"Xalqımızın mənafeyinə uyğun olmayan verilişləri
bağlaya bilərik"
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmlinin müsahibəsi.
- Nuşirəvan müəllim,
Azərbaycanda rəqəmsal
yayıma keçmək
üçün son müddət
kimi 2015-ci ilin yayını göstərmişdiniz.
Bu vaxta qədər proses tam başa çatacaqmı?
- Bilirsiniz, biz bu prosesin başa çatmasını istəyirik.
Bu məsələ ilə
də bağlı heç bir narahatlığımız yoxdur.
Çünki artıq
Azərbaycan ərazisi
rəqəmsal yayımla
tam əhatə olunub.
Sadəcə, bizim sosial cəhətdən imkansız insanlarımız
var ki, onların
rəqəmsal yayımla
təmin olunması üçün dekoderlərə,
tunerlərə, resiverlərə
ehtiyacı var.
- Bu məsələ ilə də bağlı prezident İlham Əliyevə müraciət
etmişdiniz. Müraciətinizə
Nazirlər Kabinetində
baxılırdı. Müraciətə
hər hansı bir cavab verilibmi?
- Bəli, biz bu məsələ ilə bağlı cənab prezidentə müraciət
etdik ki, sosial cəhətdən problemli insanlara müəyyən qədər
kömək göstərilsin.
Bildiyimə görə,
bu məsələ həll olunmaq ərəfəsindədir. Nazirlər
Kabineti bundan irəli gələn məsələləri həll
etmək üçün
müəyyən işlər
görür.
- Bu yaxınlarda ANS Şirkətlər
Qrupunun prezidenti Vahid Mustafayev APA-ya müsahibəsində
"Milli Televiziya və Radio Şurası milli-mənəvi dəyərlər
deyib bizi cərimə edir və biz də onları işgüzar nüfuzumuza xələl gətirdikləri üçün
məhkəməyə verib
uduruq. Məhkəmə
onların xəbərdarlığını
ləğv edib" söyləyib. Bu barədə
nə deyə bilərsiniz?
- Milli Televiziya və Radio Şurasının
xəbərdarlıqları və bunlardan məhkəmə şikayəti
verilməsi normal prosesdir.
Biz də istəyirik ki, hər şey
sivil qaydada həll olunsun. Əgər bizim şuranın qərarı
doğru deyilsə, məhkəmə baxsın,
qərar versin. Milli Televiziya və Radio Şurası kollegial orqandır. Onun fəaliyyəti sırf televiziya və radio yayımına hesablanıb. Ayrı-ayrı
hakimlər ola bilsin ki, bütün
məsələlər üzrə
olan işlərə baxır. Amma bizim şura sırf televiziya və radio yayımına məsul qurumdur. Ona görə bizim verdiyimiz qərarlar qanunvericiliyin maddələrinə əsaslanır.
Mən bu gün də bununla bağlı öz fikrimdə qalıram ki, efirdə cin çıxarmaq əhvalatları
olmamalıdır. Əhalinin,
xüsusən də uşaqların mənəviyyatına
pis təsir edən o cür hadisələr efirə verilməməlidir. Hələ
cin çıxarmaq bir qırağa, mən küçə danışıq tərzinin
efirdə olmasının
qəti əleyhinəyəm.
Bizim efir insanlar üçün həm də məlumatlandırıcı, maarifləndirici
vasitədir. Bizim gənc nəsil televiziyalara baxaraq böyüyür. Ona görə də düşünürəm ki,
televiziyalara tutulan nöqsanlar aradan qaldırılmalıdır.
- Milli Məclis Milli Televiziya və Radio Şurasının
səlahiyyətlərini artırdı...
- Bu, bizdən daha çox cəmiyyətin tələbi idi. Bir sıra Avropa
ölkələrində Televiziya
və Radio Şurasına
bənzər qurumların
böyük səlahiyyətləri
var. Milli Televiziya və Radio Şurası televiziya və radio yayımı ilə bağlı dövlət siyasətini həyata keçirirsə, deməli,
televiziyada gedən proseslərə müdaxilə
etməlidir. Biz, ümumiyyətlə,
senzuranın əleyhinəyik.
Belə şeyləri
qəti istəmirik. Amma çox təəssüf ki, bəzən bundan sui-istifadə edərək efirdə xalqın milli-mənəvi dəyərlərinə
uyğun olmayan verilişlər yayımlanır.
Bu da xoşagələn
hal deyil. Biz ictimaiyyətdən gələn
tələblərlə bağlı
müəyyən təkliflər
irəli sürmüşdük.
Təkliflərimizə müxtəlif
nazirliklərdə baxıldı
və Milli Məclis müvafiq qərar qəbul etdi. Bundan sonra
Azərbaycan xalqının
mənafeyinə uyğun
olmayan verilişlər
tərəfimizdən bağlanıla
bilər. Bununla belə məqsədimiz hər
hansı televiziya kanalına qarşı cəza tədbirləri
görmək deyil. Mən şəxsən cəza tədbirlərinin
qəti əleyhinəyəm. Hesab edirəm ki, məhdudiyyətlər
ancaq çəkindirici xarakter daşımalıdır.
İnsan başa düşməlidir ki, onun hərəkəti
ona daha ağır başa gələcək. Bəzi televiziya
kanallarının rəhbərləri deyir ki, milli-mənəvi
dəyər nədir. Həmin suala cavab tapmaq üçün
məhz bu cür səlahiyyətlərə ehtiyac vardı. Bəzi
insanlar başa düşmür ki, Milli Televiziya və Radio
Şurası məhz ona görə yaradılıb ki, efirdə
Azərbaycan dövlətinin, xalqının maraqlarına
uyğun olmayan verilişlər olmasın. Əgər hər
hansı bir hakim bu işlərə baxacaqdısa, onda bizim təşkilatı
yaratmağa nə ehtiyac var idi? Biz 12 ildir fəaliyyət
göstəririk, əvvəllər bu məsələni dəfələrlə
qaldırmışdıq. Son dövrlər şou xarakterli,
bayağı verilişlərin həddən artıq
çoxalması, verilişlərin keyfiyyətinin xeyli
aşağı olması, xalqın içərisində
hörməti olmayan insanların gözümüzü yara etməsi
yaxşı hal deyil. Bundan sonra biz bu məsələyə bir
daha qayıtmaq məcburiyyətində qaldıq. Bu məsələ
həm ictimaiyyət, həm də bizim tərəfimizdən
qaldırıldı. Milli Məclisin buna müsbət
yanaşması sevindirici haldır. Artırılmış səlahiyyətlərdən
yalnız Azərbaycan xalqının mənafeyinə uyğun
istifadə olunacaq.
-
Özünüz də qeyd etdiniz ki, şou verilişlərinin
sayı durmadan artır. İTV, AzTV şouya demək olar ki,
meyllənmir. Amma fakt budur ki, kütlə özəl
telekanallardakı şou proqramlara həvəslə baxır...
-
(Gülür) Bu məsələ bizim tərəfimizdən dəfələrlə
qaldırılıb. Dövlət hər şeydən qabaq
birinci əhalinin, ictimaiyyətin maraqlarını nəzərə
alır. Ona görə Azərbaycanda dövlət büdcəsindən
maliyyələşən televiziya kanalları sırf əhalinin
maraqlarına uyğun verilişlər göstərir. Biz
insanlara seçim hüququ vermişik. Əgər şou
xarakterli verilişə baxmaq istəmirsənsə, buyur, bu
kanallara bax. Amma çox təəssüf ki, insanlar
özü o cür kanallara baxa-baxa həmin kanallar haqqında
fərqli fikirlər söyləyirlər. Bəzən eyni məsələyə
uyğun fərqli baxış meydana çıxır. İki
gün bundan əvvəl yerli kanallarda göstərilən
şou xarakterli verilişlərlə bağlı bir şikayət
məktubu almışıq. Bir vətəndaş
adını çəkmək istəmədiyim kanalı həddindən
artıq tərifləyir. Uzun müddət tərifləyəndən
sonra onun nöqsanlarını deyir. Yəni bir tərəfdən
tərifləyir, bir tərəfdən də
nöqsanlarını deyir. Bütün bunlara görə Milli
Televiziya və Radio Şurası məsul deyil. Əgər
telekanallar öz fəaliyyətini televiziya və radio
yayımına uyğun quracaqsa, biz onları həmişə
dəstəkləyəcəyik.
39 gün
İmama yas saxlayanda, gərək bir gün də Yezidə yas
saxlayasan. Axı özəl kanallar öz fəaliyyətlərini
reklam və sponsorlardan gələn gəlirlər üzərində
qururlar və onların bütün fəaliyyəti kommersiya
xarakterlidir. Biz onları günahlandıra bilmərik. Onlar
haradan gəlir götürürlərsə, o işi
görürlər. Özəl kanalların işi o qədər
də asan deyil. Bu gün sizin də dediyiniz kimi, AzTV, İTV
var, amma əhalinin əsas baxmaq istədiyi verilişlər
haradadır? (Gülür) Özəl kanallarda. Bizim də
marağımız odur ki, televiziya kanallarımızın
maddi-texniki bazası, kadr potensialı güclənsin və
onların reklam vəziyyəti yaxşı olsun. Telekanallar
işçilərinin hər birinə, aparıcılara
yüksək məvacib verə bilsin ki, o aparıcı,
operator reklam haqda düşünməsin. Lakin bizim televiziya
kanallarında bütün işçilər
düşünür ki, kim haradan gedib reklam, sponsor tapıb gətirə
bilər. Bu problem var və bu problem tədricən həll
olunmalıdır.
-
Televiziya kanallarında dil və nitq qabiliyyətinin
qorunması üçün yaradılmış Bədii
şuraların yalnız formal xarakter
daşıdığını söyləmişdiniz. Bədii
şuraların fəaliyyətində müsbətə
doğru bir irəliləyiş varmı, ya vəziyyət elə
olduğu kimi qalmaqdadır?
- Sovet dövründə Bədii
şuralar var idi və hər şey də ciddi nəzarət
altında idi. Amma indiki dövrdə özəl kanallarda Bədii
Şuraların yaradılması o qədər də asan məsələ
deyil. Hazırda bədii şuralar yaradılsa da, çox təəssüf
ki, onların fəaliyyəti ancaq kağız üzərindədir.
Bəzi televiziya kanalları öz rəhbərliyini Bədii
Şuranın tərkibi kimi göstərib. Mən hesab edirəm
ki, hər bir televiziya kanalının Bədii Şurası Azərbaycan
xalqına nəyi göstərmək olar, nəyi göstərmək
olmaz məsələsində prinsipiallıq göstərməlidir.
Son zamanlar qeyd etməliyəm ki, efirdə dəyişikliklərin
şahidi oluruq. Nöqsanlar var, amma əvvəlki illərlə
müqayisədə qanun pozmalar çox aşağı
düşüb. O ki, qaldı şou-bizneslə bağlı
verilişlərə, bayaq dediyim kimi, bu, çox ciddi bir məsələdir.
- Milli
teleserialların çəkilişi üçün növbəti
maliyyə vəsaitinin ayrılması gözlənilirmi?
- Bu sahədə xeyli iş
görülüb. Kəmiyyətlə bağlı hər
hansı problem yoxdur. Sonuncu dəfə 2013-cü ilin aprel
ayında ayrılmış 6 milyon manat hesabına 22-dən
çox serial çəkilib. Ümumi olaraq onların
bölümlərinin sayı təqribən 800-dən
çoxdur. Yəni biz kəmiyyət baxımından
qarşımıza qoyduğumuz məqsədə
çatmışıq. Keyfiyyət məsələsində
ciddi problemlər var. Bizdə serial 10-15 min manata çəkilirsə,
Türkiyədə 250 minə çəkilir. Sonra bunları
müqayisə etmədən deyirlər ki, bizdəki seriallar bərbad
gündədir. Bu da reklam bazarının çox
aşağı səviyyədə olması ilə
bağlıdır. Biz bu sahədə iş görməliyik.
Azərbaycan iqtisadi cəhətdən bölgənin ən
qüdrətli ölkəsidir. Amma reklam vəziyyətinə
görə qonşu ölkələrlə bərabər səviyyədədir.
Belə ola bilməz. Ona görə bu sahədə müəyyən
dəyişiklik etmək lazımdır. Azərbaycan dövləti
də xüsusən sosial reklamlarla bağlı müəyyən
işlər görməlidir. Yəni sosial reklamlar
ayrı-ayrı nazirliklər tərəfindən
hazırlanırsa, onların yayımlanması özəl
kanallarda ödənişli, büdcədən maliyyələşən
kanallarda isə ödənişsiz olmalıdır. Biz bu haqda
da təklif irəli sürmüşük.
- Səhiyyə
Nazirliyinin icazəsi olmadan dərman preparatlarını reklam
edən kanallar haqqında ölçü götürülməsi
üçün nazirlik tərəfindən sizin quruma
müraciətlər daxil olur?
- Demək olar ki, bizə bu barədə şikayət daxil olmur. Bu barədə şəxsən mən şikayət almamışam. 6-7 il bundan qabaq biz Səhiyyə Nazirliyinə müraciət etmişdik ki, bizə reseptlə verilən, reseptsiz verilən dərmanlar haqqında bir məlumat versinlər. Milli Televiziya və Radio Şurasında çalışan insanlar hansı dərmanın reseptlə, hansının dərmanın reseptsiz verildiyini müəyyənləşdirən orqan deyil. Biz necə müəyyənləşdirə bilərik ki, o dərman reseptlidir, ya reseptsiz? Səhiyyə Nazirliyi bu haqda bizə məlumat versə, daha yaxşı olar. Biz bunu o zaman nizamlaya bilərik. Bir dəfə müraciət etdik, cəmisi 10-12 ad verdilər. Halbuki bunların sayı yüzlərlədir. Ümumiyyətlə, efirdə tibbi klinikaların həddən artıq reklam olunması, orada bəzilərinin dediyi milli-mənəvi dəyərlərə uyğun olmayan ifadələrin işlədilməsi yaxşı hal deyil. İnsan öz ailəsi ilə o reklamlara baxanda narahat olur. Həmin o klinikaların rəhbərləri tibbi terminləri bəzən elə eybəcər formada səsləndirirlər ki... Bunlara yol vermək olmaz.
525-ci qəzet.-
2015.- 11 fevral.- S.4.