Plagiat epidemiyası və unutqanlığımız haqqında...

 

 

Ömrümün 11 ilini "Heydər Əliyev. Şəxsiyyət zaman" roman-tədqiqat üzərində işə həsr etmişəm.

 

Vaxtın böyük hissəsini gələcək kitab üçün xatirə müəlliflərinin axtarışında onlarla söhbətdə keçirmişəm. Bəzilərinə aylarla zəng etmək, onları görüşə inandırmaq, digərlərini uzun müddət axtarmaq lazım gəlirdi, başqaları ilə qapalı olmaları ya xəstəlikləri səbəbindən danışmaq çətin idi.

 

Axı onların böyük əksəriyyəti mənim qəhrəmanımla KQB- birgə işləmiş ya onunla hələ uşaqlıqdan dost olan insanlar idilər. Bundan sonra müsahibəni kağıza köçürmək, toplanmış materialı lazımsız təfərrüatlardan təmizləmək, redaktə etmək lazım idi. Bütün bunlara fasiləsiz əməklə dolu illər sərf olunurdu. Paralel olaraq mən keçmiş illərin qəzetlərini vərəqləyərək, respublika xarici KİV- Heydər Əliyev haqqında verilmiş çoxsaylı nəşrləri oxuyaraq, onun nitq çıxışları ilə tanış olaraq arxiv kitabxanalarda işləyirdim... Bütün bunlara da daha bir neçə illər getdi. Nəticədə altıcildlik əsər meydana çıxdı o, bugünkü gün ümummilli liderimiz haqqında ən dolğun müfəssəl bioqrafiya hesab edilir. Əlbəttə çox xoşdur ki, çoxillik zəhmətim uğurla nəticələndi ən böyük qiyməti aldı - Azərbaycanın Dövlət Mükafatını.

 

Bu barədə özümü reklam etmək məqsədi ilə yazmıram. Məqalədə söhbət başqa məsələ haqqında olacaq: bu gün geniş yayılmış plagiat başqasının əməyinin həyasızcasına mənimsənilməsi. İş burasındadır ki, Heydər Əliyevin şəxsi bioqrafiyası barədə bir çox faktlar, onun həyatının müxtəlif epizodları, doğmalarının yaxınlarının, həmkarlarının, ədəbiyyat incəsənət xadimlərinin kitabdakı xatirələrinin 90 faizi eksklüziv materiallardır. Yəni materiallar bilavasitə mənim tərəfimdən bilavasitə bu kitab üçün toplanıb. Mən başqa kitablara ya mənbələrə müraciət edəndə müəllifin mənbənin adını mütləq göstərirdim. Təsadüfən deyil ki, kitablarımın hər fəslinin sonunda istifadə olunmuş ədəbiyyatın uzun siyahısı verilir. Ona görə hesab edirəm ki, buna bənzər hörməti öz zəhmətimə münasibətdə digərlərindən tələb etmək mənim ən təbii haqqımdır.

 

Təəssüf ki, bu sahədə vəziyyət acınacaqlıdır. Heydər Əliyev haqqında olan müxtəlif kitab xatirə toplularında çoxcildliyimdən götürülmüş sitatlara, müsahibələrdən parçalara, fikir mülahizələrə rast gəlirəm. Amma "Axundova" soyadı yad edilmir mənim kitabıma da istinad olunmur. Sadəcə iki misal gətirim. Dövlət qəzetlərindən birinin kollektivi "Heydər Əliyev mənim həyatımda" adlı bircildlik, daha sonra ikicildlik buraxdı. Kitabın əvvəlində mərhum Prezidentimizin qızı Sevil xanım Əliyevadan götürülmüş böyük müsahibə yerləşdirilib. Materialın sonunda bu müsahibənin çap olunduğu nəşriyyat orqanının adı göstərilib: "İzvestiya" qəzeti. Amma həmin müsahibənin müəllifi, yəni mənim barəmdə heç bir qeyd yoxdur. ad, soyad. Amma o kitabda olan digər müsahibələrin altında müəllif-jurnalistlərin adları var. məndən, Sevil xanımdan icazə almadan həmin topluda bu müsahibənin nəşr edilməyilə mənim müəllif kimi qeyd olunmamağımla toplu müəllifləri plagiata yol veriblər.

 

Heydər Əliyevin 90 illiyinə həsr edilmiş ilk baxışda sanballı görünən "Öndə gedən" ("İduhiy vperedi") kitabını nəşr edən Moskva müəlliflərinin plagiatla məşğul olması daha böyük təəssüf hissi doğurur. Kitabın əvvəlində bir çox təşkilat, struktur ayrı-ayrı şəxslərə adbaad minnətdarlıq bildirilir. Bütün soyadlar var, bir tək "Axundova"dan başqa. Baxmayaraq ki, Heydər Əliyevin bioqrafiyası barədə bir çox faktlar mənim kitabımdan götürülüb (bunu sübut etmək asandır, çünki onlar haqqında ilk dəfə yalnızca mənim kitabımda yazılıb), doğmalarının, yaxınlarının, həmkarlarının xatirələrindən sitatlar parçalar olduğu kimi bu kitaba köçürülüb. Nəinki sitatlar: hətta mənim düşüncələrim, qəhrəmanın həyatının mənim tərəfimdən yaradılmış bədii səhnələri...

 

Mən müəlliflərdən biri ilə Moskvada görüşdüm öz təəccübümü ona bildirdim. Bunun cavabında utancaq şəkildə üzrxahlıq səsləndi məni əmin etdilər ki, kitabın növbəti buraxılışında mütləq kitabımın adı çəkiləcək. Yalnızca bu qədər... Plagiatla bağlı misalları davam etdirmək olar: belə ki, Azərbaycanın bu ya digər saytları, bu ya digər insafsız jurnalistləri Heydər Əliyevin həyatı barədə ayrıca epizodları mənim kitabımdan götürürlər konteksdən qopardaraq dərc edirlər. Belə olan halda da mənbəni, epizodu götürdükləri yeri, müəllifin adını göstərmirlər...

 

Mənim dostlarım həmkarlarım - publisistlər, yazıçılar, alimlər qarşılaşdıqları plagiatlar barədə qəzəblə danışırlar. Kitablardan bütöv başlıqların, monoqrafiyalardan bölmələrın, məqalələrin üzü köçürülür özününkü kimi təqdim olunur. Hər yerdən oğurlayırlar: başqasının saytından, internetdən. Plagiat epidemiyası ölkəni bürüyüb. bu bəlanın sonu görünmür...

 

Əlbəttə, plagiatla məşğul olan şəxs nəşrlərə qarşı məhkəmədə iddia qaldırmaq olar, öz hüquqlarının qorunması üçün hansısa formada mübarizə apara bilərsən. Çox güman ki, gec-tez mən bunu edəcəm, sadəcə hal-hazırda buna əlim gəlmir. Ona görə digərlərinin əqli mülkiyyətini vicdan əzabı çəkmədən özününküləşdirənlərə qəzet vasitəsilə üzümü tutaraq xahiş etmək istəyirəm: bunu etməyin! Siz hətta başqasının telefon ya pul qabını deyil, fikrini özününküləşdirirsinizsə, bunun bir adı var: oğurluq. bu əməl qanunla cəzalandırılır.

 

lll

 

Bizim digər bir mənfi keyfiyyətimiz: unutqanlıq, məşhur həmyerlilərimiz haqqında yazan, bizim üçün mübarizə aparan, Azərbaycan xalqının qəhrəmanlıq keçmişinin unudulmuş səhifələrini yaradan xaricdəki həqiqi dostlarımızı qiymətləndirə bilməmək. Bir misal gətirim: son vaxtlar "Kaspiy" qəzetində Naxçıvan Elmlər Akademiyasının elmi əməkdaşı Musa Quliyev tanınmış naxçıvanlılar haqqında məqalələr çap etməyə başladı. Və Naxçıvan xanlığının hərbi xanədanı barədə oçerklər yazarkən heç yerdə Rudolf İvanovun adına rast gəlməməyim məni təəccübləndirdi. Baxmayaraq ki, R.İvanov şəxsi zəhməti və fasiləsiz axtarışları hesabına əldə etdiyi nadir arxiv materialları əsasında Naxçıvan xanlığının generalları haqqında bir neçə tarixi-bioqrafik kitabların yaradıcı kimi həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda yaxşı tanınır. Süvari qoşun generalı Hüseyn xan Naxçıvanski barədə yazılan "Anadangəlmə sərkərdə" ("Prirojdennıy polkovodeü") məqaləsində Musa Quliyev yazır: "Bu gün Azərbaycanda həvəskarlar vardır ki, möhtəşəm Naxçıvan xanları ailəsi ilə bağlı sənədlərin və maddi izlərin elmi tədqiqatın predmeti olmasına səy göstərirlər..." (Kaspiy, ot 17 ənvarə). Maddi izlər barədə heç nə deyə bilmərəm, ammaüçün yazmayaq ki, Rudolf İvanovun "Əlahəzrətin general-adyutantı" ("Qeneral-adcötant eqo veliçestva") adlı kitabı sayəsində çoxsaylı sənədlər və nadir ilkmənbə arxiv materialları artıq böyük həcmdə toplanıb və ictimaiyyətə təqdim olunub? Axı bu kitabda ilk dəfə Hüseyn xanın bioqrafiyası dolğunluqla təsvir edilib, onun hərbi yolu tədqiq olunub, taleyinin bir çox faktları, hətta ölüm tarixi və basdırılma yeri dəqiqləşdirilib. Axı Cəmşid Naxçıvanski barədə 2 kitabı, həmçinin Naxçıvan xanları nəslinin banisi Kəlbəli xanonun əsri haqqında möhtəşəm tədqiqatı var. Mifik "həvəskarlar" tərəfindən yox, məhz Rudolf İvanov tərəfindən möhtəşəm Naxçıvan xanlarının ailələri ilə əlaqəli çoxsaylı sənədlər toplanıb və elmi dövriyyəyə buraxılıb. Bu və digər xidmətlər Azərbaycan hökuməti tərəfindən layiqincə qiymətləndirilib: Rudolf İvanov yüksək dövlət mükafatı olan "Dostluq" ordeni ilə təltif edilib.  Rudolf İvanovun fəaliyyətini Naxçıvan Muxtar Respublikasının rəhbəri Vasif Talıbov da yüksək qiymətləndirir. Rudolf İvanov dəfələrlə onun şəxsi qonağı olub, Naxçıvanın özündə onun bütün kitablarının təqdimatı keçirilib, bundan əlavə R.İvanov Naxçıvan Dövlət Universitetinin fəxri doktorudur. Onun bütün kitabları bizim kitabxanalarda qorunur. Musa Quliyev özübu insanla şəxsən tanışdır. Amma Musa müəllimin oçerklərindən belə çıxır ki, Rudolf İvanov adında adam həyatda mövcud deyil. İş o yerə çatdı ki, general-leytenant Maqsud Əlixanov barədə məqalə yazarkən bütün faktları R.İvanovun 800 səhifəlik böyük həcmli kitabından götürdüyü halda, yeri gəlmişkən R.İvanov bu qeyri-adi şəxs barədə iki kitabın müəllifidir, Musa Quliyev Rudolf Nikolayeviçi bir sözlə də olsa yad etməyib. Halbuki bu kitablara görə Rudolf İvanov Dağıstanın Xuntsax rayonunun fəxri vətəndaşı seçilib. Qafqazın tanınmış dövlət adamı Maqsud Əlixanovun əbədiləşdirilməsi üzrə bütün xidmətlər bir tək R.İvanova məxsusdur. Onun Qafqazşünaslıq tarixində olan xidmətlərini danmaqunutmaq olmaz.

 

Birki, mənim əzizlərim, tək həvəskarlıqla bir yerə çatmaq olmaz. Rudolf  İvanovun əsərləri kimi kitablar yaratmaq üçün əziyyətli tədqiqat, Rusiya arxivlərində gərgin axtarış aparmaq, gizli materiallara buraxılış izni almaq, müxtəlif orqanlarda güclü əlaqələrə sahib olmaqs. lazımdır. Şanlı Naxçıvan xanları kimi tarixin qaranlıq səhifələrində yatan buya digər sənədləri tapmağın ahıl rus alimi üçün nə qədər ağır olduğunu yaxşı anlayıram. Amma bizdə kimlərsə bu zəhmətlərin üstündən xətt çəkmək və onların əhəmiyyətini şübhə altına almağa cəhd edirlər. Məgər bu cür yanaşma bizim alimlərə yaraşarmı?

 

Və təəssüf ki, bu tək fakt deyil. Zaman keçir və bizə böyük simpatiya ilə yanaşan, naşükür qonşularımızla mübarizədə bizə kömək edən, Ermənistanın və milliyyətçi daşnakların təcavüzkar siyasəti barədə materialları xaricdə nəşr etməyə qorxmayan insanları çox asanlıqla unuduruq. Biz bu insanları dəstəkləməli, himayə etməli, taleləri ilə maraqlanmalıyıq. Onları nəinki unutmaq, hətta heç kəsin ayağına verməməliyik... Belələri az deyil: Rusiyada publisist Yuri Pompeyev, Azərbaycan ədəbiyyatının vəfalı dostu, məşhur yazıçı-publisist Lyudmila Lavrova, Moldovanın Ombudsmanı Aureliya Qriqoriu və başqaları.

 

Nəşriyyat məhsullarının plagiatı məsələsinə gəldikdə, xatırladıram ki, bizdə əqli mülkiyyət hüququ müvafiq qanunvericiliklə mühafizə olunur. Və Kamran İmanovun rəhbərliyi altında Müəllif Hüquqları Agentliyinin əməkdaşları hər zaman və hər yerdə əqli mülkiyyət hüququnun qorunmasına hazırdırlar. Yeri gəlmişkən, onlar mənə bunu dəfələrlə təklif ediblər. Sadəcə bu son vasitəyə əl atmaq istəməzdim. Ona görə də öz həmkarlarımı və qələm yoldaşlarımı yazıçıların yazılmamış şərəf və ləyaqət məcəlləsini xatırlamağa və ona əməl etməyə çağırıram.

 

Elmira Axundova

525-ci qəzet.- 2015.- 4 iyun.- S.4.