Tiftiklənmiş ruhuna görə
utanmaq...
“Düşüncə fraqmentləri” silsiləsindən
İçində yaşatdığın və
yaşadığın hər şey gec-tez unudulub gedir. Doğrudur, zahirən
qeybolmuş təsiri bağışlayan nələrsə də
mütləq hansısa şəkildə adamın həyatında,
düşüncə tərzində,
dünyagörüşündə, gözünün
altında, ağzının kənarında, ürəyinin klapanında,
qan təzyiqinin göstəricisində və daha haralarda... iz
qoyub sonra yoxa çıxır. Ancaq o izlər nə
qədər dərin, nə gədər geniş olsa da, bir
zamanlar səni iliyinəcən göynədən, ya da
hüceyrələrinəcən sevindirən hər nə
varsa, gec-tez silinir. Qum üstünə
çəkilən rəsm kimi. Zamanın yelləri əsir,
yaddaşın səhrasını ehmalca, nəvazişlə
sığallayır... Hafizənin sürətlə
silinməyə başlaması təkcə cəza deyil, həm
də təbiətin insana bəxş etdiyi bir lütfdür.
Unutmaq və unudulmaq qorxusundan insan nə olur
olsun-yetər ki, onu xatırlatsın-nəsə qoyub getmək
arzusuyla çırpınır. Bu arzunun və qorxunun
özü belə necə mənasızdır...Axı unudulanlar artıq
qorxulu olmur... Bir ilahi holoqram kimi var olan kainatda
mövcudluğumuzun zərrə missiyası nəhəng və
ali yaradılış sirrinin
qarşısında necə də miskin görünür...O
böyük sirlə nisbətdə iztirab və
ağrılarımız o qədər bəsitdir ki... Amma
yalnız o sirlə nisbətdə...Biz axı hələ ki o
sirrə vaqif deyilik... Və nə qədər
ki, bu belədir, öz çəkdiklərimiz bizə cəhənnəm
əzabı miqyasında görünür. Əzab və ağrılarımızı
özümüz böyüdürük-sözün
bütün mənalarında.
İnsan təmtəkdi. Anlamaq eşqinə
düşəndən tənhalığın soyuq,
dözülməz, çəkilməz, yaşanılmaz
ucqarına sürgün olunmuşuq...Bizi fırlanan bir kürənin
üstünə yığıb milyonlarla soyuq ulduzun
arasına tolazlayan Tanrının mərhəmətinə
ümid etməkdən başqa çarə varmı? Hər birimiz bu fırlanğıcın lap mərkəzində
dayandığımızı zənn eləyib müvazinətimizi
saxlamağa çalışa-çalışa
fırfıra ömrü yaşayırıq. Və ömrümüzün
axıranacan da üstündən yıxılmamaq
üçün şar üstündəki adam kimi irəli-geri,
irəli-geri gedə-gedə,
heç cür keçmək bilməyən başgicəllənmədən
əziyyət çəkə-çəkə
fırlanırıq...Fırlanmanın sürəti imkan vermir
ki, bir-birimizin əlindən uzun müddət yapışaq. Saniyədə 30 kilometrə yaxın sürətlə
gedənlər bir-birilərində necə istinad nöqtəsi
tapa bilər? Hamı ancaq
yıxılmamağının hayındadır.
“Saxlayın yer kürəsini, düşürəm” arzusuna
düşənlər də az olmadı
zaman- zaman. Tutalım, nəzərə aldılar arzunu, hara
düşəcəkdin, adam? Nə
düşməyə, nə qalxmağa yerimiz yoxdu bizim! Həndəvərimizdə
hər şey fırlanır, hər şey dönür! Üstünə
düşdüyün başqa bir fırlanğıc səni
alıb götürəcəkdi kəhkəşanın
başqa fırlanan nöqtəsinə. Oralarda
da bəlli olmayan vaxt ərzində dönüb-dolanıb
hansısa ata başlanğıcın
“çağırışı” ilə yenidən fırlanıb
bir ana bətninə düşəcəkdin. Sonra isə
ölümün fırlanan ağuşu... Və
nə qədər ki, anlamaq, o naməlum sirrə vaqif olmaq,
kimsəyə bəlli olmayan o həqiqəti dərk etmək
arzusu ruhunu tərk etməyəcək, bu əbədi
fırlanma tsikli də heç dayanmadan davam edəcək.
Saysız-hesabsız bətnlərdən doğulmaqdan və hər
doğuluşda da ən müxtəlif bədənlər
geyinməkdən ruhun tiftiklənəcək... Nə qədər
təzə bədən geyinir- geyinsin, fərqi yoxdur, tiftikli, köhnə
və çoxbilmiş ruhuna
görə utanacaqsan həmişə...Ona görə də hər
dəfə təzə bədəninlə didilmiş, tiftiklənmiş
ruhunu gizləməyə çalışacaqsan, istəyəcəksən
ki, hamı kimi olmadığını sezməsinlər. Canını qoyacaqsan bunu sezdirməmək
üçün. Boşuna... Bir gün səni
çox möhtəşəm sandıqları hansısa
mötəbər yerdə par-par parıldayan bədəninin altından
bir əlcə üzülmüş, qədim ruhunun
görünməsi ilə məsələ bitəcək.
Səni tanıyacaqlar... Biləcəklər ki, sən
Onlardansan-o əlyetməz, ünçatmaz sirrin arxasına
düşənlərdən...Elə həmin andan səni
görməzdən gələcəklər, hər kəs
özünə, mənliyinə uyğun damğa vuracaq sənə,
hər addımda sarsıdıb yıxmağa
çalışacaqlar, yıxılmadığını
görəndə çamur atacaqlar,
bulaşmadığını görüncə ən azı
üz çevirib gedəcəklər, bir sözlə, səni
hər dəfə yenidən doğulduğuna peşman edəcəklər. Və yalnız ona görə ki, sən
anlamaq istəyini boğa bilmədiyin bir ruhla cəzalandırılmısan
lap əzəldən.... O ali biliyə
çatmaq istəyən ruhunu da götürüb səni
öz “dünyalarından” xaric edənlərin yanından
ilim-ilim itəcəksən. Sən
özünü yenidən yaratmağa cəhd edəcəksən
bundan sonra. Amma onda da əlinin içi kimi
biləcəksən ki, insanın yaratdığı hər
şey, gec-tez özünə qarşı çevrilir. Bir gün hər kəs
yaratdığı ilə imtahana çəkilir. Özünü yenidən yaratmaq cəhdlərin də
sənə həddindən artıq baha başa gələcək.
“Yaratdığın əsərin mübarək!”
deyib də qarşına atacaqlar ərsəyə gətirdiyini.
“Di cavab ver!”-deyəcəklər. Şikayətlənməyə belə haqqın
yoxdur. Fitrətindən kənaraçıxmaya
görə alacağın cəzaya da hazır olmalısan.
Yalanların ortasında yaşaya –yaşaya, hər
şeyin yalan, absurd olduğunu bilə –bilə Həqiqət
eşqinə düşmüşdün. Nə
yalandan vaz keçə bilmirdin, nə də həqiqəti
öyrənmək arzusundan. İki
sevdanı birdən çəkmək həvəsindəydin.
Di buyur!- “İki sevda çəkənlərin
cəzası var”, əzizim. İndi çək
ağrını. Sən ağrını
çəkə bildikcə, hətta mazoxistcəsinə
ağrılarından həzz aldıqca hardansa naməlum
obyektdən ağrının miqdarı və keyfiyyəti
artırılır. Ağrıyan yerini belə
bilmədən, “cəzanın bu qədəri də olmaz” deyib
daha böyük cəzanın gələcəyi günü
gözləyirsən. Bilmirsən
ağrıyan harandı, amma dəqiq bilirsən, canın o
ağrıyan yerdədi. Ağrıyla dərketmə
arasındakı tənasübün artımından çəkdiyin
əzab boyunu aşır. Ağrın artdıqca anlamanın dərəcəsi
çoxalır, anlamağın dərinləşdikcə buna
müvafiq olaraq ağrın da kəskinləşir.
Ağrın kəskinləşdikcə ruhunun bədəndəki
tıncıxması artır, təngnəfəs olur ruhun,
boğulur bədəndəki bataqlığında...Ən
pisi də budur ki, ruhun bu bataqlıqdan qopub harasa ərşin ən
yuxarı qatına belə millənməyi bacarsa da, o naməlum,
dözülməz ağrını da özü ilə
aparacaq. Ta ki axtardığı sirri bilməyincə ruhun o
ağrıdan birdəfəlik qurtulmağı bacarmayacaq. Çünki o ağrı bədənin hansısa
yerində deyil, ruhun mahiyyətindədir. Bunun
çarəsi ancaq ölümdür. Əgər ölümdən sonra
da axtardığı o “nəsə”ni
tapmasa, öz naməlum ağrısıyla da tək-tənha
dolaşacaq dibsiz, sərhədsiz boşluqları... Nə
axtardığını, nə gəzdiyini, nə istədiyini
anlamadan...Cəhənnəm əzabı deyilən də bu
olsun gərəê...
Ölüm bədənin qurtuluşudur, ruhun
yox. Bədən nəhayət êi, torpağın içində
rahatlıq tapır, amma ruhun gicələê vəziyyətdə fır-fır
fırlanır... Ali həqiqəti axtarmaq əzabına
məhêum edilən
ruhun-nə bədənlə, nə də bədənsiz
günü gün olmur. Belə ruha bəxş
edilən bədənlər də yazıq olur. Belə ruhlar o bədənlərin də
axırına çıxır gec-tez. Heç nə
bacarmayanda, intiharla... Bu ruha behişt
lazımdır. Onun cənnəti isə nemətlərin
vəd olunduğu cənnət deyil, axtardığı fövqəlsirri
tapdığı anda bütün êarmiê günahlardan arınmasından,
çəêilməz
əzablardan qurtulmasından doğan və sözlə ifadə
olunmayan əbədi rahatlıq hissidir. Yalnız bundan sonra o
ruh “ohh, nəhayət!” deyib o davamlı fırlanma tsiêlindən qopa bilir və əriyib
öz cənnətinə qovuşur...Buna çatıncaya qədər
o öz itirilmiş cənnətini axtarmağa davam edəcəê...
lll
...Yaşı
otuzu êeçib. Deməê olar, həmyaşıdıq-hərdən
uşaq, hərdən də qoca qarı olduğunu nəzərə
almasaq... Cinsi qadın olsa da, içində
yaşatdığı və nə qədər
çalışsa da öldürə bilmədiyi,
çölündəêi
qadından çox güclü êişinin varlığından həmişə əzab
çəêir. Qəribədir, səhvləri də həmişə
êişi səhvləridir,
qadın belə qələtləri eləyə bilməz.
Çoxdan, lap çoxdan tanışıq.
İllər anlayışı burada çox
nisbi səslənərdi. Bəlêə bir ömürdü
ona bələdəm, özüm êimi tanıyıram desəm, mübaligə etmiş
olmaram. Verdiyi qərarları,
yaşadığı yanlışları, elədiyi
doğruları biləcəê qədər yaxın dostluğumuz var, hərdən
də bir-birimizin qanına susayacaq qədər də
düşmənçiliyimiz. İstedadlı
və gözəl olmağının üzərinə bir də
narahat, qayır-qayır qaynayan bir dəngəsiz ruhu da “bonus”
alıb təbiətdən Allahın bəlası.
Danışan zaman tam sürət götürəndə hərdən eşitmədiyim, başa düşmədiyim êəlmələr olsa da onu iliyinəcən, hüceyrələrindəêi atomlaracan mənim êimi anlayan iêinci biri çətin tapıla...Bəzən elə yaxşı danışır êi, belə zamanlarda ancaq onu eşitməê istəyirəm, başqa heç êimi. Qəribə və ucadan gülməyi var. O qədər yaşadıqlarına rəğmən birdən elə ürəêdən qəhqəhə çəêir êi, istər-istəməz gülüşünə yoluxursan. Ürəêdən güləndə elə bil büllur çiliêlənib töêülür. Çox gülürsə, deməli, yenə dərd içindədir.
Birdən elə hərəêət eləyir êi, yandırıb adamın cızdağını çıxardır. Demirəm, belə vaxtlarda özü xoşbəxt olur, yox, bədbəxtliyin düz dibinə yuvarlanır, çöêür, qırılır, sınır, darmadağın olur. Bu anlarda da məndən başqa ürəê açası, dərd bölüşəsi bir êimsəsinin olmadığını bilirəm. Ona görə də çalışıram xətrinə dəyməyim. Amma mənim də səbrim, hövsələm daşdan, dəmirdən deyil. Həmişə iltifatlı olmaq olmur. Hərdən sancıram, səhvlərinə görə ittiham edirəm, hərdən də yaxşıca êönlünə toxunuram. İncimir, haqlı olduğum, haqsız davrandığım məqamları da ondan yaxşı bilən yoxdur. Hər mövzuda söhbətimiz alınır. Bu müêalimələrdən çox qiymətliləri də olur, adi qadın dedi-qodusu səviyyəsində “vıdı-vıdı, dır-dır” olanları da. Mən onu özümdən ağıllı bilirəm, laêin o əêsini düşünür. Tez-tez depressiyaya düşməyi olmasa, nə dərdi var? Düşəndə də aylar lazımdı onu o məyusluq girdabından çəêib çıxarmağa... Onun hər depressiyasına, hər ağrısına qatlaşmaqdan yarımcan olmuşam. Amma belə vaxtlarında onu sadəcə taleyin ümidinə də buraxmaq olmaz, qətiyyən olmaz. Özünün öz başına açdığı hoqqalara, elədiyi yanlışlara görə dişimin dibindən çıxanı deyirəm hər dəfə (axı iliyiməcən yandırır bəzən) və sonra da mütləq bağışlayıram. Bağışlamasam, bilirəm êi, üzüntülərdən məhv olar. Dizlərini qucaqlayıb içinə yumaqlananda görêəminə, yaşantılarına dözə bilmirəm. “Dəyiş, özünü dəyişdir” deyirəm bəzən, amma ondan sonra alınan mutantdan qorxmağa, çəêinməyə başlayıram. Onda özümə yad, tamam yabançı biri durur qarşımda. Mənə də yenidən həminêi dəli-dolu, çılğın, narahat, səbatsız, amma bir o qədər də mərhəmətli, sevgi dolu, bəzən təêcə ürəêdən, bəzən də təêcə beyindən ibarət olduğunu düşündüyüm əvvəlêini arzulamaq qalır. Nə olursa olsun, nə edirsə etsin, cəzalandırandan, dərsini verəndən sonra mütləq bağışlayıram, onu qucaqlayıb bağrıma basıram, özüm êimi...Özümü bağışlamasam, o yaşamaz... Onu sevməyənlərin, etiraf və qəbul etməyənlərin yerinə də sevirəm. Həqiqətən sevəndə isə mütləq bağışlayırsan. İstəyirəm yaşasın hələ, Fövqəlsirrə yetişənə qədər sadəcə yaşasın...Özüm êimi...
Sevinc Mürvətqızı
525-ci qəzet.-
2015.- 14 fevral.- S.25.