Gənc rəssamların sərgisi açılıb

 

 

Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda gənc rəssamların sərgisi təşkil edilib. Sərgi ölkəmizdə hər il geniş qeyd edilən Azərbaycan Gəncləri Gününə həsr olunub. Sərgi Rəssamlar İttifaqı Gənclər İdman Nazirliyi tərəfindən təşkil edilib.

 

Tədbirdə çıxış edən Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, gənclər idman nazirinin müavini İntiqam Babayev, Rəssamlar İttifaqının gənclər birliyinin sədri Tahir Məmmədov bildiriblər ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 26 yanvar tarixli sərəncamı ilə təsdiq olunmuş "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nda ölkəmizdə yaradıcı gənclərin potensialının inkişafı üçün hər cür şəraitin yaradılması nəzərdə tutulub.

 

Bildirilib ki, ekspozisiyada gənc rəssamların rəssamlıq məktəblərinin tələbələrinin müxtəlif janrlarda, o cümlədən, rəngkarlıq, qrafika, heykəltəraşlıq, tikmə, xalçaçılıq dekorativ tətbiqi sənət üzrə 400 əsəri təqdim olunur.

 

Qeyd olunub ki, sərgi son illər ölkəmizdə qeyd olunan Azərbaycan Gəncləri Gününə həsr edilən tədbirlərdən biridir.

 

Sərginin açılış mərasimində çıxış edənlər gəncləri bayram münasibətilə təbrik edərək, onlara yaradıcılıq uğurları arzulayıblar.

 

Tədbir iştirakçıları sərgidə gənc rəssamların rəngkarlıq, qrafika heykəltəraşlıq əsərləri ilə tanış olublar. Dekorativ tətbiqi sənətin, eləcə milli klassik üslubda işlənmiş xalça tikmə nümunələri böyük maraqla qarşılanıb.

 

Sərgi fevralın 9-dək davam edəcək.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 4 fevral.- S.7.