Səməndər ömrü

 

BÖYÜK AKTYOR SƏMƏNDƏR RZAYEVİN 70 İLLİYİ QEYD EDİLİB

 

 

Mədəniyyət Turizm Nazirliyinin təşkilatçılığı ilə görkəmli teatr kino aktyoru, Əməkdar artist Səməndər Rzayevin 70 illik yubileyi ilə bağlı xatirə gecəsi keçirilib.

 

Dövlət Akademik Milli Dram Teatrında keçirilən tədbirin iştirakçıları əvvəlcə teatrın foyesində aktyorun teatr kinoda yaratdığı obrazları əks etdirən fotosərgiyə baxıblar.

 

Tədbir böyük sənətkarın lent yazısının səsləndirilməsi ilə başlayıb.

 

Sonra aktyorun tərcümeyi-halı barədə məlumat verilib: "Səməndər Rzayev 1945-ci ildə Ağsuda anadan olub. Orta məktəbdə oxuyarkən kütləvi tədbirlərdə dram dərnəyində fəal iştirak edib. 1964 -1968-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun Aktyorluq fakültəsində təhsil alıb.

 

Tədbirdə çıxış edən əməkdar incəsənət xadimi, teatrşünas İlham Rəhimli belə bir tədbirin keçirilməsini sənətkara olan ehtiramın əlaməti kimi qiymətləndirib. 18 ilə yaxın səhnədə olan Səməndər Rzayevi tamaşaçılar həmişə alqışlarla qarşılayıb. Teatrşünas sənətkarın teatrda kinoda canlandırdığı obrazlar barədə məlumat verərək qeyd edib ki, o, obrazları enerjili, coşqun yaradan aktyor idi. Səməndər Rzayevin kino, teatr televiziya yaradıcılığı ustad dərsi kimi qəbul olunmalıdır".

 

İlham Rəhimli, həmçinin sənətkarın tələbə yoldaşı dostu kimi xatirələrini bölüşüb.

 

Xatirə gecəsində Teatr Xadimləri İttifaqının sədri, xalq artistləri Azərpaşa Nemətov, Rafiq Əzimov və Hacı İsmayılov, əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə çıxış edərək cəmi 41 il ömür yaşamış sənətkarın Azərbaycan teatrkino sənətində qoyduğu izdən söhbət açıblar: "Aktyor millidünya klassiklərindən Hüseyn Cavidin "Xəyyam" (Xacə Nazim), "Knyaz" (Knyaz), "İblis" (İbn Yəmin), Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və dərviş Məstəlişah" (Hatəmxan ağa), Səməd Vurğunun "Vaqif" (Vaqif), "İnsan" (Valentin), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (Fazil Küleyni), Cəfər Cabbarlının "Aydın" (Balaxan) pyeslərində müxtəlif xarakterli rollarda çıxış edib. Səməndər Rzayev teatr fəaliyyəti ilə yanaşı, "Evləri köndələn yar" televiziya tamaşasında, "Nəsimi", "Uşaqlığın son gecəsi", "Babamın babasının babası", "Od içində", "Babək", "Bəyin oğurlanması" və digər bədii filmlərdə çəkilib".

 

Çıxış edənlər, həmçinin aktyorla bağlı xatirələrini bölüşüblər.

 

Tədbirdə böyük sənətkarın oynadığı "Dəli yığıncağı" və "Aydın" tamaşalarından, "Nəsimi", "Bəyin oğurlanması" və "Babamın babasının babası" filmlərindən fraqmentlər nümayiş olunub.

 

Sonda sənətkarın qızı Rübabə Səməndər xatirə gecəsinin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirib.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2015.- 13 fevral.- S.7.