"Bakı Beynəlxalq Humanitar
Forumları bəşəri maraqları əks etdirir"
PROFESSOR NİZAMİ MƏMMƏDOVUN FİKRİNCƏ, BU FORUMLAR AZƏRBAYCANIN GƏLƏCƏYƏ YÖNƏLMİŞ YÜKSƏK İNTELLEKTUAL-MƏNƏVİ SİMASININ FORMALAŞMASINA KÖMƏK EDİR
Artıq dördüncü ildir ki, Azərbaycan Respublikasının və
Rusiya Federasiyasının
Prezidentlərinin təşəbbüsü
ilə oktyabr ayının əvvəlində
Bakıda irimiqyaslı
Beynəlxalq Humanitar Forumlar təşkil olunur. Bakı Beynəlxalq
Humanitar Forumu - dünya ictimaiyyətinin hər il
elmi, mədəni, siyasi elitalarının görüşü. Forumun səviyyəsi
Bakıda məşhur
siyasətçilərin, görkəmli
alimlərin və böyük nüfuzlu beynəlxalq təşkilatların
rəhbərlərinin bir
yerə gəlməsi
ilə səciyyələnir.
Belə ki, sonuncu foruma
dünyanın 60-dan çox
ölkəsindən görkəmli
ictimai və siyasi xadimlər, mədəniyyət, ədəbiyyat
və elm (onların arasında 14 Nobel mükafatçısı
vardı) nümayəndələri
daxil olmaqla, 500-dən
çox qonaq qatılmışdı. Rusiya Federasiyası
Federal Şurasının sədri
xanım Valentina Matviyenkonun vurğuladığı
kimi, "Bakı Humanitar Forumlarının nüfuzu ildən-ilə artır və bu forumlar artıq
qeyri-rəsmi olaraq
"intellektual Davos"
adlandırılır".
Keçən forumların işində fəlsəfə elmləri
doktoru, Rusiya Xalq Təsərrüfatı
və Dövlət Qulluğu Akademiyasının
Dövlət Qulluğu
və İdarəçilik
İnstitutunun professoru
Nizami Mustafa oğlu Məmmədov da iştirak edib. Nizami Məmmədovla
Bakı Humanitar Forumu barədə söhbətləşdik və
ilk sualımız Forumun
prioritetləri ilə
bağlı oldu.
- Burda, hər şeydən öncə, humanitar kontekst - qloballaşmaya, elmi-texniki inkişafa, konvergent texnologiyaların yayılmasına,
ekoloji ziddiyyətlərin
ortaya çıxarılmasına,
nəzərəçarpan mədəni unifikasiya tendensiyasına, iqtisadiyyatın
qeyri-bərabər inkişafına,
davamlı inkişafa keçid problemlərinə
dair çağırışlar
müzakirə olunur. Bu məsələlər hər bir şəxsin
və ümumən bəşəriyyətin maraqlarını
əks etdirir. Forumun nəticələri beynəlxalq
təşkilatlara, hökumətlərə,
ölkələrin liderlərinə
və planetimizin bütün sakinlərinə
tövsiyələr vasitəsi
ilə həyata keçirilir. Bakı Beynəlxalq
Humanitar Forumları
YUNESKO və İSESKO kimi
nüfuzlu təşkilatlar
tərəfindən dəstəklənir.
Bakı Humanitar Forumlarının əsas xüsusiyyətləri ondan
ibarətdir ki, burada ayrı-ayrı xüsusi məsələlər
insanın təbiəti
və mahiyyəti, tarixi prosesdə mədəniyyətin tənzimlənən
funksiyası, reallığın
elmi-texniki dərk edilməsinin alternativləri,
müasir sivilizasiyanın
harmonik inkişafına
nail olunması şərtləri
ilə əlaqədar
fundamental problemlər kontekstində
müzakirə olunur.
- Belə irimiqyaslı tədbirlərin keçirilməsi
Azərbaycan üçün
nə kimi əhəmiyyət kəsb
edir?
- Bakıda humanitar forumların keçirilməsi
Azərbaycanın gələcəyə
yönəlmiş yüksək
intellektual-mənəvi simasının
formalaşmasına yardımçı
olur. Dördüncü forum əvvəlki forumlar kimi yüksək
səviyyədə təşkil
olunmuşdu. İştirakçılar
Azərbaycanın qonaqpərvərliyinə,
forumun iş planına, respublikanın regionları ilə tanış olma imkanı verən mədəni proqrama heyrətlənmişdilər.
Azərbaycan Prezidenti İlham
Əliyevin proqram xarakterli çıxışı
forum iştirakçılarında güclü təəssürat
yaratdı. Prezident qeyd
etdi ki, Azərbaycanda vətəndaş
cəmiyyəti, hüquqi
dövlət, multikulturalizmin
inkişafı üzrə
dövlət siyasəti
müxtəlif separatist hərəkatları
əsassız hala gətirib. Forumun Azərbaycanın sivilizasiyon inkişafda yeni unikal imkanlarını
nümayiş etdirən
müasir arxitektura şedevri olan Heydər Əliyev Mərkəzində açılışı
xüsusi məna kəsb edirdi.
- Son onillikdə humanitar tematika yeni məna
daşıyır. Özünəməxsus
"antroposentrizm" renessansını
necə izah etmək olar?
- Diqqət yetirin: Forumda müzakirə olunan, demək olar ki, bütün
məsələlər (və
yalnız onlar yox) insan problemləri
ilə əlaqəlidir.
İstər-istəməz "İnsan hər şeyin meyarıdır: istər mövcud olanların, istərsə
də mövcud olmayanların" hesab edən filosof Protaqor və "Özünü dərk et və bütün
dünyanı dərk
edəcəksən" deyən
Sokrat yada düşür. İndi qədim yunan
filosoflarının bu
fikirləri kosmologiyadan
başlayaraq ekologiyaya
kimi ən müxtəlif elm sahələrində
heç mübaliğəsiz
evristik məna kəsb edir.
- Hesab olunur ki,
müasir sivilizasiyanın
misilsiz inkişaf templəri insanın dünyada vəziyyətini
mürəkkəbləşdirir və antropoloji böhrana gətirib çıxarır. Bu böhran özünü nədə büruzə verir?
- Son illərdə insan probleminə marağın
güclənməsi onunla
izah olunur ki, insanın mövcudluğunun təbii
əsaslarının erroziyası
baş verir. İnsanın vücudu fiziki
gərginliklərin azalmasının
təsiri altında, orqanizmə genetik dəyişilmiş qidanın,
tibbi manipulyasiyaların
- süni mayalanma, orqanların transplantasiyası
nəticəsində dəyişilir.
İnformasiya texnologiyalarının individual dərk olunmasının inteqrasiyası nəticəsində
insan psixikası transformasiya olunur. Son
40 il ərzində
insanlarda 70-dən çox
infeksiya aşkar edilib. İnkişaf etmiş ölkələrdə
ənənəvi ailə,
analıq dövrünün
yaşlanması, çayldfri
(uşaqların dünyaya
gətirilməsindən bilərəkdən
imtina olunması) ideologiyası böhranı
getdikcə güclənir.
Anoreksik bədən quruluşu, yuniseks stilli qeyri-ənənəvi cinsi
münasibətlər dəbi
ictimai şüura təsir edir. Onun nəticələri - insanın
ikili strukturu, cinsi özünütəyinin
pozulması davranışın
konflikt modellərinin artmasıdır. Tarixin post-insan
mərhələsinin yaranmasının
real perspektivi ortadadır.
Transhumanistik strategiya insanın
öz şəxsiyyətindən
imtinaya yönəldiyi
üçün ölümcüldür.
- Forumda YUNESKO-nun son illərdə
irəli sürdüyü
yeni humanizmin formalaşması məsələləri
diqqətdən qaçmayıb.
Sizin hesabat da bilavasitə
bu məsələyə
aiddir. Söhbət niyə məhz
yeni humanizmdən gedir?
- Humanizmin mənşəyi
qədim zamanlara aiddir. Belə hesab olunur ki, insan heyvan
aləmindən "Öldürmə!"
tabusunu dərk etməyə ehtiyac olduğuna görə çıxıb. Zehni inkişaf,
mənəvi əsasların
doğulması, ibtidai
instinktlərin sıxılması
insanın formalaşmasına
səbəb olub.
Humanizmin
əhəmiyyətli konsepsiyalarından
biri Konfutsinın humanizmi hesab olunur. Sokrat zorakılığın
universal həqiqətin dialoqda
tapılması yolu ilə aradan qaldırılması barədə
məşhur mövqe
düşünüb ortaya
qoyub. Qədim hind prinsipi olan
Axımsa eko-humanizm xarakteri daşıyıb,
heç kimə zərər vurmamaq çağırışının, bu da sonradan
induizm və buddizmin təməlini qoyub.
Humanizmin taleyi Orta əsrlərdə, ictimai şüurda xristian və islam quraşdırmalarının hökm etdiyi bir dövrdə asan olmayıb. Şübhəsiz ki, xristianlıq və islam bu və ya digər dərəcədə humanizmin inkişafına təsir etdi. Ümumiyyətlə, onlar şəxsiyyətin üzərində yox, şəxsiyyətdən üstün amillərdə, Allahın təsvirində cəmləşdirilib. Amma nə xristianlıq, nə də islam insana bu dünyada xoşbəxtlik söz vermirlər (bu da humanizm üçün əsas məqsəddir). Bu dinlərdə, insanlar öz ləyaqətinə və günahlarına görə o dünyada ya mükafatlandırılır, ya da cəzalandırılır.
Klassik humanizm İntibah dövründən başlayır. Humanizm özünəəmin, xoşbəxtliyi, məqsədlərinə fəaliyyət yolu ilə nail olmağı arayan şəxsiyyətin dəyərinin təsdiqi kimi başa düşülür. Bunun həm müsbət, həm də mənfi nəticələri vardır və fərdiyyətçiliyin yeni dövrdə mütləqləşdirilməsi dəyərlərin, aqressiv konsumerizm dəyərlərinin qalib gəlməsinə gətirib çıxarıb, cəmiyyətdə sosial iqtisadi təbəqələşmə və zorakılığı gücləndirib. Mövcud vəziyyətin aradan qaldırılması üçün humanizmin müxtəlif alternativ konsepsiyaları əmələ gəlib. Bu, məsələn, liberalizm, marksizm, ekzistensializmin yaratdığı konsepsiyalardır. Amma humanizmin planını həm insana, həm də təbiətə qarşı zorakılığın olmaması ideyası qoruya bilər.
- Nədən məhz indi, yəni humanizmin formalaşması ideyası aktuallaşıb? Buna nail olmaq üçün real şans varmı?
- İş ondadır ki, era boyunca intellektual nailiyyətlər insanın təbiətini dəyişməyib. İnsanlar qədim zamanlarda da zorakılıq tətbiq edərək bir-birlərini öldürürdülər, bu gün də buna davam edirlər. Bu baxımdan, minillik ərzində heç nə dəyişməyib. Bundan əlavə, elmi-texniki nailiyyətlərə əksər hallarda hərbi ehtiyacın olması dəstək olur. İki dünya müharibəsi, çox sayda regional müharibə və konfliktlər elmi-texniki inkişafın dramatik leytmotivi olub. İnsanlar ayılmasalar, ictimai əlaqələrin xarakterində yaxın zamanlarda nəyinsə dəyişəcəyinin ehtimalı azdır. İnsanın aqressiyasının nizamlanması yaxın zamanlarda müasir cəmiyyətin fəaliyyətində nəzəri və praktiki cəhətdən ön plana keçməlidir. Qəribədir, indiyə kimi cəmiyyət məqsədyönlü və sistematik şəkildə bu məsələ ilə məşğul olmayıb. İnsanın ictimailəşmə prosesi xaotik olaraq qalır, bu sahədə bütöv və effektiv siyasət yoxdur. Buna baxmayaraq, yeni humanizmə keçid utopiya deyil. Bütün dahi fikirlər əvvəlcə utopik görünüb, amma zamanla həyata keçib və tarixin məntiqini müəyyənləşdirib. Bu fikirlərin həyata keçməsi bir neçə yüzillik də davam edə bilərdi. İndi vəziyyət fərqlidir, yeni ideyalar bütün dünyaya operativ şəkildə yayılır. Amma bir şey dəyişilməz olaraq qalır: həyata keçmələri üçün onlar zamanın tələblərinə cavab verməli və kütləvi şüura açıq olmalıdırlar.
- İnsanın müasir dünyada universal, tənzimləyici rolu barədə bir nəticəyə gəlmək olarmı?
- Bizim fəaliyyətimizin potensial tənzimləyicisi mövcuddur, halbuki biz ondan lazımi şəkildə istifadə etmirik. Bu, öz ağlına inam, hər insanın daxilində olan yaxşılıq və mənəvi paklıq ideyalarıdır. 18-ci əsr filosofu İmmanuel Kant göstərmişdi ki, biz dünyanı nə dərəcədə dərk etdiyimizi bilmirik. Reallığın naməlum fraqmentləri bizim fəaliyyətimizin nəticələrində hər hansı bir cəhətdən əks olunacaq, bəzən mənfi nəticələr verəcək (məsələn, texnikanın inkişafının ekoloji nəticələri). İnsan üçün bu dramatik vəziyyətdə həqiqətən əxlaq xüsusi məna alır. Qərar qəbul edərkən, məchulluq şəraitində insan mənəvi prinsipləri üstün tuta bilər. Bunun üçün insan öz daxilində mənəvi güc tapmalıdır. Bu, ona saleh işlərində etimad qazandıracaq.
525-ci qəzet.- 2015.- 5 fevral.- S.4.