Heydər Əliyev Fondundan Əlibaba Məmmədovun 85 illiyinə töhfə

 

 

Azərbaycan muğam sənətinin qorunmasına inkişafına xüsusi diqqət qayğı göstərən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, Xalq artisti, muğam, təsnif xalq mahnılarının mahir ifaçısı Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə xanəndənin həyat yaradıcılığına həsr olunmuş yeni musiqi albomu nəşr edilib.

 

Alboma xalq musiqisinin incəliklərini, klassik Azərbaycan poeziyasının nümunələrini gözəl bilən öz orijinal ifa üslubu ilə Azərbaycan milli musiqi xəzinəsini zənginləşdirən Əlibaba Məmmədovun həyat fəaliyyətindən bəhs edən kitab, onun müəllifi olduğu mahnı təsniflərin not yazılarının yer aldığı iki nəşr xanəndənin ifasında xalq mahnıları, təsniflər muğamlardan ibarət 4 CD daxildir. Kitabda ustad xanəndənin uşaqlıq gənclik illərindən, zəngin unudulmaz hadisələrlə yadda qalan yaradıcılıq yolundan söhbət açılır. Yüksək poliqrafik səviyyədə hazırlanmış albom Əlibaba Məmmədovun həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillərlə zəngindir.

 

Nəşrdəki kompakt disklərdə cəmlənmiş musiqi nümunələri sənət hesabatı kimi Əlibaba Məmmədovun milli xanəndəlik məktəbinin ənənələrinin qorunub saxlanılması inkişaf etdirilməsi işinə xidmətin gözəl nümunəsi olan yaradıcılıq yolunu əks etdirir.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 7 fevral.- S.17.