Pedaqoji Universitetdə Xalq
yazıçısı Çingiz
Abdullayevlə görüş keçirilib
Fevralın 19-da Azərbaycan Dövlət
Pedaqoji Universitetinin
(ADPU) Tələbə Gənclər
Təşkilatının (TGT) təşəbbüsü ilə universitetdə Xalq yazıçısı,
Azərbaycan Yazıçılar
Birliyinin katibi Çingiz Abdullayevlə görüş keçirilib.
Görüşdə universitetin rəhbərliyi,
professor-müəllim heyəti
və tələbə-gəncləri
iştirak edib. Universitetin
mətbuat xidmətindən
"525"ə verilən xəbərə görə,
görüşü ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, professor Yusif Məmmədov açıb.
O bildirib ki, bu, Pedaqoji Universitetdə
Çingiz Abdullayevlə
keçirilən sayca
ikinci görüşdür.
ADPU-da Ç.Abdullayevlə
belə bir görüş ilk dəfə
2012-ci ilin mart ayında
olub. Y.Məmmədov bütün dünyada
tanınan Ç.Abdullayevi
səmərəli və
məhsuldar fəaliyyət
göstərən qələm
sahibi kimi səciyyələndirib. Y.Məmmədov çıxışında məşhur
yazıçının həyat
və yaradıcılığı
haqqında ətraflı
məlumat verib.
Xalq yazıçısı Ç.Abdullayev
tələbələrlə canlı ünsiyyətin yaradılmasına görə
ADPU-nun rektoru, professor Yusif Məmmədova, həmçinin universitetin
professor-müəllim heyətinə
və tələbə
kollektivinə təşəkkürünü
bildirib. O, tələbə-gənclərin
çoxsaylı suallarını
cavablandırıb, yaradıcılıq
planları və yeni əsərləri barədə məlumat verib. Eyni zamanda
Ç.Abdullayev ulu öndər Heydər Əliyevin həmişə
yazıçılara, sənət
adamlarına yüksək
qayğı və diqqətlə yanaşdığını,
eyni zamanda onları təqib və təzyiqlərdən
qoruduğunu, Azərbaycan
dilinə böyük
önəm verdiyini xüsusi qeyd edib: "Bu qayğı və diqqəti Ulu Öndərimizin müdrik dövlətçilik
kursunun layiqli davamçısı, Prezident İlham Əliyev uğurla davam etdirir".
Qeyd edək
ki, Xalq yazıçısı Ç.Abdullayevin
çıxışında həm də kitaba, ədəbiyyata, yazıçı qələminə
münasibət məsələsi
görüşün əsas
məqamlarından biri
olub. Son illər ölkəmizdə
mütaliə səviyyəsinin
aşağı düşməsindən
təəssüfləndiyini bildirən yazıçı
gəncliyə müraciətlə
deyib: "Dəfələrlə
demişəm, yenə
də deyirəm: mütləq kitab oxuyun! Klassik və müasir yazıçılarımızın əsərlərini, dünya
ədəbiyyatını oxuyun!
Kitab oxumaq insanın dünyagörüşünün
genişlənməsində, söz ehtiyatının zənginləşməsində, yüksək intellekt səviyyəsinə malik şəxsiyyət kimi yetişməsində mühüm
rol oynayır. Mən yazıçı
olmaqdan daha çox oxucuyam".
525-ci qəzet.- 2015.- 20 fevral.- S7.