Əziz Mirəhmədovun 95 illiyi qeyd olunub
Fevralın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami
adına Ədəbiyyat
İnstitutunun Elektron akt zalında görkəmli ədəbiyyatşünas
alim, AMEA-nın müxbir üzvü Əziz Mirəhmədovun
95 illik yubileyi ilə bağlı elmi sessiya keçirilib.
Tədbiri giriş sözü
ilə AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun
direktoru, akademik İsa Həbibbəyli açaraq görkəmli alimin həyatı, yaradıcılığı, ədəbiyyatşünaslıq
elmi sahəsində fəaliyyəti haqqında
geniş məruzə
ilə çıxış
edib. Akademik İsa Həbibbəyli qeyd edib ki,
23 yaşından taleyini
Nizami adına Ədəbiyyat İnstitutuna
bağlayan alim ömrünün sonuna kimi bu elmi-tədqiqat
müəssisəsində çalışaraq
yüzlərlə məqalə,
20-dən çox monoqrafiya
və kitab yazıb. Ədəbiyyatşünas
alimin "M.F.Axundov",
"Abdulla Şaiq", "Sabir" , "Məhəmməd
Hadi", "Azərbaycan
Molla Nəsrəddini",
"Satirik gülüşün
qüdrəti", "Ağlar
güləyən" monoqrafiyaları,
"XX əsr Azərbaycan
ədəbiyyatında satiranın
inkişafına dair",
"Zakir və XIX əsr Azərbaycan satirası", "XX əsrin
əvvəllərində ədəbi
hərəkat: tənqidi
realizm" və s. sanballı məqalələri
ədəbiyyatımızın tarixinin öyrənilməsində
ən etibarlı mənbələrdəndir.1960-1980-ci
illərin ədəbi
prosesindən danışan
akademik İsa Həbibbəyli həmin zaman kəsiyini Azərbaycan ədəbiyyatşünaslığının
"qızıl dövrü"
adlandırıb və
bu mərhələdə
görkəmli alim Əziz Mirəhmədovun elmi xidmətlərindən
bəhs edib. Akademik İsa Həbibbəyli yubilyarın zəngin elmi fəaliyyəti, yazdığı monoqrafiyalarla
bərabər özünün
namizədlik, eləcə
də doktorluq işində rəsmi opponenti olmuş Əziz Mirəhmədov haqqında xatirələrini
tədbir iştirakçıları
ilə bölüşüb.
Elmi sessiyada Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşlarından
filologiya üzrə elmlər doktorları, professorlar Zaman Əsgərli, Rəhim Əliyev, Şirindil Alışanlı, Asif Rüstəmli, Bədirxan
Əhmədov, filologiya
üzrə elmlər doktoru Sara Osmanlı, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy və başqaları çıxış ediblər.
Onlar görkəmli ədəbiyyatşünas alim
Əziz Mirəhmədovun
zəngin elmi fəaliyyətinin müxtəlif
istiqamətlərindən bəhs
edərək uzun illər çiyin-çiyinə
çalışdıqları həmkarları ilə bağlı xoş xatirələr
525-ci qəzet.-
2015.- 13 fevral.- S7.