Mədəniyyət və Turizm Nazirliyində xarici nümayəndələrlə görüşlər olub

 

 

Mədəniyyət Turizm Nazirliyində bir sıra xarici ölkə nümayəndələrinin təmsilçiləri  ilə görüşlər keçirilib.

 

BMT-nin İnkişaf Proqramının (UNDP) rezident əlaqələndiricisi Antonius Broek Mədəniyyət Turizm Nazirliyində olub.

 

Görüşdə UNDP-nin Azərbaycanda həyata keçirildiyi layihələr barədə məlumat verilib. A. Broek Əbülfəs Qarayevin cari ilin yanvarında Nyu-Yorka səfəri çərçivəsində keçirilən tədbirlər, xüsusilə BMT rəsmiləri ilə görüşlərin beynəlxalq ictimaiyyətdə böyük rezonans doğurduğunu diqqətə çatdırıb. Nazir öz növbəsində bildirib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna BMT-nin üç əsas ixtisaslaşmış qurumu UNESCO, Sivilizasiyalar Alyansı və Dünya Turizm Təşkilatının cəlb olunması Azərbaycanın bu qurum ilə dərin və çoxşaxəli əməkdaşlığının bariz nümunəsidir. Bildirilib ki, UNDP çərçivəsində turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Bütün təkliflər Azərbaycan qanunvericiliyinə uyğunlaşdırıldıqdan sonra onların həyata keçirilmə mexanizmləri ətraflı nəzərdən keçirilə bilər. Bu təkliflərin eyni zamanda cari il mayın 18-19-da Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Mədəniyyət və davamlı inkişaf 2015 gündəliyi" ilə əlaqələndirilməsi nəzərdə tutulur.

 

Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora da Mədəniyyət və Turizm Nazirliyində olub. Nazir Əbülfəs Qarayev Macarıstan ilə əlaqələrin dostluq münasibətlərinə əsaslandığını, mədəniyyət və turizm sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu vurğulayıb və səfirliyin bu istiqamətdə səylərini yüksək qiymətləndirib. Görüşdə cari ilin aprelində Bakıda keçirilməsi planlaşdırılan mədəniyyət tədbirləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Səfir Jolt Çutora Azərbaycan ilə Macarıstan arasında mədəni əlaqələrin dinamik prosesinin şahidi olduğundan məmnunluğunu ifadə edib.

 

Nazir Əbülfəs Qarayev Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekovu da qəbul edib. Azərbaycanın Türkmənistanla mədəniyyət və turizm sahəsində əməkdaşlığa böyük önəm verildiyinibu vaxta qədər ölkələrimiz arasında qarşılıqlı olaraq həyata keçirilən tədbirlərin mədəni əməkdaşlığın tarixində mühüm yer tutduğunu qeyd edib. Əbülfəs Qarayev səfiri Türkmənistanın Mərv şəhərini 2015-ci ildə "Türk dünyasının mədəniyyət paytaxtı" seçilməsi münasibətilə təbrik edibbu işin layiqincə öhdəsindən gəlinəcəyindən əminliyini vurğulayıb.

 

Görüşdə cari il Azərbaycanda xalçalara həsr olunacaq tədbir, turizmkitab sərgiləri mövzusunda fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət, tarix, milli mənəvi dəyərlər baxımından Azərbaycan və türkmən xalqlarının tarixi bağlılığını xüsusi vurğulayan Toyli Komekov iki ölkə arasında qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf etdirilməsi istiqamətində yaradılan imkanların əhəmiyyətindən danışaraq bu məqsədlə geniş tədbirlər planı, birgə layihələr hazırlanmasının vacib olduğunu söyləyib.

 

ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski Mədəniyyət və Turizm Nazirliyində olub.

 

Görüşdə A. Şahtaxtinski cari ilin mayın 18-19-da Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə əlaqədar fikirlərini bölüşərək bu tədbirin beynəlxalq arenada böyük maraq doğurduğunu diqqətə çatdırıb. Onun forum çərçivəsində rasizmə qarşı mübarizə və tolerantlıq mövzularında birgə sessiyanın keçirilməsi ilə bağlı təklifi Əbülfəs Qarayev tərəfindən müsbət dəyərləndirilib. Ə.Qarayev qonağın diqqətinə çatdırıb ki, forum beynəlxalq formatlı tədbir olduğundan burada gündəliyə çıxarılan hər bir məsələ tərəfdaş qurumlar ilə İşçi Qrupunun görüşlərində birgə razılaşdırılır. Sözügedən təklifin gündəliyə çıxarılması məsələsi konkret layihə təklifi alındıqdan sonra nəzərdən keçiriləcəkdir.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 12 fevral.- S.7.