Söz və fikir azadlığı sivil cəmiyyətin
atributu kimi
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Demokratiyanın əsas göstəricilərindən
sayılan söz və məlumat azadlığı prinsipi
dövlətlərin, xalqların hərtərəfli
inkişafında, cəmiyyətlərin formalaşmasında
müstəsna rol oynayır. Azərbaycan da söz
azadlığının qorunduğu, mətbuat
azadlığı prinsipinə hörmətlə yanaşılan
ölkələrdəndir. Söz
azadlığı dünyada bəlkə də ən əvəzolunmaz
nemətlərdəndir. Bəşər
övladının azad mühitdə yaşayıb, öz
fikrini sərbəst ifadə etməsindən yaxşı
heç nə ola bilməz. Fikir,
söz və məlumat azadlığı, sərbəst
düşüncənin ifadə olunması üçün hüquqların
təmin olunması kütləvi informasiya vasitələrinin
və bütövlükdə müasir informasiya cəmiyyətinin
söykəndiyi əsas dəyər və məqsəd olmaqla
bərabər, ölkənin demokratik inkişaf səviyyəsini
müəyyənləşdirməyə imkan verən əsas
elementlərdəndir. İnsan hüquq və
azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və
ifadə azadlığı və bunların təminatı hər
bir ölkədə demokratiyanın nə dərəcədə
inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə
uğurlu işləməsinin əsasını təşkil
edir.
Ölkədə azad medianın, insan hüquq və
azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin
mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul
edilir.
İnsan azadlığı bəşəriyyətin əsrlər
boyu arzuladığı, uğrunda mübarizə
apardığı ali nemətdir. Kütləvi informasiya vasitələri - qəzetlər,
jurnallar, teleradiolar, informasiya agentlikləri və
informasiyanın müntəzəm formada
yayıldığı digər vasitələr cəmiyyətin
inkişafına ciddi təsir göstərən, onun vəziyyətini
və mahiyyətini müəyyənləşdirən siyasi
sistemin tərkib hissəsidir. Kütləvi
informasiya vasitələri cəmiyyətdə ictimai fikri,
dövlətə inamı və sosial fəallığı
formalaşdırmaqla yanaşı, həm də onları
istiqamətləndirir. Bu mənada
dördüncü hakimiyyət hesab olunan kütləvi
informasiya vasitələri dünyada demokratiya və informasiya
azadlığının mühüm vasitəsi hesab edilir.
Bu gün ölkəmizdə kütləvi
informasiya vasitələrinin azad fəaliyyəti və
inkişafı üçün zəruri tədbirlər
görülür. Milli mətbuatımızın
uğurlu inkişafı onun zəngin keçmişinin
mirasıdır. "Əkinçi" qəzeti
ilə əsası qoyulan Azərbaycan milli mətbuatı
ötən müddət ərzində mühüm inkişaf
yolu keçib. Azərbaycan milli mətbuatı
1918-ci ildə dinamik inkişaf üçün şans
qazanıb. Həmin dövrdə müstəqil
mətbuatın, söz, fikir azadlığının
inkişafına ziyalıların göstərdiyi xidmətlər
gələcək illərdə bu sahədə yaranan peşəkarlığın,
rəngarəngliyin əsasını qoyub.
Ümummilli lider Heydər Əliyevin mətbuat
azadlığının təminində tarixi rolu inkarolunmaz
bir faktdır. Azərbaycan mətbuatının
sözün həqiqi mənasında, müstəqilliyini əldə
etməsi, ölkəmizdə söz və mətbuat azadlığının
bərpa olunması xalqımızın ümummilli lideri Heydər
Əliyevin adı ilə bağlıdır.
Mövzu
ilə bağlı fikirlərini bölüşən
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadəyə
görə, ulu öndər Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışı mətbuatımızın inkişaf
tarixində də yeni bir mərhələnin əsasını
qoyub: " Ümummilli lider Heydər
Əliyev müstəqil mətbuatın inkişafını
demokratiyanın tələbi kimi dəyərləndirərək
bu sahəyə diqqətini əsirgəmədi. Mətbuat nümayəndəsi olaraq bu fikri
böyük fəxr hissi ilə qeyd edə bilərəm ki, Azərbaycanda
azad medianın inkişafı ilə bağlı çox
önəmli qərarlar qəbul edilib. Azərbaycan
dövlət başçısı, cənab prezidentimizin bu
sahə ilə bağlı sərəncamları, fərmanları
saysız-hesabsızdır. İlk gündən
demokratik dövlət quruculuğu yolunu tutan Azərbaycanın
bu istiqamətdə atdığı addımlar və
onların uğurlu nəticələri göz
qabağındadır. Azad mətbuatın
inkişafına əngəl yaradan süni məhdudiyyətlərin,
o cümlədən, senzuranın aradan qaldırılması,
qanunvericiliyin təkmilləşdirilməsi və müasir
dünya standartlarına uyğunlaşdırılması,
kütləvi informasiya vasitələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi və onlar
üçün çox saylı güzəştlərin
müəyyənləşdirilməsi, bu istiqamətdə
verilmiş bir sıra fərman və sərəncamlar, mətbuat
işçiləri ilə mütəmadi görüşlər
ənənəsinin yaradılması, KİV-lə
bağlı problemlərə operativ müdaxilə-bütün
bunlar ümummilli lider Heydər Əliyevin azad sözə və
onun daşıyıcılarına münasibətini səciyyələndirən
faktlardır.
Xüsusilə vurğulanmalıdır ki, məhz ümummilli
lider Heydər Əliyevin hakimiyyətə gəlişindən
sonra ölkədə hüquqi islahatlar aparılmağa
başlanıldı. Konstitusiyanın qəbulundan sonra ölkədə
medianın fəaliyyətinin tənzimlənməsi və
media sahəsində mükəmməl qanunvericilik bazasına
nail olmaq üçün bir sıra addımlar atıldı. Ulu öndər Heydər Əliyevin mətbuata
münasibəti daim demokratik inkişafın zəruri tələblərinə
söykənirdi. Təsadüfi deyil ki, 1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyev
"Ölkədə söz, fikir və məlumat
azadlığının təmin edilməsi sahəsində əlavə
tədbirlər haqqında" fərman imzaladı. Bu fərmanın bir bəndiylə mətbuatda
dövlət sirlərini mühafizə edən baş idarə
ləğv olundu. Bu, senzuranın ləğvi
demək idi.
Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın
inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək
bu sahəyə diqqətini əsirgəmədi. Milli və bəşəri
dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı
demokratiya və aşkarlığın mühüm vasitəsi
kimi xalqımıza öz ali məqsədlərini
həyata keçirmək yolunda bələdçi olub,
müstəsna xidmətlər göstərib. Ulu öndər
Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da
inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə
görə, 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri
Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin
dostu" adına layiq görülüb. Təbii ki, 22 illik müstəqillik tariximizdə mətbuatın
keçdiyi inkişaf yoluna, ən əsası dövlətin
bu sahəyə göstərdiyi diqqət və
qayğının uğurlu nəticələrinə
qısaca nəzər salmaq qeyri-mümkündür. Ümumiləşdirilmiş ifadə budur ki, ölkəmizdə
söz, mətbuat azadlığı mövcuddur və yüksək
səviyyədə qorunur.
Fikir, söz və məlumat azadlığının,
plüralizmin inkişaf etdirilməsi Prezident İlham
Əliyevin daim diqqətindədir. Ulu öndər Heydər
Əliyevin ölkəmizdə başlatdığı həqiqi
söz və mətbuat azadlığının bərqərar
olması prosesi onun siyasi varisi İlham Əliyev tərəfindən
də uğurla davam etdirilir. Dövlət
başçısı bu postda fəaliyyətə
başladığı ilk gündən mətbuatın
inkişafının dövlət siyasətinin başlıca
prioritetləri kimi elan etdi və fəaliyyətində bu
nüansa xüsusi diqqət ayırdı. Azərbaycan
Milli Mətbuatının yaradılmasının 130 və 135
illik yubileyləri münasibətilə ölkənin onlarla
jurnalistlərini ali dövlət
mükafatları ilə təltif etdi, kütləvi informasiya
vasitələrinə maddi yardımlar olundu. Bütün
bu reallıqlar bir daha sübut edir ki, ölkədə azad mətbuat
mövcuddur və onun mövcudluğunun
qarşısını heç bir qüvvə ala bilməz.
Ölkə Prezidenti İlham Əliyevin fərmanı
ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi
İnformasiya Vasitələrinin inkişafına Dövlət
Dəstəyi Fondunun yaradılması da mətbuatın
inkişafına göstərilən diqqət və
qayğının bariz nümunəsidir. Jurnalistlərin
mənzil şəraitinin
yaxşılaşdırılması, fəxri adlarla təltif
olunmaları haqqında sərəncamların imzalanması və
bu kimi bir-birindən əhəmiyyətli addımlardır.
Milli Mətbuatımızın 138 illiyində
jurnalistlər üçün tikilmiş binanın istifadəyə
verilməsi, eyni zamanda "Azərbaycan mətbuat
işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə
dair əlavə tədbirlər haqqında" növbəti
sərəncamın imzalanması da addımların
davamlılığından irəli gəlir. Dövlət
başçısı İlham Əliyevin son on ildə iki dəfə
"RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin
keçirdiyi sorğu əsasında "Jurnalistlərin
dostu" mükafatına layiq görülməsi ötən
dövr ərzində mətbuatın inkişafına göstərilən
diqqət və qayğıya media ictimaiyyətinin
baxışı və verdiyi dəyəridir".
Bakı
Dövlət Universitetinin professoru Cahangir Məmmədli hesab
edir ki, fikir, söz və məlumat azadlığı
çox vacib amillərdəndir: "Hər bir ölkənin
demokratik prinsiplərlə inkişaf eləməyi
üçün fikir, söz və mətbuat
azadlığı mütləqdir. Təsadüfi
deyil ki, Azərbaycan dövləti bununla bağlı
qanunvericilik faktları formalaşdırıb.
Azərbaycanda fikir, söz və mətbuat
azadlığı mövcuddur. Azərbaycan
qanunvericiliyi söz və mətbuat azadlığı o qədər
dəqiq qoyulub ki, bizim KİV haqqında qanunumuz Avropa
şurasının ən ciddi ekspertizasından keçib.
Bu sənəd nəinki MDB məkanında, hətta
Avropada ən yaxşı qanunlardan biridir".
C.Məmmədli
bildirib ki, bu və ya digər
informasiya təqdim olunarkən dəqiq və qərəzsiz
olmaq, peşə etikasına əməl etmək, dövlətin,
vətəndaşların şərəf və ləyaqətinə
hörmətlə yanaşmaq prinsipləri jurnalistin əsas vəzifələrinə
daxildir: "Müasir dövrdə demokratik dövlətlərin
söz, mətbuat, fikir azadlığı ilə bağlı
formalaşdırdığı qanunvericilik bazası təkcə
jurnalistika ixtisasına yiyələnən kadrların, mütəxəssislərin
deyil, digər bir çox müxtəlif peşə sahiblərinin
də mətbuata, televiziyaya, radioya axınına şərait
yaradıb. Xüsusi jurnalistika təhsili almayan
bir çox mətbuat işçiləri tanıyırıq
ki, onların mətbuada məhsuldar və peşəkar yaradıcılığı
heç bir mübahisə doğurmur. Lakin
bununla belə, hər bir peşənin, ixtisasın, xüsusi
nəzəri modelləri, nəzəri aspektləri var ki,
onlara mükəmməl bələd olmadan həmin sahədə
uğur qazanmaq çətindir. Azərbaycan
jurnalistika məkanında KİV qanunvericiliyinin
yaratdığı hüquqi imkanlara söykənərək fəaliyyət
göstərən bir çox qəzetlərin
redaksiyalarına qeyri-peşəkarların axınından
doğan təcrübə sübut edir ki, peşənin nəzəriyyəsini
bilmədən jurnalist olmaq xoşagəlməz nəticələrə
gətirib çıxarır. Jurnalistika
xüsusi elm sahəsidir. "Jurnalistika aləminə
daxil olarkən, ilk növbədə bu aləmi təşkil
edən elementləri bütöv görə bilmək,
"jurnalistika" anlayışının mahiyyətini dərk
etmək lazımdır. Bunun
üçünsə, bəzi təsəvvürlərdə
olduğu kimi, köşklərdəki yüzlərlə qəzeti
görmək, çoxsaatlı teleproqramlara baxmaq kifayət
deyil. Çünki bunlar
"jurnalistika" deyilən mürəkkəb bir sahənin
nəticə məhsullarıdır. Jurnalistika
bu məhsulun yaranmasının, onun oxucuya,
tamaşaçıya necə
çatdırılmasının sirlərini öyrədən
bir mürəkkəb mexanizmdir.
Bu mürəkkəb mexanizm, bu mürəkkəb
anlayış birdən-birə yaranmayıb. Qəzetdən
mətbuat anlayışına, mətbuatdan kütləvi
informasiya anlayışına, bundan kütləvi kommunikasiya
anlayışına və nəhayət, bütün
bunları özündə ehtiva edən mediaya uzanan yolda
jurnalistikanın keçdiyi tarixi inkişaf mərhələlərini
öyrənmək çox vacibdir. Ölkəmizdə
yüzlərlə mətbuat orqanı qeydiyyatdan keçərək
fəaliyyət göstərir. Azərbaycanda
fikir, söz və məlumat azadlığı dövlətimizin
siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm
tərkib hissəsidir".
Vəfa
MƏMMƏDLİ
Yazı Azərbaycan
Respublikası Prezidenti Yanında Kütləvi İnformasiya
Vasitələrinə Dövlət Dəstəyi Fondunun
keçirdiyi fərdi jurnalist müsabiqəsinə təqdim
edilir.
525-ci qəzet.-
2015.- 24 fevral.- S.5.