Yaddaş güzgümüzdəki Mustafa Çəmənli...

 

 

İstedadlı yazıçı-jurnalist Mustafa Çəmənliyə bir yazı borcum var. Borc da vicdan məsələsidir, gərək mütləq qaytarasan.

 

Mustafanın qələminə , bu qələmin yazdıqlarına da, elə onun özünə sözünə çox böyük hörmətim var. Ona görə ki, o yazdığını, kimdən yazdığını, üçün yazdığını, ən başlıcası isə necə yazmaq lazım gəldiyini dəqiq bilir ki, bu da jurnalist publisist üçün vacib keyfiyyətdir. Çox təəssüf ki, son vaxtlar bizim dəyərdən salınan peşəmizə mənəvi fiziki (axı, söz canlıdır) terror oxucu tamaşaçının zövqünə (həm şüuruna!!!) elə zərbə vurub ki, biz bunun acısını indi-indi hiss eləməyə başlamışıq bir müddətdən sonra da özümüzü loyallıqda, biganəlikdə qınayacağıq!

 

Son 20-25 ildə hər şey elə sürətlə dəyişib ki, bunların vaxt niyə baş verdıyini dərk etməmişik. Bir fərqinə varmışıq ki, cavanlarımız Azərbaycan dilində öz fikirlərini sərrast dolğun ifadə edə bilmir, bərbad mənasız cümlələr qurur, leksikonlarını bəzən heç mənasını dərk etmədikləri əcnəbi sözlərlə zibilləyir, kitab oxumur, ünsiyyət qurmaqda çətinlik çəkir, ən dəhşətlisi bu ki, danışmağa söz, bir-biri ilə səmimi söhbətə vaxt tapmırlar! Hamı virtuallaşıb, ata-anaya, bacı-qardaşa, dosta-tanışa deyilməyən ən mübhəm sirlər belə çox vaxt varlığı belə şübhə doğuran virtual aləmdəkidostlarladaha həvəslə paylaşılır!

 

Bir çox qəzet sayt yazarlarının bayağı əttökən ifadələrinin, dilimizin qrammatikasına heç uyğun gəlməyən cümlə quruluşunun, 3-5 dəfə oxuduqdan sonra məğzi qismən aydınlaşan fikirlərinin fonunda Mustafanın yazdıqları bal kimi bulaq suyuna bənzəyir, çək başına, birnəfəsə, ruhun dincəlsin,  cismin şəfa tapsın. Yoxsa səni səndən alan, sənə düşmən olan bu şəhərdə yeyib-içdikləri hamburqer, pitssa, fanta, kola olan bunların da orqanizmə zərərindən başqa xeyrini görməyanjurnalistciklərincızma-qaralar bolluğunda nəfəsimiz getdikcə daha çox təngiyər... təəssüf ki, “Allah köməyimiz olsun!”-deməkdən başqa gücümüz heç nəyə çatmır ...

 

Bu bir az düşündürücü ricəti ona görə yazdım ki, məqaləni oxuyan taleyini sözlə baş-başa yaşamağı qərar verən cavanlarımız hərdən başlarını internetin texniki tərcüməsindən ayırıb Mustafa Çəmənli kimi peşəkarların yazdıqlarını da oxusun ...ibrət götürsünlər.

 

Həmkarım Mustafa Çəmənlinin məndə olan kitablarının demək olar ki, hamısı Azərbaycanın, xüsusilə Qarabağın səs söz xiridarlarına həsr olunub. O, məncə, bir qələm əhli vətəndaş kimi öz məqsəd məramını hələlik sonuncu olanSənət hekayələrikitabının ilk səhifəsində açıq-aydın izhar edib: “...əslində, biz bu dünyaya şəkil çəkdirmək üçün gəlirik. İntəhası, biz gərək foto obyektivin yaddaşında qalan əksimizlə dünyanın yaddaşında qalan şəklimizi qarışıq salmayaq. Fotoqrafa biz ömrümüz boyu şəkil çəkdirə bilərik, amma zaman hər kəsin şəklini bircə dəfə çəkir! Biz gərək elə yaşayaq ki, dünyanın fotoyaddaşına şəklimiz eybəcər düşməsin!”

 

Bəli, bu qədər mükəmməl açıq bir QƏNAƏTdədir-Mustafa elə bilirəm ki, təcrübəli yazıçı-publisist tamamilə haqlıdır.

 

Azpoliqrafnəşriyyatının çox nəfis tərtibatla çap etdirdiyi yeni kitabında da qələm dostum öz qənaətinə amalına sadiq qalıb, illər boyu tale tarixçəsini araşdırıb öyrəndiyi sənət fədailərinin şəklini Dünyanın Yaddaşına çəkib. Bu YADDAŞ XƏZİNƏSİNDƏ KİMLƏR YOXDUR Kİ...

 

 Azərbaycan musiqisinin beşiyi başında dayanan dahilər, milli ədəbiyyatımızın söz fikir söykənəcəyi olan şeir-sənət sərrafları, şifahi xalq ədəbiyyatımızın-aşıq-ozan sənətimizin qəvvasları, milli teatr məktəbimizin baniləri, ilahi səsi, avazı ilə könülləri riqqətə gətirən professionallar..

 

Mustafa Çəmənli bu insanlar haqqında sadəcə fakt rəqəmlərin cansıxıcı reallıq konturlarını cızmaqla kifayətlənmir, bir yazıçı səbri, şair fəhmi, rəssam təxəyyülü ilə onların hər birinin həyat hekayəsinin kağız molbertində-yaddaş palitrasını yaradır. Bu hekayələr artıq Dünyanın yaddaşına köçən, bizdən zaman məkan etibarı ilə uzaqda olsalar da, əməlləri mənəvi tellərlə millətin tarix xalçasına toxunan hər ilməsində bir nəslin, bir qərinənin, bir ömür payı yaşamış insanların tale qismət naxışıdır.

 

Qarabağın ilk sənət qaranquşlarıAşıq Valeh, Aşıq Abbasqulu, Aşıq Nəcəfqulu, Abdal Qasım haqqında yazdığı hekayələrin üstündən 30 il keçsə , Mustafanın təsvir söz boyaları o qədər canlı, o qədər inandırıcı faktla möhürlüdür ki, oxucu özünü əsrlərin o üzündə, o insanların yaşayıb yaratdığı yerlərdə hiss edir, milli mədəniyyətimizin intibahı naminə bütün əzablara, təhdid təhqirlərə dözərək əsl sənət nümunələri yaradanların əhatəsində görür, təəssüf ki, ancaq xalqın yaddaşında yaşayan nəsildən- nəslə yalnız sözlə ötürülən, bəzən şəkli, səs yazısı qalan sənət fədailərimizin iştirak etdiyi məclislərin ab-havasını hiss edir.

 

Bu gün müasiri olduğun, hər yerdə dinləmək, görmək, ünsiyyət saxlamaq imkanımız olan bir kimsə haqqında yazmaq çox asandır(əlbəttə, necə yazmağı demirəm!). Əsl ustalıq, əsl sənətkarılıq məkanın zamanın unutduğu, dövrün dövran sürənlərin bəzən bilərəkdən unutdurduqlarını yenidən bu millətin milli sərvəti kimi onun özünə qaytarmaqdır ki, bizim Mustafa Çəmənli bütün yaradıcılığı dövründə məhz bu müqəddəs amalına sadiq qalıb.

 

Mən quru və cansız cümlələri heç vaxt sevməmişəm deyə, Mustafanın yazdıqlarını da elə bədii əsər, nağıl, əfsanə kimi oxumuşam həmişə və bu səbəbdən “Sənət hekayələri” həm yazı üslubuna, həm təhkiyə tərzinə, həm fakt bolluğuna, həm də real həyat həqiqətlərinin bədii təsvirinə görə ruhuma daha yaxındır... Əminəm ki, dilimizin saflığını qorumağı bacaran, onun çalarlarını gözəl bilən, ədəbi dil normalarına əməl etmək qayğısı ilə əlinə qələm alan hər kəs bu hekayələri çox böyük ləzzətlə oxuyacaq, bir daha əmin olacaqlar ki, qədim mədəniyyətə və zəngin tarixə malik bir ölkənin sənət sərrafları üçün minilliklər boyu, əsrlərin dərin qatlarından üzü bəri gələn yol o qədər də rahat və hamar olmayıb...

 

Məqsədim bu kitabın bütün özəlliklərini birər-birər sadalamaq deyil, amma bunu lap çox istərdim! Çünki hər bir sənət hekayəsinin qəhrəmanı milyonların sevgisinə layiq görülənlərdi... Şəxsi talelərini, istək və arzularını, xoşbəxtliklərini, sağlamlıqlarını belə sənətə qurban verməyi bacaran, bütün qayğılarını pərdə arxasında “soyunub”, səhnəyə dünyanın ən bəxtəvər, ən qayğısız insanı kimi çıxan istedadlı şəxslərdir ki, bizim onların xidmətini unutmağa haqqımız yoxdur! Çünki Sənətkar üçün ən böyük mükafat və xoşbəxtlik elin alqışı, tamaşaçı və dinləyicinin məhəbbətidir!!

 

 Qələm dostum Mustafa Çəmənliyə bu kitab üçün, haqqında yazdığı sənət adamlarını təkrar bu millətə tanıtdığı və sevdirdiyi üçün təşəkkür edirəm!

 

Onun yeni kitabı haqda qeydlərimi isə elə öz sözləri ilə yekunlaşdırmaq istəyirəm. Yazıçı-publisist yazır ki:”Yaddaş bir teşt buğdanı başı üstə qaldırıb: Yel baba, yel baba, yel göndər! – deyib meh gözləyən adam kimidir, adi sözdən, mehriban bir baxışdan, şirin bir təbəssümdən oyanar, çiçəkləyər”.

 

Bilirəm ki, haqqında məhəbbət və sevgi ilə yazdığı bütün istedadlı və təkrarsız ustadlarÜzeyir bəy Hacıbəylidən, Hüseynqulu Sarabskidən, Bülbüldən, Əhməd bəy Ağdamskidən, Müslüm Maqomayevdən, Əşrəf Səfərovdan, Əminə Dilbazidən, Şövkət Ələkbərovadan, Xan Şuşinskidən, Sara Qədimovadan, Tükəzban İsmayılovadan, Gülağa Məmmədovdan, bir sözlə musiqi, söz və səs sənətimizin həmişə yaddaşlarda yaşayan korifeylərindən və onların əsrdaşlarından, həmfikir və məsləkdaşlarından üzü bəri gələn maraqlı və zəngin ifaçılıq yolunun bugünkü davamçılarına qədər- hər kəs müəllifə çəkdiyi zəhmət üçün əhsən deyir. Dünyasını dəyişənlərin ruhu sevinir, yaşayanların da qəlbi!

 

 Tanrı Qəlbinizi sevindirsin, Mustafa Çəmənli! Gördüyünüz çətin və şərəfli işə görə Ruhu sizə Duaçı olanlar da, bu gün bizimlə yanaşı addımlayanlar da əmindilər: Siz ömrünüzü elə yaşayırsınız ki, harada dursaq, hardan baxsaq, DÜNYANIN FOTOYADDAŞINDA ŞƏKLİNİZ HƏMİŞƏ GÖZƏL GÖRÜNƏCƏK, ƏMƏLLƏRİNİZ, ARZULARINIZ KİMİ!

 

Telli Pənahqızı

525-ci qəzet.- 2015.- 21 fevral.- S24.