Niyyət nəcib, əməl
işıqlı olanda...
YARDIMLININ MÜASİR MƏNZƏRƏSİ BU VƏHDƏTİN TƏZAHÜRÜDÜR
Vaxtilə Yardımlı rayonuna rəhbərlik etmiş və fəaliyyəti ilə insanların rəğbətini qazanmış
rəhbər şəxsləri
bölgə əhalisinin
yaşlı nəsli bu gün də
razılıq hissi ilə danışır, onları xoş sözlərlə yad edir. Rayonda sağlam mühit
yaratmağa çalışmış,
insanlara dar gündə dayaq olmuş, sosial-iqtisadi inkişaf üçün
mühüm işlər
görmüş, tikinti-quruculuq,
abadlıq sahəsində
əməyi olan rayon rəhbərlərinin dəyərli
fəaliyyəti əsla
unudulmur, illər sonra da xatırlanır.
Cəsarətlə deyirəm ki, rayonumuzun hazırkı başçısı Sevindik
Hətəmov da məhz belə keyfiyyətlərə malik
bacarıqlı rəhbər,
adamlara dar günündə həyan
olan, onların dərdinə, sevincinə
şərik olmağı,
uşaqla uşaq, böyüklə böyük,
ağsaqqalla ağsaqqal
dilində danışmağı
ustalıqla bacaran insandır. Yazımda toxunduğum məsələlərə
başqa gözlə baxmağa çalışanlara
səmimiyyətlə bildirirəm
ki, hər hansı şəxsi xahişlə Sevindik müəllimin qəbulunda
olmamışam, yalnız
kəndimizdə keçirdiyi
səyyar görüş-qəbullarda
onunla ünsiyyətdə
olmuş, başçının
çıxışını dinləmişəm.
Yazdıqlarım da qəlbimin hökmüylə qələmə
alınır. Atalar yaxşı deyiblər:
"Elin gözü tərəzidir". Bu gün rayonun bütün kəndlərində
Sevindik müəllimin
hörmət və nüfuzu yetərincə yüksəkdir. Hətta
qonşu rayonlarda, paytaxt Bakıda iştirak etdiyimiz məclislərdə də
başçımız haqqında
xoş sözlər eşitmişik, onu şəxsən tanımayan
insanların da hörmətinin şahidi olmuşuq, qəlbimiz dağa dönüb, qürrələnmişik ki,
belə bir başçımız var. Gəlin
açıq danışaq,
biz sadə insanlara nə lazımdırsa, dövlətimiz onu bizə verib, ölkə rəhbərinin
özünün təbirincə
desək, dövlətin
imkanları daxilində
əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması
üçün lazım
olan hər şey edilir. Lakin dövlət başçısının
siyasətinin regionlarda
əsas icraçıları
sayılan rayon rəhbərlərinin
də bu sahədə özünəməxsus
rolu var və olmalıdır.
Bu işin öhdəsindən
layiqincə gələn
rayon rəhbərlərindən biri də, Sevindik
Hətəmovun timsalında,
məhz Yardımlının
bəxtinə düşüb. Biz, müəllimlər,
rayonumuzda icra başçısının gördüyü
işlər barədə
məlumatı həm
əyani olaraq gördüklərimizdən, həm
də "Yardımlının
səsi" və
"Zirvə" qəzetlərindən,
ara-sıra televiziyadan
və ayrı-ayrı
internet saytlarında gedən
yazılardan alırıq.
Sevinirik ki, icra başçısı
haqqında yazılan və deyilən müsbət fikirlər həqiqəti əks etdirir, reallıqlara söykənir. Necə
deyərlər: görünən
kəndə nə bələdçi?! Amma bəzən qəlbimizi göynədən, əsassız, materiallara
da rast gəlirik.
Görəsən belə cızmaqaraların
müəllifləri öz
vicdanları ilə baş-başa qalanda əməllərindən utanmırlarmı?
Axı yel qayadan tozdan
başqa nə aparar? Rayonumuzda işlədiyi 2 ilyarımlıq
müddətdə Sevindik
müəllim rəsmi
vəzifələrini uğurla
yetirməkdən əlavə,
insanlara mənəvi dayaq olub, kimsənin
haqqının tapdanmasına
yol verməməyə,
hər kəsin qabiliyyətinə və bacarığına uyğun
gündəlik həyatda
yer tutmasına çalışıb.
Əhalinin hüzr məclislərində
iştirak etmək, evi yananlar üçün
yeni ev
tikilməsi, maddi yardıma həqiqi ehtiyacı olanlara köməklik göstərilməsi,
yüzlərlə insanın
şəxsi problemlərini
öz problemi bilərək həll etmək - bütün bunları Sevindik Hətəmov özünə
mənəvi borc bilməkdədir. Keçirdiyi görüşlərin birində
"mən kiməsə
kömək göstərib
işlərini yoluna qoyanda qəlbən rahatlanıram, özümü
çox rahat hiss edirəm" - deməsi də bunun göstəricisidir.
Ümumi problemlərin
həlli istiqamətində
atdığı addımlar,
rayon üçün uzun
illər aktual qalan məsələlərin
öz həllini tapmasına çalışması
daha geniş söhbətin mövzusu ola bilər.
Təkcə 2014-cü ildə
rayonda 9 yeni məktəb binası, 2 uşaq bağçası
tikilib istifadəyə
verilib, dövlət rəhbərinin sərəncamlarına
əsasən Yardımlı-Deman-Arvana,
Yardımlı-Hamarkənd-Abasabad yolu asfaltlanıb, Pirembel yoluna asfalt çəkilib, Bozayran, Əsədabad və Hamarkənd kənd yollarında avtomobillər üçün
körpülər tikilib.
Rayonda 18
kəndin içməli
su probleminin həlli məqsədilə
"Sineyir" su mənbəyindən gələn
xəttin xeyli hissəsi çəkilib.
Rayon mərkəzi abadlaşdırılıb, idman
kompleksinin və
RİH-nin inzibati binalarının tikintilərinə
başlanılıb. Hələ kəndlərdə
aparılan yenidənqurma,
tikinti-quruculuq işlərini
yazmaqla bitən deyil.
Sevindik müəllimin diqqətindən rayon miqyaslı məsələlərin heç biri yayınmayıb. Hamımızın hörmət bəslədiyimiz, mənim gənclik dostum, doktor Hacı Himayətin, "Zirvə" qəzetinin cəfakeş redaktoru Ələsgər Cəfərovun, gözəl ziyalı Mehdi Həsənovun rayon miqyasında yubileylərinin keçirilməsi Sevindik müəllimin ziyalılara verdiyi qiymətin bariz nümunəsidir. Bilirik ki, Sevindik Hətəmovun özünə doğma Laçını qədər əziz bildiyi Yardımlıda hələ görəcəyi çox işlər var. İnanırıq ki, o, bacarıqlı rayon başçısı kimi, dövlətimizin imkanlarına, qəti mövqeyinə arxalanaraq, bütün bunları da uğurla həyata keçirə biləcək. Ümidvarıq ki, dövlət rəhbərinin "Biz hələ Yardımlıda çoxlu layihələrin açılışında iştirak edəcəyik" fikrini rayonumuzun başçısı Sevindik Hətəmov əməli fəaliyyəti ilə doğrultmaq üçün bundan sonra da əzmlə çalışacaq. Bu yolda ona yeni və daha böyük uğurlar diləyirik.
Naibxan İMANOV
Yardımlı rayon Dəlləkli kənd məktəbinin baş müəllimi
525-ci qəzet.-
2015.- 5 fevral.- S.4.