Musiqişünasın portreti: görkəmli alim, tənqidçi və pedaqoq Elmira Abasova

 

 

(Əvvəli ötən sayımızda)

 

Əməkdar incəsənət xadimi, professor Elmira Abasova (1932-2009)  Azərbaycan musiqişünaslığının inkişafında çox mühüm xidmətləri olan görkəmli elm mədəniyyət xadimidir. Onun fəaliyyətinə bir neçə istiqamətdə baxıla bilər: musiqi elmi; musiqi tənqidi publisistikası; müəllimlik; təhsilin   idarə olunması; musiqi tərbiyəsi maarifçiliyi; musiqi jurnalistikası təbliğatı; musiqi-ictimai fəaliyyət. Elmira Abasova bu istiqamətlərin hər birində elm, incəsənət mədəniyyətin inkişafına, təbliğinə tədrisinə dəyərli töhfələr verib.

 

Elmira Abasovanın müasir musiqi elminə daxil etdiyimuğam operası”, “muğam təfəkkürü”, “muğamvarilik”,  muğam simfonizmiterminləri muğam nəzəriyyəsinin, muğama nəzəri yanaşmanın, muğam janrına bəstəkarlıq praktikası ilə vəhdətdə baxışın inkişafına əsaslı təsir edib. Bu anlayışlar muğama daim təkamüldə, hərəkətdə qarşılıqlı təsirdə olan, ən müxtəlif bəstəkar üslublarını formalaşdıran, hətta avanqard düşüncəyə təsir edən təfəkkür hadisəsi kimi yanaşmağa imkan verir. Akademik B.Asafyevinsimfonizm”, “mahnı simfonizmikimi fundamental nəzəri təlimlərinə qarşılıq olaraqmuğamvarilik”, “muğam simfonizmi”, sonraŞərq simfonizmiideyalarını terminlərini irəli sürən E.Abasovanın Şərq muğamı Qərb simfonizmi arasında paralellər aparması, Avropanın mahnı simfonizmi ilə müqayisədə Azərbaycanda muğam simfonizminin mövcudluğunu əsaslandırması digər bu qəbildən olan nəzəri yenilikləri, əlbəttə, ayrıca araşdırma mövzusudur.  

 

lll

 

E.Abasova 1962-ci ildən Bəstəkarlar İttifaqının İdarə heyətinə seçilib, musiqişünaslıq tənqid bölməsinin rəhbəri işləyib, bölmə sədri olmaqla yanaşı, 1973-1985-ci illərdə qurumun musiqişünaslıq üzrə katibi vəzifəsində çalışıb. Lakin rektor vəzifəsinə görə katiblik işini dayandırsa da, ömrünün sonuna qədər İdarə heyətinin üzvü kimi qurumda fəaliyyət göstərib. O, Qara Qarayevin sədrlik etdiyi ABİ- yaradıcılıq proseslərinin hər zaman mərkəzində olub, musiqi incəsənətinin ən müxtəlif hadisə proseslərində həm təşkilatçı, yönləndirici, iştirakçı, həm musiqişünas kimi peşəkarlığını əsirgəməyib. Mütəxəssis nüfuzuna görədir ki, respublikalardan yeganə olaraq E.Abasovaya SSRİ Bəstəkarlar İttifaqının qurultayında əsas məruzə ətrafında musiqişünas çıxışı verilib. Belə ki, 1969-cu ildə, Moskvada SSRİ Bİ-nin IV qurultayında Qara Qarayevin respublika təşkilatının sədri kimi hesabatından sonra E.Abasova Azərbaycan musiqişünaslığının nailiyyətləri vəzifələri haqqında çıxış edib. Bu, SSRİ Bəstəkarlar İttifaqının qurultaylarında Azərbaycan musiqişünaslığı üçün ilk yeganə faktdır.

 

lll

 

E.Abasovanınhəyat kitabı”nda əsas fəsillərdən biri rektorluq fəaliyyətidir. O, respublikanın siyasi rəhbəri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasına rektor təyin olunub, 1977-1991-ci illərdə, yəni 14 il ərzində bu nüfuzlu ali məktəbə rektorluq edib. Ü.Hacıbəylinin dərs otağının kiçik muzeyə çevrilməsi, Ş.Məmmədova adına Opera studiyasının tikilib istifadəyə verilməsi, “Xalq musiqisikafedrası bazasındaAzərbaycan xalq çalğı alətləriAzərbaycan xalq musiqisinin tarixi nəzəriyyəsikafedralarının yaradılması, orqan sinfinin xalq konservatoriyasının yubileylərinin qeyd olunması, tələbələrin rektorluq praktikasının tədrisə daxil edilməsi, digər konservatoriyalarla tədris-yaradıcılıq əlaqələrinin genişlənməsi, tələbələrin elmi işlərə maraqlarının artması, SSRİ- ilk dəfə Şərq respublikalarının xalq çalğı alətləri ifaçılığı üzrə Ü.Hacıbəyov adına ümumittifaq müsabiqəsinin keçirilməsi, Bakıda mütəmadi olaraq gənc tədqiqatçıların Şərq musiqisi üzrə ümumittifaq konfranslarının təşkili, konservatoriyada instrumental muğamın kanon alətinin tədrisə başlaması, tələbələrin müsabiqə konfranslarda yüksək nəticələri s. bu kimi yeniliklər Elmira Abasovanın rektorluq dövrünün uğurlu göstəriciləridir. Digər tərəfdən, E.Abasova Bəstəkarlar İttifaqında Elmlər Akademiyasında əldə etdiyi təcrübənin davamı olaraq, konservatoriyanın fəaliyyətini bu qurumlarla da əlaqələndirmiş, tədris müəssisəsinin bədii elmi yaradıcılıq proseslərində fəal iştirakını təmin edib, onu həm musiqi incəsənətinin aparıcı müəssisəsinə çevirib.

 

lll

 

E.Abasovanın musiqi-estetik tərbiyə işindəki fəaliyyəti yüksək dəyərləndirilir. O, Bəstəkarlar İttifaqında bölmə rəhbəri katib olduğu illərdə televiziyada məktəblilərin musiqi tərbiyəsinə həsr olunan silsilə verilişlər aparıb, hər il yaz tətilindəMəktəblilərin musiqi həftəsi”nin təşkilatçılarından iştirakçılarından olub. E.Abasova ABİ nəzdində ictimai əsaslarlaUşaq filarmoniyasıyaradıb, bəstəkar musiqişünasları uşaq musiqisinin təbliğinə, uşaqların estetik tərbiyəsinə səfərbər edib. Digər tərəfdən, rektor kimi respublikanın şəhər rayonlarında musiqi mədəniyyəti universitetlərinin xalq konservatoriyası filiallarının yaradılmasına nail olub, müəllim tələbələrin qüvvəsi ilə musiqi-estetik tərbiyə, musiqi maariflənməsi təbliğatı işini genişləndirib.

 

lll

 

XX əsrin ən mötəbər ensiklopedik nəşrlərindən olan çoxcildliBöyük Sovet Ensiklopediyası”nda 6-cildli “Musiqi Ensiklopediyası”nda Azərbaycan musiqi mədəniyyəti, bəstəkarları, dirijorları, musiqişünasları haqqında əksər məqalələrin, o cümlədən, Ü.Hacıbəyov, M.Maqomayev, A.Zeynallı, Q.Qarayev, C.Hacıyev, Niyazi, S.Hacıbəyov, Azərbaycan Dövlər Konservatoriyası haqqında məqalələrin müəllifi E.Abasovadır. O, bir çox monoqrafiyalara, dərs vəsaitlərinə redaktorluq etmiş, mətbu orqanların (“Qobustan”, “Azərbaycan qadını s.) redaksiya heyətinə, müsabiqələrin konfransların münsiflər heyətinə seçilib; haqqında müxtəlif ensiklopediyalarda, eləcə Üzeyir Hacıbəyov”, “Muğamensiklopediyalarında, İnternet resurslarında məlumat verilib.  Görkəmli musiqi xadimləri, alimlər pedaqoqla onun yaradıcılığını yüksək qiymətləndiriblər. Həmkarları ilə yanaşı, vaxtilə elmi rəhbərliyi opponentliyi ilə elmi yazan mütəxəssislər – AMEA-nın müxbir üzvü Rəna Məmmədova, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova, professorlar Nigar Əliyeva, Leyla Fərəcova, İnna Pazıçeva b. onun yaradıcılığı fəaliyyəti haqqında maraqlı fikirlər söyləyiblər. 2012-ci ildə Bəstəkarlar İttifaqı nüfuzlu elm sənət xadimləri ilə birlikdə musiqişünas-alimin 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirib.    

 

Elmira Abasova Azərbaycan musiqişünaslığında məktəb yaratmış alim-pedaqoqdur. Onun elmi təlim-tərbiyəsini almış mütəxəssislər respublikada ən yaxşı alim müəllim kimi ad-san qazanıblar. Bu alimlərin sırasında doktorlar, professorlar, əməkdar incəsənət xadimləri, təhsil işçiləri, əməkdar müəllimlər vardır. E.Abasovanın musiqişünaslıqda əbədi izlərindən biri məhz onun yaradıcılıq irsi, elmi pedaqoji varisləri olan məktəbidir.

 

Ariz ABDULƏLİYEV

525-ci qəzet.- 2015.- 14 fevral.- S30.