Mübarək
Tanınmış yazar-publisist İntiqam Mehdizadəni doğum günü münasibətilə təbrik edənlərə mən də qoşuluram.
Yayılsın aləmə xoş
xəbər, səda:
Qədim
məmləkətin, millətin
oğlu,
İntiqam! Yetmişi qoydun
arxada,
Yaxşı yol səksənə, doxsana doğru!
Əngəl yaratsa da daş-kəsək, kol-kos,
Şirin bar yetirib çəkdiyin zəhmət.
İntiqam adındır, amma,
əziz dost,
Səndə həm qəzəb
var,
həm də mərhəmət!
Ərzə göz açdığın
İsmayıllıdan
Bakıya
gəlməyin-kövrək xatirə;
Məgər tələbəlik çıxarmı
yaddan?
Dostlara olmağın
örnək - xatirə.
Bir cavab istəyim görəsən kimdən,
Bəlkə açıqlaya ən
yaşlı adam?
Aşıq Bayramlıda - körpəliyimdə
Məktəb direktoru işləyib
atam...
Tez-tez qayıdırsan xəyalən
yəqin
Teleradioda
ötən çağlara,
O gözəl, o həzin, o şən çağlara.
Çoxdur gül açası arzu-diləyin.
Vaxt, zaman fəsadsız, təzadsız deyil,
Bəzən həftələr də
uzanır iltək;
Qələmə sarılıb yazdığın
şeir -
Şairlik bağından dərdiyin çiçək.
Duyğular insanı çəkir qoynuna,
Sevgi sərvətidir Yerin, Göyün də.
Çağırdın sonbeşik övlad toyuna...
Borcumu ödəyim yubileyində!
Dünyaya haqq üçün gəlib-gedənin
Adını, irsini qiymətləndirək;
Cavan müəlliflər öyrənsin gərək
Ədiblik dərsini Mehdizadənin!
Yayılsın aləmə xoş xəbər, səda:
Qədim məmnləkətin, millətin oğlu,
İntiqam! Yetmişi qoydun arxada,
Yaxşi yol səksənə, doxsana doğru!
Oqtay Rza
əməkdar müəllim
525-ci qəzet.- 2015.- 13 fevral.- S.8.