
ölkəmizin tanıdılması,
təbliği istiqamətində
əlindən gələni
əsirgəməyəcəyini bildirib.
Görüşdə M.F.Axundzadə adına Azərbaycan
Milli Kitabxanası ilə İtaliya "Sandro Teti Editore"
nəşriyyat evi arasında əməkdaşlıq
barədə qarşılıqlı
müqavilə imzalanıb.
Müqavilənin şərtlərinə əsasən "Sandro Teti Editore" nəşriyyat evi 2015-ci il Beynəlxalq Turin kitab yarmarkasında Azərbaycan təmsilçilərinə
"Xüsusi qonaq ölkə" qismində
50 kvadratmetr ekspozisiya sahəsi ayrılmasını,
sərgi çərçivəsində
bir sıra tədbirlərin, o cümlədən,
kitab təqdimatlarının
keçirilməsini təşkil
edəcək.
K.Tahirov
Turin sərgi yarmarkasında
300-dən artıq kitabımızın
nümayiş olunacağını,
sərginin davam edəcəyi 4 gün müddətində Azərbaycan
haqqında filmin təqdim ediləcəyini,
3 yeni kitabın təqdimatının keçiriləcəyini,
tədbir iştirakçılarına
ölkəmizin mədəniyyət,
incəsənət, turizm,
mətbəx, idmanı
və digər sahələri barədə
kitabların və bukletlərin paylanacağını
bildirib.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 3 fevral.- S.7.