Xətai Sənət Mərkəzində
"Yaddaşlarda yaşayan
Xocalı" sərgilənir
Xətai
Sənət Mərkəzində bu mədəniyyət
ocağının və Azərbaycan Dövlət Rəsm
Qalereyasının birgə təşkilatçılığı
ilə "Yaddaşlarda yaşayan Xocalı" mövzusunda
aksiya-sərgi açılıb.
Sərgidə
mərkəzin nəzdində fəaliyyət göstərən
və T.İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq
Mərkəzinin rəsm dərnəyinin şagirdlərinin
Xocalı mövzusunda çəkilmiş əsərləri
nümayiş olunub.
Tədbirdə
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov,
Dövlət Rəsm Qalereyasının direktoru Elnur
Hüseynov və başqaları çıxış edərək
Xocalıda baş vermiş dəhşətli hadisələrdən
danışıb, törədilmiş soyqırımı
faktlarının təsviri sənət əsərləri
vasitəsilə azyaşlı şagirdlər tərəfindən
ifadə edilməsini təqdirəlayiq hesab ediblər.
Qeyd
edilib ki, belə tədbirlər gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyəsi məqsədilə keçirilir.
Fevralın
26-na kimi davam edəcək sərgidə fərqlənən
şagirdlərə sertifikatlar veriləcək.
Sonra
tədbir iştirakçıları Xocalı şəhidlərinin
xatirəsinə ucaldılmış "Ana harayı" abidəsinin
önünə gül dəstələri qoyublar.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 26 fevral.- S.7.