"Vətənin müdafiəsinə
hazıram!" mövzulu sərgi
açılıb
Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidməti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının
təşkilatçılığı ilə "Vətənin müdafiəsinə hazıram!"
mövzusunda sərginin
açılışı olub.
Dövlət Rəssamlıq Akademiyasının
Muzey Sərgi Kompleksində təşkil
olunan sərgidə
400-ə yaxın rəsm
əsəri nümayiş
etdirilir.
Sərgi Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin "Vətənin
müdafiəsinə hazıram!"
mövzusunda elan etdiyi rəsm müsabiqəsinin yekunu ilə əlaqədar təşkil olunub. Müsabiqəyə yaşı 18-ə qədər
olan şəxslərin
əsərləri təqdim
edilib. Sərgidə
yer alan
bütün əsərlərdə
vətənpərvərlik ruhu tərənnüm olunur.
Sərginin açılışında çıxış
edən Dövlət Rəssamlıq Akademiyasının
rektoru, akademik Ömər Eldarov müsabiqənin gənc nəslin milli vətənpərvərlik ruhunda
tərbiyəsində böyük
əhəmiyyət daşıdığını
vurğulayıb və
qaliblərə təbriklərini
çatdırıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidməti
rəisinin birinci müavini, polkovnik Zaur Abdullayev deyib ki, müsabiqəyə
respublikanın bütün
rayon və şəhərlərindən
iştirakçılar qatılıb.
O, müsabiqənin Xidmət
tərəfindən keçirilən
hərbi-vətənpərvərlik tədbirlərindən biri
olduğunu vurğulayıb
və bu işlərin intensiv xarakter aldığını
bildirib.
"Tərxis Olunmuş Hərbçilərin Gəncləri
Maarifləndirmə" İctimai
Birliyinin sədri Emin Həsənli isə vurğulayıb ki, müsabiqəyə təqdim olunan əsərlərin çoxluğu,
iştirakçıların hər birinin Vətən mövzusuna yanaşma tərzləri bu təşəbbüsün
böyük maraq oyatdığını göstərir.
Bildirilib
ki, müsabiqənin və sərginin keçirilməsində məqsəd
müstəqil dövlətçiliyimizin
əsas atributlarından
olan Azərbaycan Silahlı Qüvvələrinin
əldə etdiyi nailiyyətlərin, güclü
ordu quruculuğu prosesinin əhəmiyyətinin
ictimaiyyətə çatdırılması,
qəhrəmanlıq nümunələrinin
təbliği, Vətənə,
xalqa məhəbbət,
dövlətçilik ideyalarına
hörmət hisslərinin
gücləndirilməsi, gənc
nəslin milli vətənpərvərlik ruhunda
tərbiyə olunması,
doğma torpağa sədaqət hissinin möhkəmləndirilməsidir.
Sonra müsabiqənin
qalibləri mükafatlandırılıb
və rəsm əsərlərindən ibarət
kataloqun təqdimatı
keçirilib.
Sərgi fevralın 14-dək davam edəcək.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 11 fevral.- S7.