Gözələ
Şair gərək şeirini
Yaza bu şən gözələ.
Göydən gələn mələyə,
Gülü gülşən gözələ.
Güləndə bahar olar,
Görən bəxtiyar olar,
Tanrı
özü yar olar
Eşqə düşən gözələ.
Sevgisi olan gəlsin,
Qadasın alan gəlsin,
Ağ atlı oğlan
gəlsin,
Versin nişan gözələ.
O mənim gülüm olsa,
Dözərəm zülm olsa,
Yolunda ölüm olsa,
Qıyaram can gözələ.
Həsrətində qalmışam,
Bulud kimi dolmuşam,
Mən vəfasız olmuşam?
Sevgin, haçan
gözələ?
Qız,
sabahın xeyir olsun
Bu açılan al səhərdə,
Qız, sabahın
xeyir olsun.
Bənövşəni şehli-şehli
Üz, sabahın
xeyir olsun.
Bağ-bağçaya düşsə
yolun,
Ürək açar xoş
əhvalın,
Çəmənlikdə ayaqyalın
Gəz, sabahın
xeyir olsun.
Belə
baxma, belə mənə,
Nə istəsən, söylə
mənə,
Hərdən, gözəl, eylə
mənə
Naz, sabahın
xeyir olsun.
Tanrı
ola yar
gözələ,
Məhəbbətim var gözələ.
Sevgin, belə bir gözələ
Yaz, sabahın
xeyir olsun.
Məni
sevəcəksən öləndən
sonra
Ölüm gətirəcək səadətini,
Ümidlə boylanma gələn sabaha.
Öləndə tapacam məhəbbətimi,
Ölünün qiyməti diridən baha.
Məni sevəcəksən öləndən
sonra.
Gəncliyim həsrətin odunda
yanıb,
Hicranın dadını çəkənlər
bilər.
Gündüzlər başının üstə
dolanıb,
Yuxuna gələcək ruhum gecələr,
Məni sevəcəksən öləndən
sonra.
Tellərin siləcək alın
tərini,
Doğmalar yad olub səndən qaçacaq,
İsladıb zil qara kirpiklərini,
Göz yaşın
gözündə çiçək
açacaq.
Məni sevəcəksən öləndən
sonra.
İllər gətirəcək yaş
üstə yaşı,
Bu sirri qəlbində
saxlayacaqsan.
Həmdəmin olacaq bir məzar daşı,
Önündə diz çöküb ağlayacaqsan.
Məni sevəcəksən öləndən
sonra.
Yandırdın hicranın odunda
məni,
Çıxmadıq sevginin sınaqlarından.
Başdaşım köksünə sığacaq
səni,
Öpəcək şeh düşmüş
yanaqlarından
Məni sevəcəksən öləndən
sonra.
Hələ ki, ömür elə sən gülə-gülə,
Hələ yetişməyib sənə
bəd xəbər.
Əzizim
taleyim yazılıb belə,
Mən diri bədbəxtəm, ölü
bəxtəvər.
Məni sevəcəksən öləndən
sonra.
Mən
"Kərəm" olmasam...
Naləsi
qarsıyır dağı-dərəni,
Xəyalım yol alıb uzaq
keçmişə.
Telli saz yandırır "Yanıq Kərəmi"
Lənət oxuyuram "Qara Keşiş"ə.
Çal
aşıq sazından
qala boylanır,
Çal özün atəşə
bələsin Kərəm.
Ərzuruma gedən yola boylanır,
Deyəsən itirib "Lələ"sin
"Kərəm".
"Kərəm" də bir oğul ola bilməyib,
Guya sevənlərə
tale kəm baxır.
Keşişdən bir qızı
ala bilməyib,
Min ildi milləti
yandırıb, yaxır.
Qanmamaq dərd deyil, istəsən qanmaq,
Qanmaz qana bilər, qandıran olsa.
Nə böyük iş imiş "Kərəm"
tək, yanmaq,
"Əsli" tək od vurub
yandıran olsa.
Alışan bax mənəm,
say ulduzları,
Boylansın, sinəmdə dağlar görərsən.
"Yanıq Kərəmi"yə
süzən qızları,
Sevgin yanğısına
ağlar görərsən.
Tellərin qıvrılsın günəş
üzündə ,
Gözəllik önündə naşı
deyiləm,
"Əsli" sevgisini sən tap özündə,
Mən
"Kərəm" olmasam,
kişi deyiləm.
Qırx
yaşın məhəbbəti
Yaman gecikmisən, yaman, əzizim,
Daha alışmağa
odum qalmayıb.
Həsrət gözlərimi pərdələyib,
Di limdə, ağzımda
dadım qalmayıb.
İl olar sevənin hər keçən günü,
Sevgin məşəl
olar, hicranın çəksən.
Gözümün odunda qızdırsam
səni,
Saçımın qarında üşüyəcəksən.
Bəlkə əfsanəvi qız
qalasısan,
Sevgiyə yeni bir ad gətirmisən.
Yoxsa sən Zərdüştün
qız balasısan,
Mənə alışmağa od gətirmisən?
Odlu baxışında qorxu-səksəkə,
Əridib içimi muma döndərib.
Göylərdən zühur edən
mələksən bəlkə,
Tanrı səni mənə cəza göndərib?
Qırx yaşda gülübdür,
de, baxtı kimin?
Qayıda mənim də baharım, yazım.
Bəlkə sən ruhusan ölən sevgimin,
Yenidən dünyaya gəlmisən, quzum?
Mənim
arzularım söz şəklində,
Mənim arzu sözüm özümə qənim.
Bəlkə "Əzrayıl"san qız şəklində,
Canımı almağa gəlmisən mənim?
Tanrıdan töhfəsən qara
baxtıma,
Bəlkə də yolunda öləsiyəm mən.
Nə vaxtdan sahibsiz sevgi taxtıma,
Sən sultanlıq
elə, köləsiyəm
mən.
Ömrün payızında nə
yaxşı gəldin,
Vallah unutmuşdum
bu şən dünyanı.
Yenidən gözümə qaldırdın,
gülüm,
Gözümdən sürüşüb düşən
dünyanı.
Neftçala, 2015
Dayandur Sevgin
525-ci qəzet.-
2015.- 5 fevral.- S.7.