Ağır itki
Moskva şəhərində
yaşayan Azərbaycan
ictimaiyyətinə, Rusiya
və Azərbaycan elminə ağır itki üz verib. Geologiya-minerologiya
elmləri doktoru,
professor, Yerin təkinin
fəxri kəşfiyyatçısı,
Beynəlxalq Mineral Ehtiyatlar
Akademiyasının və
Rusiya Təbiiyat Akademiyasının həqiqi
üzvü, Beynəlxalq
Filiz yataqlarının
Genezisi Akademiyasının
üzvü Namiq Qurban oğlu Qurbanov ağır xəstəlikdən sonra yanvar ayının 31-də Moskva
şəhərində 82 yaşında vəfat edib.
N.Qurbanov
1932-ci il aprelin 29-da Naxçıvan
şəhərində anadan
olub. 1954-cü ildə
M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin Geoloji-kəşfiyyat
fakültəsini bitirib,
1962-ci ildə namizədlik
dissertasiyası müdafiə
edib. 1954-1963-cü illərdə
Mərkəzi Geoloji Kəşfiyyat Elmi Tədqiqat İnstitutunun
(MGKETİ) kiçik elmi
əməkdaşı, 1958-1960-cı illərdə saziş əsasında Suriya və Misirdə çalışan tədqiqat
qrupunun texniki rəhbəri, 1969-1982-ci illərdə
MGKETİ-nin bölmə
müdiri, Kafqaz laboratoriyasının rəhbəri,
1982-1986-cı illərdə SSRİ-nin Cənub qızılı şöbəsinin
rəhbəri, 1986-1994-cü illərdə SSRİ-nin, sonra Rusiya Federasiyasının
Qızıl şöbəsinin
rəhbəri, 1994-1999-cu illərdə
filiz yataqları ərazi kompleksləri şöbəsinin rəhbəri,
1999-cu ildən ömrünün
sonunadək Əlvan metalların proqnozlaşdırılması
və axtarışı
şöbəsinin baş
elmi işçisi olub.
Namiq Qurbanov
27-si monoqrafiya olmaqla əlvan və nəcib metalların yerləşməsi və
yaranma şəraitinə,
onların model sistemlərinə,
proqnozlaşdırılması və axtarışına
həsr olunmuş və dərc edilmiş 290 elmi əsərin müəllifidir.
Dünyanın müxtəlif ölkələrində,
o cümlədən, İran,
Pakistan, Rumıniya, Suriya
və başqa ölkələrdə geoloji
kəşfiyyat işinin
təşkilində xüsusi
xidmətləri olan alimin geoloji axtarışlara həsr olunmuş ən mötəbər simpoziumlarda, konfranslarda məruzələri, elmi mülahizələri, təklifləri
diqqətlə qarşılanıb.
N.Qurbanov geologiya sahəsində yeni mütəxəssislər
hazırlanmasına da
sanballı töhfə
vermiş, 12 elmlər
namizədi, 3 elmlər
doktoru hazırlayıb.
Gərgin və səmərəli elmi fəaliyyəti ilə yanaşı N.Qurbanov Moskvada yaşayan azərbaycanlılar
arasında fəal vətəndaş mövqeyi
olan həmyerlimiz idi. Respublikamızda və onun hüdudlarından kənarda
Azərbaycanla bağlı
heç bir məsələyə biganə
qalmayan, problemlərimizə
ürək yanğısı
ilə yanaşan, haqsızlığa dözməyən,
gənclərə böyük
qayğı və ümidlə yanaşan, müdrik, elmi cəhətdən əsaslandırılmış
məsləhətlərini əsirgəməyən böyük
alim idi.
N.Qurbanovun respublikamız qarşısında
da misilsiz xidmətləri var. Yeraltı
sərvətlərimizin kəşf
olunması üçün
Azərbaycanı qarış-qarış
dolaşmış alim
müxtəlif yataqların
ilk müjdəçisi olub. Hazırda düşmən
tapdağı altında
olan Kəlbəcərin
qızıl yataqlarının
kəşfində onun
müstəsna rolu olub.
Çoxillik səmərəli elmi
fəaliyyətinə görə
Namiq Qurbanov SSRİ-nin və Rusiya
Federasiyasının mükafatlarına,
orden və medallarına, “Fəxri geoloq” adına
layiq görülüb.
Ömrünü elmi axtarışlara,
yeraltı sərvətlərin,
dövlətin güclənməsinə,
xalqın firavanlığının
xidmətinə sərf
etmiş alim, görkəmli ictimai xadim, səmimi ailə başçısı
Namiq Qurbanovun ölümü onu tanıyanları dərindən
kədərləndirir və
onlar mərhumun ailəsinə, xanımı
Mənzər Qurbanovaya
dərin hüznlə
başsağlığı verirlər.
Allah rəhmət eləsin!
Ramiz Abutalıbov, Eldar Abbasov, Cəfərsadıq
Abbasov, Manaf Ağayev, Roman Ağayev, Alla Axundova, Araz Axundov, Qorxmaz
Axundov, Abbas Alıyev, Lətif Alnazarov, Tünzalə Vəliqızı, Məmməd
Bağırov, Abuzər
Bağırov, Aqşin
Bağırov, İlham
Bədəlbəyli, Timur
Bədəlbəyli, Nizami
Bəşirov, Məmməd
Quliyev, Paşa Quliyev, Rafiq Quliyev, Rafiq Qafarov, Bella Musayeva, Mehman Məmmədov, İlqar Məmmədov, Şaiq Məmmədov, Nəsib Nəbioğlu, Leylaxanım İsmayılova,
Ramil İsmayılov,
Elmira İsmayılova, Sevil
İsmayılova, Alşan
Zakirov, Avtandil Zeynalov, Qasım Kərimov, Sabir Həbibov, Rabson Məmmədov, Oqtay Məmmədov, Vasif Məmmədov, Əliş
Əvəz, Yusif Əmiraslanov, Kamran Rüstəmov, Şamil Tağıyev, İqbal Rüstəmov, Camal Camalov, Azər Cahangirov, Azər Səfərov, Əvəz
İbayev, Afaq Şıxlı, Soltan Mərzili, Mehman Tanrıverdiyev, Xalidə Səmədova, Mirəşrəf
Fətiyev, Mərdan Feyzullayev, Füzuli Fərəcov, İlqar Hacıyev, Anar Həsənov, Əşrəf
Hüseynli, Yaşar Hüseynov, Oqtay Hüseynov, Mehman Şükürov.
525-ci qəzet.-
2015.- 5 fevral.- S.8.