Akademik
Akif Hacıyev dünyasını dəyişdi
Görkəmli
Azərbaycan riyaziyyatçısı, AMEA-nın
vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin
akademik-katibi, akademik Akif Cəfər oğlu Hacıyev
dünyasını dəyişib.
AMEA-dan AzVision.az-a daxil olan məlumata görə, akademik fevralın 3-də 77 yaşında vəfat edib.
Bu gün saat 12:00-da AMEA-nın Əsas binasında mərhumla vida mərasimi keçiriləcək. Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq
A. Hacıyev 1937-ci il dekabrın 8-də Bakı şəhərində görkəmli tənqidçi, ədəbiyyatşünas alim, professor Cəfər Xəndanın ailəsində anadan olub. Orta məktəbi Bakıda bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (ADU) mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1960-cı ildə universiteti bitirərək, təyinatla Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutuna göndərilib.
İnstitutda kiçik elmi işçi, elmi katib, böyük elmi işçi və şöbə müdiri və direktor vəzifələrində çalışıb.
525-ci qəzet.-
2015.- 5 fevral.- S.3.