“Rast. Niyazi”
sənədli filminin heyəti ilə görüş keçirilib
Bəstəkarlar İttifaqında “Müasirlərlə
dialoq” layihəsi çərçivəsində “Rast. Niyazi” sənədli filminin
heyəti ilə görüş olub.
Əvvəlcə Azərbaycanın görkəmli
dirijoru və bəstəkarı, SSRİ Xalq
artisti Niyazi Tağızadə-Hacıbəyova həsr olunmuş “Rast. Niyazi” sənədli filmi
nümayiş edilib.
Filmin ssenari müəllifi İntiqam Qasımzadə, rejissoru Nonna Müzəffərova,
operatoru əməkdar
incəsənət xadimi
Yuri Varnavski, icraçı
prodüseri Əlibala
Rəhimovdur.
Filmin bədii
rəhbəri Xalq artisti, kinorejissor Eldar Quliyevdir.
Filmdə
dahi bəstəkar və dirijorun həyat və yaradıcılığı haqqında
müfəssəl məlumatlar,
görkəmli şəxslərin
– SSRİ Xalq artistləri
Tamara Sinyavskaya, Fərhad
Bədəlbəyli, Azərbaycanın
Xalq artisti Yalçın Adıgözəlov,
Xalq yazıçısı
Anar, digər mədəniyyət və
incəsənət xadimlərinin
onun haqqında fikirləri yer alıb.
Filmin çəkilişləri
Azərbaycanda, Türkiyədə
və Rusiyada aparılıb. Film üzərində
işləyərkən Niyazinin
ev-muzeyinin fondundakı
sənədlərdən istifadə
edilib.
Nümayişdən sonra Azərbaycan Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış
edərək söyləyib
ki, musiqi tariximizdə böyük iz qoymuş Niyazinin “Rast” simfonik muğamı dünya musiqi incilərindəndir. Bildirib ki, bu əsəri muğam festivallarında, konsert proqramlarında təqdim edirik və rəğbətlə qarşılanır.
Sonra Eldar Quliyev, İntiqam Qasımzadə,
Nonna Müzəffərova
filmin ərsəyə
gəlməsindən danışaraq
bu ekran əsəri vasitəsilə
gələcək nəsillərin
Niyazini daha yaxından tanıyacaqlarını
vurğulayıblar.
Sonra film ətrafında
müzakirələr aparılıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 21 fevral.- S17.