İlyas Əfəndiyevin “Qarabağnamə”si Gənc Tamaşaçılar Teatrında

 

Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı İlyas Əfəndiyevin 100 illiyi münasibətiləQarabağnamətamaşasının nümayişi olub.

 

Tamaşaya İlyas ƏfəndiyevinHökmdar qızıpyesinin motivləri əsasında quruluş verilib. İlyas Əfəndiyevin nəsr dram əsərlərinin çoxunun süjeti Qarabağın həyatından, onun tarixi keçmişindən, müasir insanlarının həyatından götürülüb.

 

Pyesdə Azərbaycan xanlıqlarının Rusiyaya birləşdirilməsi Ermənistan-Azərbaycan münaqişəsinin yaranması mövzusuna toxunulur.

 

XVIII əsrin sonu-XIX əsrin əvvəlində Qarabağ hökmdarı olmuş İbrahim xan müharibələr feodal pərakəndəlik nəticəsində iqtisadi cəhətdən zəifləmiş xanlığı birləşdirmək onu İranın ekspansiyasından müdafiə etmək üçün müdrik, fədakar faciəli bir qərar qəbul edir. Bu qərar bir daha belə bir həqiqəti sübut edir: təəssüf ki, bəzən hökmdarlar da naəlac qalır hər bir hökmdarın taleyi onun sahib olduğu ölkənin ixtiyarındadır. Qarabağın müstəqilliyini gələcək nəsillərə saxlamaq üçün İbrahim xan İran hökmdarı Fətəli şahın məsələni sülalə nikahı ilə tənzimləmək təklifi ilə razılaşır öz qızı Ağabəyim ağanı ona ərə verir. Qarabağ vəziri Saday bəyi sevən Ağabəyim ağa başa düşür ki, öz seçimində sərbəst deyil xoşbəxtliyini Vətəninə, onun gələcəyinə qurban verməlidir. O, atasının hökmünə və Vətən eşqinə boyun əyir.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 7 fevral.- S.16.