Rəhman Salmanlı:
"Keçmişimizə atılan top gələcəyimizi
də viran qoyar"
İstedadlı alim, tədqiqatçı
- jurnalist Rəhman Salmanlının
vaxtilə yazdığı - "Əhməd
Cavad", “Kür üstündə bir şəhər var",
"Cümhuriyyət şairi",
“Əhməd Cavadın
yaradıcılıq yolu",
"Ramazan oğulları"
kimi yaxın-uzaq keçmişimizdən bəhs
edən kitablarını
oxuduqca döyüşkən,
vətənpərvər oğulların
mubarizlik əzmi ruhumuza çökür. Həqiqətən də tarixin
bütün dönəmlərində
xalqımızın milli
iftixarı sayılan oğulları olub. Onları övladlarımıza örnək
kimi tanıtmaq, sevdirmək isə əsl ziyalılıq, zəhmət tələb edir. Çünki bu tarix nəsillər arasında mənəvi bağlılığı
təmin edir və böyük tərbiyə məktəbi
kimi körpü rolu oynayır.
30 ildən çox müddətdə istiqlal şairi, repressiya qurbanı Əhməd Cavadın həyat və yaradıcılığını araşdırmış filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı-jurnalist Rəhman Salmanlı daim bu prinsiplə çalışıb: dönə-dönə yoxla, həqiqəti ərsəyə gətir. Tarix yaşanılır, yazılır, yaradılır və gələcəyə ötürülür. Keçmişdə olanlar tarixdir. Bu mənada R.Salmanlının "Ramazan oğulları" kitabı təfriqəçi yazarlara, araşdırmaçılara ətraflı cavabdır.
Filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı-jurnalist Rəhman Salmanlı ilə söhbətimiz də elə bu məsələlərlə bağlıdır.
- Bir məqamı unutmamalıyıq, olan hər nə varsa, üstündən qara xətt çəkib bədbin xatirələrlə yaşasaq, bu bizi məhvə aparar. Keçmişimizə atılan top gələcəyimizi də viran qoyar. Dünənə qədər xalqımıza örnək olan şəxsiyyətləri - Şah İsmayıl Xətaini, Babəki, Koroğlunu, Qaçaq Nəbini, M.F.Axundzadəni, Səməd Vurğunu və başqalarını hədəf seçməyin kökündə mənəvi təxribat da var, yetərincə bilgisi olmamaq da. Bəzi araşdırmaçılar Azərbaycana düşmən mövqedə dayanan ölkələrin mənbələrindən gen-bol istifadə edirlər. Təbii ki burada bizim xeyrimizə, əsl həqiqətin gələcəyə çatdırılması üçün yazılan dəlil olmayacaq.
- Hər bir millətin
tarixi onun şərəfidir. Şah İsmayıl
Xətai böyük bir ərazidə Azərbaycan adlı nəhəng dövlət
qurdu, dağınıq
tayfaları birləşdirdi.
Doğma
Ana dili, qıy vuran oğullar, qeyrət qoyub getdi. Babək qırx il
boyunduruq altında yaşamaqdansa bir gün azad yaşamağın
şirinliyini bizə öyrətdi. Dilimiz necə gəlir
ki, onların haqqında hörmətsizcəsinə
danışaq, ya da tarixi xidmətlərinin
üstündən qara
xətt çəkək?
- Bu cür yanaşmalar cəmiyyətimizə, xüsusən
də gənclərimizə,
onların şüuruna,
milli düşüncə
tərzinə böyük
zərbə vurur. Gəlin bir az dərindən
düşünək, soykökümüzə
ikrah hissi yaratmaq bizə nə verir? Hər bir xalqın
milli iftixarı sayılan qəhrəmanları
var. 1424-cü ildə vəfat
etməsinə baxmayaraq
hələ də Çexiyanın ən ali mükafatı
Yan Jijkanın adını
daşıyır. Ruslar ağlasığmaz
cinayətləri olan İvan Qroznını hələ də qəhrəman kimi əzizləyirlər. İstər Avropa,
istərsə də qonşu dövlətlərlə
müqayisədə bizim
tarixi keçmişimizə
olan münasibətimiz
acınacaqlı vəziyyətdədir.
Tarixi keçmişimizə güllə
atan o adamların özünü bir təftiş edək, görək onlar bu dövlət üçün nə ediblər, nəyi yaradıblar?
Ümumiyyətlə, onların tarixi
şəxsiyyətləri təhqir
etməyə haqları
çatırmı?
- Rəhman müəllim, yaxın günlərdə
sizin çapdan çıxmış bir kitabınızı oxudum.
"Ramazan oğulları".
Əsərdə Şəmkir
qaçaqlarının başçısı
Ramazan oğullarının,
onlara dəstək verən Vətən təəssübü çəkən
insanların fəaliyyət
dairəsi, Azərbaycan
xalqının müstəqillik
tarixində xüsusi yeri olan 1918-ci il Şəmkir
davasında, 1920-ci il Gəncə üsyanında,
yerli əhalinin rus imperiyasının bolşevik-erməni silahlı
birləşmələrinin işğalçılıq siyasətinə
qarşı 1929-cu il Keçili qiyamı gündəmə gətirilir.
Ən maraqlısı odur ki, istiqlal arzulu
insanların ordu quruculuğu uğrundakı
fəaliyyəti də,
üzləşdikləri faciələr
də konkret faktlar və rəsmi sənədlər,
mənbələr əsasında
qələmə alınıb.
- Ramazan oğullarının
sorağı ilə Gəncədə, Şəmkirdə
və Gədəbəydə
çox yerdə olmuşam, çox adamla görüşmüşəm.
Azərbaycanımızın müstəqilliyi, millətin azadlığı
uğrunda mücadilə
aparmış igidləri
bugünki nəslə
tanıtmaq hamımızın
borcudur.
Zəkurə
QULİYEVA
525-ci qəzet.-
2015.- 11 fevral.- S.8.