Bir mən, bir Allah bilir” – Bülənt Ərsoy Bəsti Sevdiyeva tandemi

 

 

Adətən bir millətin aydınlarına-ziyalılarına, düşüncəlilərinə musiqi mədəniyyəti tarixini yaşadanlara o millətin seçilmişləri adını verirlər. Seçilmişlər qədər yüksək təhsil tərbiyə görmüş insanlar olsalar da, hər hansı bir xalqın musiqi mədəniyyəti tarixinə daxil olmaq üçün o xalqın milli-mənəvi dəyərlərinə söykənən musiqisini əxz etməlidirlər. Bu, janrdan asılı olmayaraq opera,  muğam, estrada ya bir neçə dəqiqəlik yaşam tarixi olan mahnı da ola bilər. Yetər ki, peşəkarcasına ifa olunsun. Bu baxımdan Bəsti Sevdiyevanın türk musiqi dünyasının nəhəngi Bülənt Ərsoy repertuarının şedevrlərindən hesab olunanBir mən, bir Allah bilirəsərinə müraciət etməsi çox cəsarətli yanaşmadır.

 

Çağdaş dövrdə dünya musiqi mədəniyyəti tarixində çox az sənət adamı tapılar ki, texniki vasitələrin müdaxiləsi olmadan hər hansı bir musiqi əsərini ifa edib ərsəyə gətirsin. ÇünkiBir mən, bir Allah bilirəsəri səs tonu imkanlarına görə çox riskli, çətin ifa olunan mahnıdır. Ona görə ki, bu əsəri oxuyacaq hər kəs ifanın olumlu olumsuz tərəflərini göz altına almalıdır.

 

Bəsti Sevdiyeva həm yaradıcılıq, həm milli təfəkkür baxımından mürəkkəb zəngin şəxsiyyət olan Bülənt Ərsoy repertuarından seçilmiş hər dinləyicinin asanlıqla həzm edə bilməyəcəyiBir mən, bir Allah bilirəsərinə fərqli bir nəfəs verdi.

 

Bir millət-iki dövlət  olan Azərbaycan Türkiyə musiqi mədəniyyəti tarixinə iki nəhəng səs sahibi Bülənt ƏrsoyBəsti Sevdiyeva bir-birindən xəbərsiz ifaları ilə milli-mənəvi dəyərləri türk millətinin yaddaşına daşıdılar. Bununla iki möcüzəli səs sahibi bu cür nadir boğazların həm türk milli sənət dünyasına məxsusluğunu, həm millətin milli mədəniyyətin canlı muzeyi olmasını təsdiqləmiş oldular.

 

Mən Bəsti Sevdiyevanın ifasında muğam, xalq, bəstəkar mahnılarını çox dinləmişəm. Doğrusu, onun turk dünyasında sayğı duyulan belə bir əsərə müraciət etməsi məni təəccübləndirmədi.Çünki onun səs diapazonu bu ya bundan da yüksək tonlu mahnıların ifasına köklənmişdir. Əsəri dinlərkən daxilimdə yaşarı duyğular oyandı sanki bir anlığa türk musiqi dünyasında yeni bir İntibah dövrünün açılışını hiss etdim. Çünki Bəsti Sevdiyevanın bu oxusu həm milli, həm kamil idi.  Bəsti SevdiyevaBir mən, bir Allah bilirəsərini İntibah sənətkarlarına məxsus tərzdə oxuduğundan, çəkinmədən azsaylı bu cür ifaları türkçülüyünestetik proqramıkimi dəyərləndirərdim.

 

Bəsti Sevdiyevanın peşəkarlıgı ondadır ki, o, hər ifasında öz-özünü təkrar etmir, əksinə hər yeni işində qeyri-adiliyin əbədiliyinə ucalır. Bu keyfiyyətlər isə onun ruhu kimi, ilhamı kimi könlünün də zəngin bir sənətçi olduğuna işarədir.

 

Bəsti Sevdiyeva həm millətinə, ailəsinə bağlı, kin-küdurətsiz, düşündüyünü cəsarətlə söyləyən, həm də əyilməz vüqarıyla incə ruha sahib şəxsiyyətdir.

 

Bəsti Sevdiyevanın sadaladığımız xarakterlərini “Bir mən, bir Allah bilir” əsərində aydınlaşdıran məqamlar olduğundan, onun ifa baxımından mürəkkəb və çətin bir əsərə müraciət etməsi heç də təsadüfi deyil. Çünki onun şimşək, göy gurultusu kimi kükrəyən ifası da özü kimi cəlbedici, sünilikdən uzaqiti ağlının məhsuludur. Bu səs, Bəsti Sevdiyevanın özü kimi hər zaman sadəlikdən mürəkkəbə doğru addımlayaraq, insan beyninin bioritmlərinə köklənib.

 

Bəsti Sevdiyeva sənət aləmində, Ömər Seyfəddinin dediyi kimi “... bir zərbədə kəsilmiş otlar kimi bir-birilərinə bənzər yaradılmışlar...”dan olmayıb, hər ifasıyla sənət dünyasına yeni bir dad gətirən, ona öz möhürünü vuran ustaddır.

 

Hesab edirəm ki, əgər Bəsti Sevdiyeva bütün yaradıcılığı boyu yalnız “Bir mən, bir Allah bilir” adlı bir əsər oxumuş olsaydı belə, bu ifasıyla türk musiqi dünyasında qüdrətli sənətkarlar sırasında dayanmış olardı.

 

Müasir dövrdə yetərincə göbələk kimi artan bayağı musiqilər təbliğ edildiyindən insanlar onu dinləmək məcburiyyətində qalırlar. Belə musiqi dinlənilmir, dinlətdirilir. Zövqlərin qarışdığı, monoton musiqilərin atmosferi dövründə Bəsti Sevdiyevanın “Bir mən, bir Allah bilir” əsərini ustalıqla ifa etməsi “acqulaqlara bir xoş avaz gətirdi. Bəsti Sevdiyeva bu ifası ilə həm düşündürdü, həm dinlətdi, həm də əsərin məzmun və dərinliyinin müəllifə, ruhunun isə özünəməxsusluğunu təsdiqləmiş oldu.

 

Hesab edirəm ki, gözlərini qapayar-qapamaz, sabun köpüyü kimi dağılmış, uçub getmiş bayağı, yüngül, qeyri-peşəkar musiqi ifaçılarından fərqli olaraq, Bəsti Sevdiyeva Azərbaycan musiqi fəlsəfəsinin nəhəng təmsilçisi olaraq qalacaq.

 

 

Şəmsiyə NAMAZLI

Tibb fəlsəfə üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2015.- 21 fevral.- S.22.