Qaçaq Kərəm
Elə hər gün Kərəm adı eşidirik,
Səcdə qılır obalarda böyük-kiçik.
İgidlikdə ad qazanmış, dağlar aşmış,
Onun adı ölkələri çox dolaşmış.
O vaxtlar da olub
min-min belə dəstə,
Çuxa geyər, oynarlarmış
atın üstdə.
Qaçaq daim pənah olmuş doğma xalqa,
Ellər olmuş, minlər olmuş ona arxa.
İndi
necə ağır dövran, zamandır, ah?!
Xalq soyulur, xalq talanır,
amandır, ah?!
Zülm
çoxalıb, divanların
yoxdu sayı,
Ərşə qalxıb camaatın ahı-vayı.
Neyləyim mən, istəmirdim
qaçaq olam,
Bir vicdansız
oldu səbəb buna, heyhat.
Bir namərdin əli ilə öldü atam,
Heçə döndü gözlərimdə
bütün həyat.
Ah, atamı mən yuxumda gördüm bu gün,
Qeyzə gəlsin, qəzəb tutsun o düşməni.
Qandallıydı, sağ bir yeri yox üzünün,
Yalvarırdı: "Burax məni,
burax məni!"
Vurur qəlbim qisas üçün ehtirasla,
Qoy tək-tənha
evdə qalsın arvad-uşaq.
And içirəm, and içirəm,
inan, əsla
Yağı düşmən sağ-salamat
qalmayacaq!..
Dostu oldum dağların da, yamacın da,
Qayalara söyləyirəm
sözlərimi.
Dayanmışam mən yolların
ayrıcında,
Keçidlərə zilləmişəm gözlərimi.
Ac-yuxusuz keçirirəm gecələri,
Sozalırdı ürəyimdə ümid,
inam;
Bəs bu nədir? Mənə sarı
gördüm gəlir
Həmin
qatil, yanında da yeddi adam.
Dayandılar onlar bizi görən kimi,
Silah vardı yağıların
sağ əlində;
Yanımdadı beş igid də ərən
kimi,
Şahin
kimi səkirdilər
at belində!
Nağılvarı səhnə idi
həmin o an,
Qızışmışdı o beş
nəfər pələng
kimi.
Heç
bilmədim, neylədim
mən acığımdan,
Əbəs yerə boşa atdım tüfəngimi.
Soyumadı bir an belə yenə hirsim,
Göy üzünə
şəfəq düşdü
xəncərimdən.
Dərələrdə səda verdi şaqraq
səsim,
Sinə-sinə geri döndü yağı düşmən.
Lovğalıqla, öyünməklə yoxdu aram,
Şirin yedim daim halal
qazancımı.
Mərd
doğuldum, kişi
kimi yaşayıram,
Sağ əlimdə gəzdirirəm
qılıncımı.
Qaçaqlığı özüm üçün seçdim
peşə,
Gədiklərdə keçir daim ömrüm-günüm.
Xalqa, elə arxalandım mən həmişə,
Uzaq-uzaq
obalardan gəlir ünüm!
Sıx meşədə dayanmışam,
qulaq səsdə,
Qaya altı, göy otlardır yorğan-döşək!
Bir yarpaq da titrəyəndə
lap ahəstə
Dik qalxıram,
qisas üçün
vurur ürək.
Axı niyə mən bəylərə boyun əyəm,
Öz ağlımın
həm xanıyam, həm şahıyam.
Varlıların düşməniyəm, qənimiyəm,
Yoxsulların havadarı, pənahıyam.
Bilməyirəm nə rahatlıq,
nə də dinclik,
Həyəcanla ötürürəm günü
bir-bir.
Gecə-gündüz gözlərimin
önündəki
Həm atamın,
həm qatilin surətidir.
Adı-sanı bizim igid Koroğlunun
Gedib çatmış
uzaq-uzaq diyarlara.
Məğrurluğu, mətanəti bir vaxt onun
Xanın, bəyin ürəyinə
vurub yara.
Razıyam mən namus ilə gedim qəbrə,
Düşmənimdən qoy intiqam alım
təki.
And içmişəm, şahid
olub bu dağ-dərə,
Qisas üçün
titrəyirəm yarpaq
təki.
Söylə, zaman, ədalətin sənin hanı?
İnan,
yerdə qalmayacaq ata qanı!
QOMELİ
525-ci qəzet.-
2015.- 20 fevral.- S.6.