"Azərbaycan mətbəxi"
kitabı beynəlxalq mükafata layiq görülüb
Böyük Britaniyanın "Saqi
Books" nəşriyyat evinin
Tahir Əmiraslanov və Leyla Rəhmanovanın
köməyi ilə hazırlanan "Azərbaycan
mətbəxi" kitabı
ən yaxşı Şərqi Avropa kitabı və ən yaxşı yemək kitabı kateqoriyasında Dünya Qurman Yemək Kitabı 2014 mükafatını
qazanıb.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yüzdən artıq dadlı yemək reseptləri ilə zəngin olan Azərbaycan mətbəxi bölgənin
ekzotik və müxtəlif ləziz dadları üçün
əla başlanğıc
hesab olunur.
Əsası 1983-cü ildə Londonda qoyulan "Saqi Books" nəşriyyat evi Şimali Afrika və Yaxın Şərqdə akademik və müxtəlif maraqlara uyğun keyfiyyətli kitablar nəşr edir.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 11 fevral.- S.7.