Lənkəran Teatrında daha bir premyera

 

 

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında başqırd yazıçıları Süleyman Həmdiyyə Lətipovların qələmə aldıqları "Şah əks-səda" pyesinin motivləri əsasında hazırlanmış nağıl-tamaşanın premyerası olub.

 

AzərTAc xəbər verir ki, kiçik yaşlı tamaşaçılarda mərdlik, vətənpərvərlik kimi müsbət keyfiyyətlər aşılayan səhnə əsərinin quruluşçu rejissoru respublikanın Əməkdar artisti Adil Zeynalov, quruluşçu rəssamı Məzaim Qurbanov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

 

Maraqla izlənilən tamaşada rolları Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlardan Əlibala Əsgərov, Miraslan Ağayev, Zemfira Nəcəfova, Qızılgül Quliyeva, Gülər Kərimova, rəqsləri isə teatrın nəzdində fəaliyyət göstərən "Ümid" studiyasının yetirmələri ifa ediblər.

 

525-ci qəzet.- 2015.- 18 fevral.- S.7.