GETMƏDİ
Sadiq dostum oldu necə,
Aha bax, aha, getmədi...
Fırlandı yan-yörəmdəcə,
Çəkilib dağa getmədi...
Heç bilməzdim çəmi belə,
Əzabmış kef-dəmi belə.
Getmədi dərd-qəmi belə,
Məndən uzağa getmədi...
Ayrılıq haqq kimi gəldi,
Lap elə vaxt kimi gəldi.
Gəldi,
qonaq kimi gəldi,
Yurd saldı daha, getmədi...
Neynim, kaş ki yan
ötəydi,
Keçib yanımdan ötəydi...
Bu eşq canımdan ötəydi,
Canımdan baha getmədi...
8 sentyabr 2014
YADIMA
GƏLİR...
Bir vaxt sevmişdim səni,
Fələk, yadıma gəlir...
Mələkdin gözlərimdə,
Mələk, yadıma gəlir...
Bu imiş Lələliyin,
Qanımmış bələdiyin.
Ələndim, ələdiyin
Ələk yadıma gəlir...
Qoçaq, sənin, mənimdi,
O çağ sənin, mənimdi.
Bıçaq sənin, mənimdi
Kürək, yadıma gəlir...
Bir qızla qandırdığın,
Üstdə dolandırdığın.
Uğruna
yandırdığım
Ürək yadıma gəlir...
Necə
saldın atımdan,
Keçdin yeddi qatımdan.
Kəfən çıxmır yadımdan,
Bələk yadıma gəlir...
10 sentyabr 201
OLA
Nə sən dünyaya, nə də,
Dünya
sənə bənd ola.
Nə sərvəti bal dada,
Nə şöhrəti qənd ola...
Vurmalını vuralar,
Qırmalını qıralar.
Min bir oyun quralar,
Çıxmağa bir fənd ola...
Tanıyasan Təkini,
Qoruyasan çəkini.
İki vuraq ikinin,
Sonucunda
dörd ola...
Hikmət
var yalanda da,
Kürkdə də, palanda da.
Nə ola, olanda
da,
Çəkiləsi dərd ola...
Getməsə qanda dava,
Ürəkdə, canda dava.
Çıxar xırmanda dava,
Şumda
min cür şərt
ola...
Dağı dağ üstə
məncə,
Qoymaq olar, a bəndə;
Arxanda, yan-yörəndə,
Beş-altıca mərd ola...
15 sentyabr 2014
BELƏ
DEYİLMİŞ...
Canım,
gözəl görüb
gözün gözəli,
Bu gözəl gözündə
gilə deyilmiş...
Adəmdən-Xatəmə sözün gözəli,
Çox
da ki bülbülə,
gülə deyilmiş...
Başının lap tacı, taxtı
sanırdın,
Ondan o yanası
yoxdu sanırdın.
Uğruna
öləcək vaxtdı
sanırdın,
Deyilmiş, deyilmiş, hələ
deyilmiş...
Qəm idin, təpədən-dırnağa
qəmdin,
Əskik olmadı ki dilindən həmdin.
Nə o
Xan Əsliydi, nə sən Kərəmdin,
Arxanca gələn də Lələ deyilmiş...
Alındı alınmaz qala sandığın,
Doyuldu doyulmaz bala sandığın.
Bəla
olsa belə bəla sandığın,
Sən deyən o dadlı bəla deyilmiş...
Neynək,
tutulduğun qarğış
çəkilən,
İslağın təkisən, yağış
çəkilən...
Yayın
ortasında bu qış çəkilən,
Bu çilə çəkilən
çilə deyilmiş...
Bu da bir xəyaldı,
xəyal, qurmusan,
Elə xəyallarla
yatıb, durmusan.
Vallah, o
Nuru da sən
uydurmusan,
Sən belə görmüsən,
belə deyilmiş...
18 sentyabr 2014
YOLLARI
Bilmədim, nə sehirsə,
Bax, nə sirrsə, yolları.
Dünyanın belə qoşub,
Tələsirsə yolları...
Mən adlı biri vardı,
Baxmaz borandı,
qardı.
Geriyə
qaytarardı,
Çata
bilsə yolları...
Kiməm
ki sənsiz, qadam;
Dinsiz, imansız adam.
Ya məscid olsun, ya da
Olsun kilsə yolları...
Dağ ol, çəkilim sənə,
Ağ ol, bükülüm sənə.
Neynirəm, gülüm, sənə
Gətirmirsə yolları...
20 sentyabr 2014
BU GÜN
NƏ VAR ƏLVİDADI...
Yaradandan
bir qismətdi,
Ərməğandı, paydı dünən.
Qəm nə qəmdi, dərd nə dərddi,
Dərmandı, davaydı dünən...
Canındaydım, canındaca,
Dolaşırdım qanındaca.
Elə,
qalıb yanındaca,
Ölməli havaydı dünən...
...O qız başqa qızdı bu gün,
Nədən vəfasızdı bu gün?
Payızdı, payızdı bu
gün,
Yaydı
dünən, yaydı
dünən...
Bu çəkilən əl vidadı,
Bu görsənən yol
vidadı.
Bu gün nə var əlvidadı,
Nə var mərhəbaydı dünən...
20 sentyabr 2014
MƏN
DÜNYANIN MƏĞLUBU...
Mən dünyanın məğlubu,
Qalibimdi vaxt mənim.
Axır
sonuma çatdı,
Doğru mənim, haqq mənim.
Pozulan cərgə, sıra,
O səf, o düzən mənəm.
Fələklə zər atan mən,
Elə, uduzan mənəm.
Dərdlə üst-üstə gəlib,
Cəm olmuşam,
cəm belə.
Məğlubiyyət kimidi,
Beş-on heç-heçəm
belə.
Yığın da bu dünyanın,
Daşın çiynimin üstdə.
Enib ağ bayraq
kimi,
Başım çiynimin üstdə...
24 sentyabr 2014
XATİRƏLƏR
ÖRTÜR MƏNİ
Ayrılığın dilindəyəm,
Yaman dil-dil ötür məni.
Gülüm, necə başlamışdın,
Eləcə də bitir məni...
Öz-özünü boşa öydün,
Bu yol çıxış
yolu döydü.
Yağış çırpdı, dolu
döydü,
Eyləmədin çətir məni...
Bir yuxuydum, yozanmadın,
Ağ vərəqdim,
yazanmadın.
Qazanmadın, qazanmadın,
İlim-ilim itir məni...
Yerindim,
ən yaxın yerin,
Çəkdiyin hər dağın yeri.
Qalmayıb qalmağın yeri,
Dur qapıdan ötür məni...
Dərd-dərd, qəm-qəm, yavaş-yavaş,
Olmuşam cəm yavaş-yavaş.
Görünmürəm, yavaş-yavaş
Xatirələr örtür məni...
2 oktyabr 2014
GƏLMƏZ
Kənddən məktub
Getdi ağızların tamı,
Dəmlərin o dəmi gəlməz.
Keçməz başa ata, ana,
Yanda dayı, əmi gəlməz...
S olu nə çox,
sağı nə çox,
Dörd
yan düşmən, yağı, nə çox...
Çəkiləsi dağı nə çox,
Çəkiləsi qəmi gəlməz...
Daha o bölgəniz yoxdu,
Üstündə kölgəniz yoxdu.
Bu yerlərdə dəniz yoxdu,
Bu yerlərə gəmi gəlməz...
Ha xoflanar xoflananlar,
Ha goplanar goplananlar.
Yer dəyişər toplananlar,
Gəlməz, yenə cəmi
gəlməz...
Dərd
üstündən dərdi
gələr,
Namərddən namərdi gələr.
Yaşamağın şərti gələr,
Yaşamağın çəmi gəlməz...
2 oktyabr 2014
ADAM
ÜZÜYOLADI...
Ürək mənimdi, neynim,
Qadam, üzüyoladı.
Nə elə asiyəm, nə
Şadam,
üzüyoladı...
Bütün göyərəcəklər,
Tələsməz, yazı bəklər.
Badam vaxtsız çiçəklər,
Badam üzüyoladı...
Ruh əzabkeş, can zalım,
Əldə öz yaxan, zalım.
Uçurub, yıxan zalım,
Ya, dam üzüyoladı?..
Elə,
buyam həmişə,
Elə, sözdü
demişəm.
Səhvim
üzüyenişə,
Xətam
üzüyoladı...
Təkim,
təkinən olmaz,
Təksən, çəkinən olmaz.
Hər dərd çəkilən
olmaz,
Adam üzüyoladı...
4 oktyabr 2014
DİLLƏR
ƏZBƏRİ
Hamı
gedən yoldu bu,
Yolum dillər əzbəri...
Sağım dillər əzbəri,
Solum dillər əzbəri...
Ha çalış, ha üstdə
əs,
Nimdaş təzə görünməz.
Girər
gözə, görünməz,
Halım
dillər əzbəri...
Mən bir işi əymişin
Biriyəm, neynim, kişi?..
Dərilməz ki dəymişim,
Kalım
dillər əzbəri...
Nə aşkardı, nə pünhan,
Duzaq, tələ
də pünhan.
Adil hələ də pünhan,
Zalım
dillər əzbəri...
Çəkilir zülüm necə,
Sor desin külüm, necə...
Necəsən, ölüm, necə,
Olum dillər əzbəri...
4 oktyabr 2014
YAZ
BİTİR...
Sevdim sənin baharını, yazını,
Nə bitirsə
bahar bitir, yaz bitir.
Gündə yüz yol əsirgəmə nazını,
Qadın
bitir, nə zaman ki naz
bitir...
Çox
da qənim çoxdu düzə, bilirsən,
Kimlər
necə baxdı düzə, bilirsən...
Zaval, filan yoxdu düzə
bilirsən,
Düz əkilən düz göyərir, düz bitir...
Sevgi dolu, eşq doludu bədən ki,
Durub bom-boş gedə bilmir gedən ki...
Sevən
elə candan sevər, nədən ki
Göz buraxır, əl yorulur, söz bitir...
Halıdır ki gülüm,
halın yazımın,
Qəlbi yuxa, əliyalın yazımın.
Bundan belə mənim alın yazımı,
Sən yazırsan, gecikdirmə, yaz, bitir...
5 oktyabr
2014
Kəmaləddin
QƏDİM
525-ci qəzet.-
2015.- 7 fevral.- S.29.