Muğam və müasir
musiqi yaradıcılığı ilə
bağlı konfrans yekunlaşıb
Azərbaycan Bəstəkarlar İttifaqında
(ABİ) "Muğam aləmi"
IV Beynəlxalq Muğam
Festivalı ərəfəsində
festival çəriçəvində reallaşacaq elmi simpoziuma hazırlıq məqsədilə keçirilən
konfrans başa çatıb.
"Muğam/maqam və müasir musiqi yaradıcılığı"
mövzusuna həsr edilən konfransda muğam sənəti: ənənə və yeni yozumlar, muğam müasir bəstəkarların yaradıcılığında,
muğam dəstgahlarının
notlaşdırılması problemi, müxtəlif musiqişünaslıq məktəblərində
muğam terminologiyası
problemləri müzakirə
edilib.
ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə bildirib ki, iki
gündür davam edən konfransda bütün məruzələr
dinlənildikdən sonra
təşkilat komitəsi
tərəfindən simpoziuma
təqdim ediləcək
məruzələr seçiləcək:
"Məruzələr mövzuya
uyğunluq, elmi dəyər parametrlərindən
qiymətləndirilərək qərar veriləcək".
Konfransda
iki gün ərzində AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda,
Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasında, Azərbaycan Milli Konservatoriyasında, Azərbaycan
Dövlət Mədəniyyət
və İncəsənət
Universitetində çalışan
respublikanın görkəmli
musiqişünas-alimləri və eləcə də gənc mütəxəssisləri öz
məruzələrini təqdim
ediblər.
Məruzələr "Azərbaycan mədəniyyətinin
vizit kartı. Muğam
ifaçılığında ənənə və novatorluq", "Müasir
Azərbaycan muğam sənətinin təbliğində
Televiziya Muğam müsabiqəsinin rolu",
"Muğamın tarixi
irsinə bir nəzər" və digər mövzuları əhatə edib.
Qeyd olunub ki, yerli mütəxəssislərlə
yanaşı, xarici mütəxəssislərin də
məruzələri təqdim
olunub və bu məruzələr təşkilat komitəsi tərəfindən nəzərdən
keçiriləcək, nəticələr
yaxın günlərdə
elan ediləcək.
S.ABDULLAYEVA
525-ci qəzet.-
2015.- 12 fevral.- S.7.