Musiqişünasın portreti: görkəmli alim, tənqidçi və pedaqoq Elmira Abasova

 

(Əvvəli ötən sayımızda)

 

Əməkdar incəsənət xadimi, professor Elmira Abasova (1932-2009)  Azərbaycan musiqişünaslığının inkişafında çox mühüm xidmətləri olan görkəmli elm mədəniyyət xadimidir. Onun fəaliyyətinə bir neçə istiqamətdə baxıla bilər: musiqi elmi; musiqi tənqidi publisistikası; müəllimlik; təhsilin   idarə olunması; musiqi tərbiyəsi maafçiliyi; musiqi jurnalistikası təbliğatı; musiqi-ictimai fəaliyyət. Elmira Abasova bu istiqamətlərin hər birində elm, incəsənət mədəniyyətin inkişafına, təbliğinə tədrisinə dəyərli töhfələr verib.

 

Üzeyir Hacıbəyli haqqında tədqiqatlarında dahi bəstəkarın tarixi-mədəni rolunu, milli üslubunu novatorluğunu nəzəri cəhətdən  təhlil təyin edən E.Abasova, onu "Azərbaycan milli musiqi üslubunun yaradıcısı" kimi qiymətləndirmiş, Qərb Şərq musiqi təfəkkürlərinin dahi sənətkar tərəfindən əlaqələnməsini təhlil etmiş, onun  üslubunu "polisistemli musiqi təfəkkürü" kimi səciyyələndirmişdir. Musiqişünas-alim bütün tədqiqatlarında Ü.Hacıbəyli yaradıcılığını XIX-XX əsr Azərbaycan maarifçiliyi, musiqi tarixi musiqi-mədəni prosesləri ilə sıx əlaqədə araşdırmış, həm dahi bəstəkarın musiqi dilini folklor, aşıq, muğam məqam ilə əlaqədə açıqlamışdır. E.Abasovanın ən dəyərli xidmətlərindən biri Ü.Hacıbəylinin təməlçi klassik kimi müəyyən olunmasında əsaslı sübut arqumentlər irəli sürməsi, onu Şərqdə ilk milli bəstəkarlıq məktəbinin banisi kimi əsaslandırmasıdır. Təqdim elədiyi fakt, dəlil, təhlil nəticələri ilə Ü.Hacıbəylidən əvvəl Şərq regionunda Avropa tipli peşəkar bəstəkar olmasına dair istər daxili, istərsə xarici musiqişünaslıqda hələ özünü göstərən hər hansı iddianın əsassız olduğunu sübuta yetirir. E.Abasovanın Ü.Hacıbəyli haqqında monoqrafiyaları, məruzə, məqalə metodik vəsaitləri  aktuallığını hər zaman saxlayır. Bu əsərlər tədqiqatçılar, mütəxəssislər, magistrlər, tələbələr tərəfindən bu gün Ü.Hacıbəyli yaradıcılığına dair ən samballı mənbələr kimi öyrənilir.

 

lll

 

E.Abasovanın digər əsas tədqiqat mövzusu Qara Qarayev musiqisidir. Bəstəkara həsr etdiyi elmi məqalə məruzələri Qarayev musiqisinin forma, məzmun, ideya, üslub, novatorluq, millilik, bədii ifadə, humanistlik kimi keyfiyyətlərinə  özünəməxsus nəzəri baxışları ilə seçilir. Musiqişünasın bəstəkar haqqında portret səciyyəli yazıları onun novator sənətkarlığının, yaradıcı şəxsiyyətinin, modern musiqisinin neoklassik üslubunun mahiyyəti haqqında bilik təsəvvürləri daha da genişləndirir. Bu xüsusda E.Abasovanın "Şostakoviç Azərbaycan simfonizmi" tədqiqatı konstruktiv-simfonik təfəkkürlü Q.Qarayevin C.Hacıyevin bədii-yaradıcı ideya üslublarına aktual nəzəri-analitik baxışları, konseptual yanaşması, fərqli metodoloji mövqeyi konkret nəticələri ilə diqqəti cəlb edir.

 

E.Abasova öz həmkarları ilə birlikdə tənqidə münasibətin tənqidi fikrin sağlam məcraya düşməsində, onun elmi-obyekiv analitik meyarlara malik olmasında, fəallaşması tərəqqisində çox məhsuldar  işləmişdir. Bu fəaliyyətində gəncliyə hər zaman həssas diqqətlə yanaşan musiqişünas-tənqidçi  1950-1960-cı illərdə gənc peşəkarların, o cümlədən, A.Rzayevanın, E.Nəzirovanın, Ş.Axundovanın, X.Mirzəzadənin, V.Adıgözəlovun, T.Bakıxanovun, R.Hacıyevin, R.Mustafayevin, A.Rzayevin, F.Qarayevin yaradıcılığına həsr etdiyi silsilə məqalələri ilə bu gənclərin əsərlərinə bədii marağın artmasında, onlara mənəvi peşəkar dəstəyin göstərilməsində əhəmiyyətli rol oynamışdır.

 

Elmira Abasovanın müasir bəstəkarların musiqisinə dair tənqidçi-təhlilçi mövqeyi peşəkar mühitdə diqqətlə izlənilmiş, maraqla qarşılanmış müsbət qiymətləndirilmişdir. Yeri gəlmişkən, onun SSRİ Bəstəkarlar İttifaqının sədri, SSRİ Xalq artisti T.Xrennikovun yaradıcılığına dair elmi-publisistik yazılarına bəstəkarın özü reaksiya vermiş, müəllifə professional səviyyəli məqalələrinə görə təşəkkür məktubu yazmışdır.

 

Musiqişünasın M.Maqomayev, A.Zeynallı, Ə.Bədəlbəyli, Q.Qarayev, F.Əmirov, C.Hacıyev, Niyazi, S.Hacıbəyov, S.Rüstəmov, Ə.Abbasov, C.Cahangirov, T.Quliyev, Z.Bağırov, N.Rzayev, S.Ələsgərov, A.Məlikov, V.Adıgözəlov, F.Qarayev, M.Quliyev müxtəlif nəslin bəstəkarları, dirijorları haqqında maraqlı monoqrafiyaları, məqalə oçerkləri respublikamızın, Rusiyanın elmi nəşrlərində, mətbuatında dərc olunmuşdur. Bunlarla birlikdə Avropa, rus, türk, gürcü bəstəkarlarına, opera balet tamaşalarına, müsabiqələrə, laureatlara konsertlərə, orkestr ansamblların ifaçılıq fəaliyyətinə, yeni əsərlərə onların premyerasına dair məqalələri, həmçinin ABİ-nin qurultay, plenum yubiley tədbirlərindəki aktual məruzələri mətbuatdakı çıxışları Azərbaycan musiqi tənqidini publisistikasını mövzu, fakt, problem, təhlil, araşdırma, informasiya, peşəkarlıq, obyektivlik, üslub, ictimai fəallıq, nəzəri-estetik meyarlar baxımından xeyli zənginləşdirmiş, inkişaf etdirmiş, dövrlərin musiqi salnaməsini yaratmışdır. İfaçılıq sənətinin nəhəngləri Şövkət Məmmədova, Bülbül, Rəşid Behbudov, Rəhilə Cabbarova, Qurban Pirimov, Bəhram Mansurov, eləcə dövrün istedadlı məşhur gəncləri Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Lütfiyar İmanov, Fərəc Qarayev, Azad Əliyev haqqında monoqrafiya məqalələri Azərbaycan peşəkar ifaçılıq sənəti haqqında samballı musiqişünaslıq işləridir.  Alimin yaradıcılıq portfelinə elmi pedaqoji təcrübənin əlaqəsi aspektində nüfuzlu alim-pedaqoqlardan X.Ağayeva, N.Çumakov, D.Danilov, L.Karaqiçeva, N.Əliyeva haqqında məqalələr daxildir. 

 

lll

 

XX əsrdə muğamın elmi öyrənilməsində E.Abasovanın fəaliyyətini ayrıca qeyd etmək lazımdır. O, SSRİ Bİ-nin təşəbbüsü və V.Vinoqradovun redaktorluğu ilə nəşr olunan, bütün respublika və xalqları əhatə edən "Xalq müğənniləri və musiqiçiləri" silsilə nəşrlərində iştirak edib. Həmin layihədə E.Abasovanın iki qüdrətli muğam klassiki, Yaxın və Orta Şərq muğam ifaçılığının müqtədir sənətkarları - Qurban Pirimov və Bəhram Mansurov haqqında broşürləri nəşr olunub (Moskva, 1963, 1977). Hər iki sənətkara Azərbaycan muğam-ifaçılıq məktəbləri, ənənə və üslub əhatəsində yanaşılıb,  onların muğam sənətinin inkişafındakı xidmətləri, xüsusilə muğam əsaslı bəstəkar əsərlərinin meydana gəlməsində yaxından iştirakı açıqlanıb. Digər tərəfdən, 1960-1980-ci illərdə muğam sənətinə Rusiya, Avropa və Şərq mütəxəssislərinin maraq göstərməsi, bu maraqla Azərbaycana gəlmələri E.Abasovadan bir mütəxəssis kimi yan ötməyib. Belə ki, xarici mütəxəssislərin Azərbaycan muğamı haqqında məlumatlandırılmasında, muğam sənətkarları ilə görüşməsində E.Abasova yaxından iştirak edib. Ötən əsrin 70-80-ci illərində UNESCO və SSRİ Mədəniyyət Nazirliyinin Səmərqənddə keçirdiyi beynəlxalq muğam simpoziumlarında məruzə edən Azərbaycan musiqişünaslıq heyətində E.Abasova da olub, muğamın tarixi, nəzəri və ifaçılıq məsələləri haqqında məruzələri hər dəfə maraqla qarşılanıb.   

 

(Ardı var)

Ariz ABDULƏLİYEV

525-ci qəzet.- 2015.- 13 fevral.- S.6.